Alyaska sülhün qapısı olacaqmı?
12.08.2025 [10:53]
Avqustun 15 - də ABŞ-ın Alyaska ştatında ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında ikitərəfli görüşün keçirilməsi gözlənilir. Belə ki, Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, onunla Putin arasında yaxın günlərdə görüşün keçirilməsinə dair razılıq əldə olunub. ABŞ mediası da bu məlumatı təsdiqləyib. Lakin Rusiya tərəfindən hələ ki, bu barədə dəqiq məlumat verilməyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu görüşün keçirilməsi üçün gələn həftənin nəzərdən keçirildiyini, lakin hazırlığın dəqiq vaxtının hələ müəyyən edilmədiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər görüşün yeri barədə də razılığa gəliblər və bu barədə daha sonra məlumat veriləcək. Bundan əlavə, Uşakov Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski arasında ehtimal edilən üçtərəfli görüşlə bağlı məlumatları şərh edərək bildirib ki, ABŞ nümayəndəsi Uitkoffun səsləndirdiyi bu təşəbbüs Moskva tərəfindən şərh edilməyib.
ABŞ görüş məsələsində ciddidir
Alyaska ştatının qubernatoru Mayk Danlivi “X” sosial şəbəkəsində bildirib ki, Alyaska ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirməyə hazırdır. Qubernator vurğulayıb ki, Alyaskada qlobal əhəmiyyətli müzakirələrin aparılması məntiqə uyğundur. “Əsrlər boyu Alyaska ölkələr arasında körpü rolunu oynayıb və bu gün biz dünyanın ən mühüm regionlarından birində diplomatiya, ticarət və təhlükəsizlik üçün qapı olaraq qalırıq”, - deyə M.Danlivi yazıb. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens isə öz sosial şəbəkə hesabında qeyd edib ki, ABŞ-ın Ukraynada münaqişənin sülh yolu ilə həll olunmasında mövqeyi qətidir: “Biz Ukraynadakı müharibəni maliyyələşdirməkdən yorulmuşuq və sülh yolu ilə nizamlanmasına çalışırıq. Artıq Amerika vergi ödəyiciləri bu müharibəni maliyyələşdirməkdən bezib. Buna görə də biz Ukraynaya hərbi yardım etməyəcəyik. Lakin əgər Avropa ödəniş edib Ukrayna üçün silah almaq istəyirsə biz buna qarşı deyilik”. Avqustun 8 - də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə görüşündə Trampın Putin və Zelenski ilə görüşməyə hazır olması barədə bəyanatı da xüsusi diqqət çəkir. “Mən çox yaxında Putinlə görüşəcəm. Bu görüş yeri çox populyar olacaq. Məncə həm Putin, həm də Zelenski sülh istəyir. Biz sülh üçün sonuncu şansdan istifadə etmək istəyirik,” - deyə Tramp vurğulayıb.
Moskva bu görüşə razıdır
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Alyaskada Tramp-Putin görüşünün baş tutması ehtimal olunur. “Hesab edirəm ki, belə bir görüşün keçirilməsi Moskvaya sərf edir. Çünki hazırda Rusiyanın özündə çox ağır iqtisadi vəziyyət hökm sürür. Moskva bu vəziyyətdən çıxmaq istəyir. Təbii ki, bu da ABŞ-la qarşılıqlı razılaşmalardan asılıdır. Ola bilər ki, Tramp öz nümayəndəsi Stiv Uitkoff vasitəsilə Putinə mesaj göndərib ki, əgər Moskva Ukraynada müharibəni dayandırarsa və atəşkəsə razı olarsa, o, Rusiya üzərində beynəlxalq təcridi və ağır sanksiyaları aradan qaldıracaq. Bu baxımdan Moskvanın prosesi uzatması inandırıcı görünmür. Proses uzandıqca Rusiya Ukraynada daha çox itki verir və maliyyə resursları tükənir. Görünən budur ki, Moskva Alyaskadakı görüşə razı olacaq. O ki qaldı bu görüşdə hansı məsələlərin müzakirə olunacağına, böyük ehtimalla, Ukraynada ərazilərin güzəşti ilə bağlı məsələ əsas müzakirə predmeti olacaq. Sözsüz ki, digər məsələlərə də toxunulacaq,”- deyə S.Hümbətov vurğulayıb.
Nəticə nə olacaq?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov qəzetimizə şərhində bildirib ki, Alyaska görüşündə fundamental nəticənin əldə olunacağı real görünmür. “Kreml belə bir şərt irəli sürür ki, Ukraynanın dörd cənub-şərq vilayəti - Donetsk, Luqansk, Zaporojye və Xersonda rus ordusunun nəzarətində olan ərazilər Rusiyanın ərazisi kimi tanınacağı təqdirdə Sumi və Xarkovda ələ keçirilən ərazilər geri qaytarılacaq. Təbii ki, Ukrayna Moskvanın bu təklifinə müsbət cavab verməyəcək. Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə öz çıxışlarında bəyan edib ki, rəsmi Kiyev öz ərazisinin heç bir hissəsini Rusiyaya güzəştə getməyəcək,” - deyə S.Zahidov bildirib ki, Alyaska görüşündə Zelenskinin iştirak etməsi zəruridir: “Avropa İttifaqının liderləri tələb edirlər ki, Alyaska görüşündə Zelenski də iştirak etməlidir. Amma Moskva Zelenskinin bu görüşdə iştirak etməsinə qarşıdır. Çünki Kreml Zelenskini qanuni dövlət rəhbəri hesab etmir. Aİ-nin üzv ölkələrinin və Böyük Britaniyanın bu yaxınlardakı bəyanatında qeyd olunur ki, Alyaska görüşündə Ukraynanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalı və ərazi güzəştinə yol verilməməlidir. Ərazi güzəşti məsələsi ABŞ və Aİ arasında narazılıq yaradan məsələlərdən biridir. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Britaniyada Aİ-nin liderləri və Ukrayna rəsmiləri ilə son görüşündə bəyan edib ki, Alyaska görüşündə nə Rusiya, nə də ABŞ tam razı çıxmayacaq, amma onu da əlavə edib ki, ABŞ-ın dəstəyi ilə baş tutan danışıqlarda Rusiya və Ukrayna müəyyən məsələlərdə qarşılıqlı güzəştə getməlidir”. S.Zahidov vurğulayıb ki, Alyaska görüşündə ciddi bir nəticə əldə olunmayacaq; “Birincisi, Ukraynanın bu görüşdə iştirakı sual altındadır. İkincisi isə Ukrayna Rusiyanın şərtləri ilə razı olmayacaq. Bu baxımdan Alyaska görüşündə müharibənin dayanması və atəşkəsin elan olunmasına dair heç bir razılaşma əldə olunmayacaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

