Fransa hökuməti böhran astanasında
27.08.2025 [10:09]
Ardıcıl hökumət böhranları son illərdə Fransanın reallıqlarından birinə çevrilib. Baş nazirlər və onların komandaları tez-tez əvəzlənsə də, ölkədə kritik durum dəyişmir.
Hazırda Yelisey Sarayı yeni hökumət böhranı astanasındadır. Ölkənin Baş naziri Fransua Bayru sentyabrın 8-də Milli Assambleyada hökumətinin etimad səsverməsinə çıxarılacağını açıqlayıb. Bu qərar Fransanın böhrana doğru gedən maliyyə vəziyyəti fonunda qəbul edilib və Bayru bunu maliyyə məsələlərinə nəzarətin əsas amili kimi əsaslandırıb.
Baş nazirin məlumatına görə, prezident Emmanuel Makronun razılığı ilə sentyabrın 8-də Milli Assambleyanın fövqəladə sessiyası çağırılacaq. O, bu sessiyada yeni siyasi proqram bəyan edəcək və onun ardınca etimad səsverməsi keçiriləcək. Əgər səsvermədən keçə bilməzsə, hökumət istefa verməli olacaq.
V Respublika tarixində ən zəif hökumət dəstəyi
Ötən ilin dekabr ayında parlamentdə Mişel Barnye hökumətinə etimadsızlıq fonunda Baş nazir postuna gələn Fransua Bayru təyinatının üstündən heç bir il keçməmiş sələfinin kədərli aqibəti ilə üz-üzə qalıb. Bu yerdə deyiblər ki, hayla gələn vayla gedər. Sələfi kimi, Mişel Barniyenin də təyinatı məhz Makronun ölkə qanunvericiliyini pozmaqla siyasi manipulyasiyalara əl atması sayəsində baş tutmuşdu. Qeyd edək ki, 73 yaşında Baş nazir postuna gələn Bayrunun lideri olduğu “Demokratik Hərəkat” partiyası prezidentyönümlü “Birlikdə” siyasi koalisiyasına daxildir.
Yeni Baş nazirin təyinatından cəmi səkkiz ay ötüb. Ancaq bu qısa müddətdə iş o yerə çatıb ki, ölkədə prezident - baş nazir (Makron - Bayru) V respublika tarixində ən qeyri-populyar, ən az bəyənilən liderlər tandemi kimi dəyərləndirlir. Bununla bağlı IFOP institutunun “Journal du Dimanche” qəzeti üçün apardığı sorğunun nəticələrində məlumat verilir. Bu dəyərləndirmə reallığı əks etdirir və hakim komandanın iflası anlamına gəlir.
Sorğunun nəticələrinə görə, Makron cəmi 19 faiz, baş nazir Fransua Bayru isə 18 faiz ictimai dəstəyə malikdir. Beləliklə, onların birlikdə qazandığı ümumi razılıq səviyyəsi 37 faizi keçmir. Bu göstəricilər Fransa cəmiyyətində icra hakimiyyətinə münasibətdə dərin narazılıq və ümumi məyusluğun bariz ifadəsidir.
Hətta Fransua Holland və Manuel Valls dövründə belə xalq arasında bu qədər aşağı dəstək qeydə alınmayıb. Həmin vaxtda Valls 38 faiz dəstəyə sahib idi və bu, ümumi razılıq səviyyəsini 51 faizə çatdırırdı. İndiki rəqəmlər isə V Respublika tarixində ən zəif hökumət dəstəyi kimi qiymətləndirilir.
