ABŞ və Çin razılaşır?
09.08.2025 [10:47]
Sazişin müddəti 90 gün uzadılacaq
Tramp administrasiyasının Çinlə razılğa gələcəyi vəgömrük rüsumları sahəsində razılaşmaları 90 gün uzadacağıehtimal olunur. ABŞ-ın ticarət naziri Hovard Latnik “FoxBusiness” telekanalına açıqlamasında qeyd edib ki, Vaşinqton vəPekin bu məsələdə ortaq məxrəcə gəlmək niyyətindədir. “Görünür, ABŞ Prezidenti Donald Tramp və onun danışıqlardaiştirak edən komandası razılığa gələcək və müddəti daha 90 günuzadacaq”, - deyə H.Latnik vurğulayıb. Nazir, həmçinin buməsələ ilə bağlı yekun qərarı Trampın verməli olduğunu deyib. Xatırladaq ki, iyulun 29-30-da İsveçin paytaxtı Stokholumşəhərində ABŞ ilə Çin arasında gömrük rüsumlarına və ticarimünasibətlərə dair görüş baş tutub. Bu görüşdə ABŞ-ı maliyyənaziri Skott Bessent, Çini isə ÇXR Dövlət Şurası Baş nazirininmüavini Hi Lifen təmsil edib. İki gün davam edən görüşdə əsasən avqustun 12-də başa çatacaq müvəqqəti ticarət sazişininmüddətinin uzadılması ilə bağlı məsələ ətrafında müzakirəaparılıb. Danışıqlar zamanı qlobal bazarda ticarət balansınınpozulması və nadir torpaq metallarının ixracına qoyulanməhdudiyyətlərin aradan qaldırılması ilə bağlı məsələlərə dətoxunulub.
Vaşinqton sazişin uzadılmasına razıdır, amma....
Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “YeniAzərbaycan” qəzetinə şərhində qeyd edib ki, Çinin müraciətinəəsasən Vaşinqton sazişin müddətinin 90 gün uzadılmasına razıolub.
“Gömrük rüsumları ilə bağlı sazişin müddətinin 90 günuzadılması nə ABŞ, nə də Çin üçün uzunmüddətli dövr ərzindəheç bir effekt verməyəcək. Sadəcə olaraq, müəyyən məsələlərdəinteqrasiya prosesi zəruri olduğundan bu saziş ABŞ və Çin üçünvacibdir. Amma hesab etmirəm ki, bu proses davamlı olacaq. Çünki prosesin uzadılması Vaşinqtona o qədər də sərfəli deyil. Vaşinqtonun gömrük məsələsində qəti mövqe sərgiləməsininəsas səbəbi ABŞ-ın illik ticarət dövriyyəsində 1,2 trilyondanartıq kəsirin olması ilə bağlıdır. Bu baxımdan Trampadministrasiyası dünyanın bütün ölkələrinə, hətta müttəfiqlərinəbelə yeni gömrük rüsumları tətbiq etməkdə qərarlıdır. ABŞ-danaz məhsul idxal edən, amma ABŞ-a daha çox məhsul ixrac edənölkələrin məhsullarına yüksək gömrük rüsumları tətbiqolunacaq. Çinə də belə yanaşma sərgilənəcəyi istisna deyil,” - deyə E.Əmirov vurğulayıb.
Saziş hər iki tərəfin maraqlarına uyğundur
İqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, Trampadministrasiyasının bütün iqtisadi təşəbbüsləri ABŞ-a mənfəətqazandırmaqdır. “ABŞ və Çin strateji iqtisadi tərəfdaşdırlar. Həriki ölkə bir-birinə xüsusi əhəmiyyət kəsb edən məhsullar ixracedirlər. Amma burada bir məqamı nəzərə almaq lazımdır ki, bustrateji tərəfdaşlıqda ABŞ daha çox çəkiyə malikdir. Yəni songöstəricilərə görə, Çin ixracatı müəyyən mənada ABŞ-dan bir azasılıdır. Eyni zamanda Çinin texnoloji məhsullarınınistehsalında da ABŞ-ın bir az payı var. Bu baxımdan ABŞ Çinüçün önəmli strateji iqtisadi tərəfdaşdır. O ki qaldı ABŞ ilə Çinarasında gömrük rüsumları ilə bağlı sazişin müddətininuzadılması məsələsinə, bu, həm ABŞ-ın, həm də Çininmaraqlarına cavab verir. Xüsusilə, Trampın gömrük siyasətixüsusi diqqət çəkir. Ağ Ev rəhbərinin bütün iqtisadi təşəbbüsləriABŞ iqtisadiyyatını daha da möhkəmləndirmək, qlobal bazarüzərində ABŞ-ın iqtisadi təsir imkanlarını artırmaq və ABŞ-ınbeynəlxalq səviyyədə iqtisadi cazibədarlığını təmin etməkdir. Tramp administrasiyasının bütün ölkələrin məhsullarına yenigömrük rüsumları tətbiq etmək və ya gömrük rüsumlarınıartırmaq strategiyası məhz ABŞ-ın daxili və xarici ticarətindəməhsuldarlığın artırılmasına yönəlib. Əgər ABŞ prezidenti Çinilə gömrük rüsumları ilə bağlı sazişin müddətinin 90 günuzadılmasına razılıq veribsə, deməli, o, belə bir sazişin ABŞ-amənfəət qazandıracağını düşünüb”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16

