Cənubi Qafqaz böyük dəyişikliklər ərəfəsində...
12.08.2025 [11:24]
Ermənistanın növbəti ev tapşırığı
Bu günlərdə Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamənin imzalanması Cənubi Qafqaz regionuna nəhayət, çoxdan gözlənilən sülh gələcəyinə böyük ümidlər yaradıb. Bununla belə, tənzimləmə prosesinin məntiqi sonluğa çatması, yekun sülh sazişinin imzalanması üçün Ermənistan bir sıra zəruri addımlar atmalıdır. Prezident İlham Əliyev avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində qarşı tərəfin öhdəliklərinə diqqət çəkərək bildirib: “Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var”.
Sülh təşəbbüsünü ilk olaraq Azərbaycan irəli sürüb
Bu gün bütün dünya Azərbaycanla Ermənistan arasında yekun sülh sənədinin mətninin paraflanmasını alqışlayır. Həqiqətən də, üç onillik ərzində Ermənistanın işğalçılıq siyasətinə görə müharibə riskləri və təhdidlərlə üz üzə qalan Cənubi Qafqaz coğrafiyası böyük dəyişikliklər ərəfəsindədir. İndi Cənubi Qafqaz sülhə, əməkdaşlığa, təhlükəsizliyə heç vaxt olmadığı qədər yaxındır.
Sülh prosesində indiki nəticələrin əldə olunmasına aparan yol isə kifayət qədər uzun olub. Bu yolda bir sıra mərhələləri keçmək, maneələri dəf etmək lazım gəlib ki, burada da Azərbaycanın müstəsna rolu xüsusi olaraq vurğulanmalıdır. Əvvəla, regionda sülh üçün fürsətləri Azərbaycanın şanlı Zəfəri açıb. Ölkəmizin 44 günlük müharibənin nəticələrinə uyğun olaraq işğalçı dövləti kapitulyasiyaya uğratması, ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməsi ilə regionda yeni reallıqlar yarandı. Artıq tarixi ədalət və beynəlxalq hüquq təmin edilmişdi, çoxillik münaqişənin əsas səbəbi aradan qalxmışdı.
Dövlətimizin başçısının bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq, bir vakuum yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdi. Belə bir vəziyyətdə qalib Azərbaycan yenə də liderlik nümunəsi göstərməklə gələcək baxışlarını ortaya qoydu. Respublikamız o mövqedən çıxış edirdi ki, müharibədən sonra yaranan boşluq çox davam edə bilməz. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı idi. Bunun təşəbbüskarı da məhz Azərbaycan olub. “Biz o təşəbbüsü irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas beş prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qalib Azərbaycanın qarşı tərəfə göndərdiyi 5 bənddən ibarət sülh paketi beynəlxalq norma və prinsiplərə istinad olunmaqla hazırlanmışdı. Burada Azərbaycan qalib dövlət olaraq hansısa bir imtiyazlardan çıxış etməmişdi ki, bu da ölkəmizin sülh istəyində nə qədər səmimi olduğunu təsdiqləyir. Bundan sonra tərəflər arasında danışıqlar prosesinə start verilib. “Danışıqlar prosesi o qədər də hamar getmirdi. Onun da əsas səbəbi ondan ibarət idi ki, o vaxt Ermənistan tərəfi sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Halbuki bu, heç bir məntiqə sığmayan, heç bir hüquqi və siyasi əsası olmayan məsələdir. Biz Ermənistan tərəfinə izah etməyə çalışırdıq ki, bu, bizim daxili məsələmizdir və dövlətlərarası sazişə hər hansı bir ölkənin daxili məsələsi daxil oluna bilməz. Ancaq buna baxmayaraq, Ermənistan təkidlə öz mövqeyindən geri çəkilmək istəmirdi”, - deyə Prezident İlham Əliyev bildirib.
Bundan sonra Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüssel görüşləri keçirilib. Ancaq yenə də əsas fundamental məsələ imkan vermirdi ki, tərəflər bu məsələdə razılığa gəlsinlər. Dövlətimizin başçısı xatırladıb ki, yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlamışdır. Artıq neçə aydır tərəflər bəyan etmişdilər ki, sülh sazişinin bütün maddələri razılaşdırılıb. Prezident İlham Əliyev Ağ Evdə sülh sazişinin mətninin paraflanmasını Cənubi Qafqaz üçün tarixi məsələ kimi səciyyələndirib və bunun bölgəyə sülh gətirdiyinə əminliyini ifadə edib.
Yekun sülh sazişi nə vaxt imzalanacaq?
Bir neçə ay bundan əvvəl sülh sazişinin mətni ikitərəfli qaydada razılaşdırıldıqdan sonra Ermənistan daha iki öhdəliyini yerinə yetirməli idi. Bunlardan biri ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yure də ləğv olunmasına Ermənistanın razılıq verməsi idi. Münaqişə həllini tapdıqdan sonra Minsk qrupunun mövcudluğuna da ehtiyac qalmamışdı. Minsk qrupunun de-yure ləğvi məsələsi Vaşinqton görüşü çərçivəsində həllini tapdı.
Bundan sonra Ermənistanın etməli olduğu növbəti ev tapşırığı konstitusiya dəyişikliyinə getməkdir. Azərbaycan qalıcı sülh mövqeyindən çıxış edir. Bunun üçün isə yalnız sülh sazişini imzalamaq yetərli deyil. Qalıcı sülh üçün fundamental hüquqi baza olmalıdır. Ancaq Ermənistanın hazırkı konstitusiyası bu bazanı təmin etmir. Bu da onunla bağlıdır ki, Ermənistanın əsas qanununun preampula hissəsində açıq-aşkar respublikamıza qarşı ərazi iddialarının yer aldığı müddəalar var. Belə bir vəziyyətdə hansı məntiqlə qalıcı sülhdən danışmaq mümkündür? Buna görə də sülh təşəbbüsünün müəllifi olan Azərbaycan Ermənistan konstitusiyasının dəyişdir?lməsini yekun sənədin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüb. Ermənistan konstitusiya dəyişikliyinə getməklə sülh prosesinə nə qədər sadiq olduğunu ortaya qoyacaq. “...Bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mubariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

