Diqqət Ankoricə...
14.08.2025 [11:15]
Ukrayna israrlıdır, Rusiya isə hələ susur
Dünyanın diqqəti Alyaskaya yönəlib. CNN-in məlumatına görə, iki liderin görüşü Ankoric şəhərində yerləşən Elmendorf-Richardson birgə hərbi bazasında keçiriləcək. Bu baza ABŞ Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının ortaq istifadəsində olan strateji obyekt sayılır. Burada “F-22 Raptor” qırıcıları, “C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarələri, eləcə də ABŞ ordusunun Arktika bölgəsində fəaliyyət göstərən xüsusi briqadaları yerləşir. Baza Arktika və Sakit okean regionunda hərbi əməliyyatların idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Alyaska sammiti tərəflər arasında Ukrayna müharibəsi, təhlükəsizlik məsələləri və regional gərginliklərin müzakirəsi baxımından xüsusi önəm kəsb edir.
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin sabahkı görüşü 2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsini bitirəcəkmi? Bəzi ərb, eləcə də rusiyalı ekspertlər bu görüşdə mühüm nəticə gözləmədiklərini açılasalar da, ABŞ Prezidenti görüşün konstruktiv olacağına əmindir. Siyasi texnoloqlar bu qənaətdədirlər ki, Rusiya Ukraynanın işğal etdiyi ərazilər de-fakto öz nəzarətində saxlamaqla atəşkəsə razı ola bilər. Amma Ukrayna tərəfi bu fikirlərlə razılaşmır. Həm Ukrayna Prezidenti, həm də bu ölkənin rəsmi şəxsləri Ukraynanın işğal edilmiş torpaqlarını güzəştə getməyəcəyini israr edirlər. Rəsmi Kiyev bunun ölkə Konstitusiyasına zidd olduğunu əsas götürərək, belə halın qəbul olunmadığını vurğulayırlar.
Azərbaycan KİV-ləri Britaniyanın nüfuzlu “The Times” qəzetinə istinadən ABŞ prezidenti Donald Trampın təklif etdiyi “ərazilərin mübadiləsi” konsepsiyasına əsaslanaraq, Rusiya və Ukrayna arasında müharibənin dayandırılması üçün dörd potensial sərhəd variantını təqdim edib.
Birinci variant - Mövcud döyüş xətti üzrə atəşkəs. Bu halda tərəflər hazırkı mövqelərdə qalır, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsini nəzarətdə saxlayır, Krım isə Kreml tərəfindən işğal olunmuş olaraq qalır.
İkinci variant - Bütün Donbasın (Donetsk və Luqansk vilayətləri) Rusiyaya keçməsi. Bu ssenariyə görə, Moskva hazırkı cəbhə xəttinə qədər əraziləri alır, Ukrayna isə Xerson və Zaporojyenin qalan hissəsini saxlayır.
Üçüncü variant - Rusiya Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin tam nəzarətini ələ keçirir. Bu halda Ukrayna yalnız Qara dəniz sahilində az miqdarda ərazi saxlayır.
Dördüncü variant - Ərazilərin mübadiləsi. Bu ssenariyə əsasən, Rusiya bütün Donbası əldə edir, Ukrayna isə bütün Xerson vilayətini geri qaytarır. “The Times” bu seçimin az ehtimal olunduğunu vurğulayır.
Qəzet əlavə edir ki, Kiyevin Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərinin, yaxud onların hissələrinin itirilməsi variantı hazırda müzakirə olunmur.
Ukrayna tərəfi isə bu ehtimalları qəti şəkildə rədd edir. Prezident Volodimir Zelenski gənclərlə görüşdə açıq şəkildə bəyan edib ki, “heç bir ərazi mübadiləsinə getməyəcəklər” və “Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi ilə barışmayacaqlar”. Onun sözlərinə görə, müharibə sona qədər davam edəcək və ölkənin ərazi bütövlüyü tam bərpa olunana qədər geri addım atılmayacaq.
Kiyev, həmçinin ABŞ və Rusiyanın Alyaskada keçiriləcək sammitində qəbul ediləcək qərarları tanımayacağını bildirib. Zelenski qeyd edib ki, Ukrayna məsələsi ilə bağlı masa arxasında Ukraynanın olmadığı heç bir razılaşma legitim sayıla bilməz.
Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransında bildirib ki, Kiyev müharibənin başa çatması müqabilində ərazilərin bir hissəsini Rusiyaya verilməsini nəzərdə tutan ssenariləri nəzərdən keçirmir.
Ağ Evin mümkün güzəştlərlə bağlı bəyanatı ilə bağlı jurnalistlərin sualını cavablandıran Ukraynanın baş diplomatı Prezident Volodimir Zelenskinin mövqeyini xatırladıb.
“Prezident Zelenski artıq açıq şəkildə cavab təqdim edib və bu, Ukrayna Konstitusiyasıdır. Ukrayna Konstitusiyası sizin bu sualınıza bütün cavabları ehtiva edir. Ukrayna BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli, hərtərəfli, davamlı sülhə can atır”, - deyə nazir vurğulayıb.
O vurğulayıb ki, indiki mərhələdə prioritet gələcək danışıqlar üçün əsas olacaq atəşkəs rejiminin tətbiq edilməsidir. Nazir xatırladıb ki, beş ay əvvəl Ukrayna ABŞ Prezidenti Donald Tramın qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib və hazırda Rusiyadan analoji razılıq gözləyir.
“Əlbəttə ki, burada bizə lazım olan ABŞ-ın iştirakı və rəhbərliyidir və biz bu səylərə görə minnətdarıq”, - deyə XİN rəhbəri sözünü yekunlaşdırıb.
Bundan əvvəl Prezident Donald Tramp bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün “ərazilərin mübadiləsi” baş verə bilər.
Zelenski isə tam atəşkəs üçün ilkin şərt kimi Ukrayna qoşunlarının Donetsk vilayətinin işğal olunmamış hissəsini tərk etmə ehtimalını güman etmir: “Biz Donbası tərk etməyəcəyik. Bunu edə bilmərik. Donbas rusiyalılar üçün gələcəkdə yeni hücumlar məqsədilə plasdarmdır. Bir neçə ildən sonra Putinin həm Zaporojye, həm də Dnepropetrovsk vilayətlərinə açıq yolu olacaq. Həm də təkcə bu deyil. Həm də təkcə oralara yox, eləcə də Xarkova. İndi onlara təxminən 9 min kvadrat kilometr ərazini vermək istəyirlər ki, bu da Donbass ərazisinin təxminən 30 ni təşkil edir və bu, yeni təcavüz üçün plasdarmdır”.
O, ABŞ Prezidenti Donald Trampla söhbəti zamanı Ukrayna Konstitusiyasına istinad etdiyini təsdiqləyib.
“Ölkəmi təhvil vermək fikrində deyiləm, çünki buna haqqım yoxdur. Həm də məsələ onda deyil ki, mən Konstitusiyanın arxasında gizlənirəm. Dövlət şəxsi mülkiyyətdir? Donetsk vilayətinin 30 mənim şəxsi mülkiyyətimdir? Ərazi mübadiləsi çox mürəkkəb məsələdir və onu Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən ayırmaq olmaz”, - Ukrayna lideri vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın mövqeyi dəyişməz qalır: əvvəlcə atəşkəs, sonra digər məsələlər üzrə danışıqlar. Eyni zamanda, Ukraynanın iştirakı olmadan ərazi məsələləri müzakirə edilə bilməz.
N.Bayramlı
Xəbər lenti
Hamısına baxSiyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26