Borc lənətinə gələn ölkə
Fransada getdikcə dərinləşən siyasi böhranı, ard-arda baş verən hökumət dəyişmələrini şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Ölkə Makronun prezident səlahiyyətlərinin icrasına başladığı 2018-ci ildən etibarən tarixinin ən çətin dönəmindən keçir. Hazırkı siyasi komandanın, eləcə də Bayru hökumətinin üzləşdiyi böhranın ən mühüm səbəbi isə kritik dərəcədə artan xarici borc və büdcə kəsiri ilə bağlıdır. Baş nazirin özü ölkənin xarici borcunu sosial modelin üstündən asılan “Damokl qılıncı” adlandırıb. Ekspertlər bunu çox ciddi təhdid kimi dəyərləndirirlər. Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, ölkənin xarici borcu 3,3 trilyon avronu keçərək ÜDM-in 113,7 faizinə çatıb. Ötən ilin ikinci yarısında Fransanın xarici borcu daha 72 milyard avro artıb. Proqnozlara görə, 2027-ci ilə qədər bu göstərici 3,6 trilyon avroya çata bilər.
Hesablama Palatasının rəsmisi isə qeyd edib ki, Fransa dövləti hər il 60 milyard avro borc ödəyir: “2027-ci ildə isə bu rəqəmin 80 milyard avroya qədər yüksəlməsi ehtimalı tam realdır.
Bayru hökuməti ölkənin üzləşdiyi kritik durumdan çıxmaq üçün yenidən sərt büdcə siyasətinə keçid ssenarisini təklif edir. Belə ki, hökumət 2026-cı ildə büdcə kəsirini 4,6 faiz səviyyəsinə endirməyi planlaşdırır, lakin bunun üçün 40 milyard avro dan çox qənaət etmək lazım olacaq. Bu isə bir sıra xərclərin, o cümlədən sosial təyinatlı xərclərin azaldılması anlamına gəlir. Buna görə də parlamentdə hökumətə etimad səsverməsinin asan keçməyəcəyi ehtimal olunur. “Bu səsvermə, dövlət büdcəsində 44 milyard avroluq qənaət planının vacibliyini təsdiqləyəcək”,- deyə Bayru bildirib. Baş nazir iyul ayında təqdim etdiyi qənaət tədbirlərinin məqsədinin, ölkəni xroniki borc asılılığından qurtarmaq olduğunu vurğulayıb. “İndi qərar verməliyik. Büdcəmizi tarazlaşdırmaq və dörd il ərzində - 2029-cu ilə qədər - borca nəzarəti bərpa etmək istəyirik, ya yox?”, - deyə Bayru əlavə edib. Onun sözlərinə görə, bu, milli təcili məsələdir, çünki ölkə “borc lənətinə qərq olur”.
Hökumətin sərt qənaət planı ciddi etirazlar doğurur
Bayrunun qənaət planına daxil olan iki bayram gününün ləğvi kimi bəzi təkliflər, ictimaiyyət və müxalifət tərəfindən kəskin tənqidlərə səbəb olub. Baş nazir buna cavab olaraq bildirib ki, bütün təkliflər etimad səsverməsindən sonra açıq şəkildə müzakirə olunacaq. Onun fikrincə, əvvəlcə əsas məsələdə, yəni istiqamət üzrə minimal razılaşma əldə edilməlidir. “Əgər bu razılaşma yoxdursa, heç nə dəyişməyəcək, biz məqsədimizə çatmayacağıq”,- deyə o bildirib.
Bayrunun bu addımı dərhal müxalifət partiyalarının sərt reaksiyası ilə qarşılanıb. Solçu “La France insoumise” (Qeyri-itaətkar Fransa) və Fransa Kommunist Partiyası hökumətin devrilməsi üçün səs verəcəklərini açıqlayıblar. Yaşıllar Partiyası (Ekoloqlar) da eyni mövqedədir və bildiriblər ki, bu səsvermə, əslində, istefa anlamına gəlir.
Ən güclü sağ müxalifət qüvvəsi olan Milli Birlik (Rassemblement National) Partiyası da hökumətə etimad göstərməyəcəyini açıqlayıb. Partiyanın lideri Jordan Bardella isə hökumətin sonunun gəldiyini bildirib.
Yeganə qeyri-müəyyən mövqe isə Sosialist Partiyasına aiddir. Baş nazir onlardan kompromis dəstəyi gözləyir, lakin partiya hələ rəsmi mövqe bildirməyib.
Fransa hökuməti siyasi və maliyyə baxımından kritik bir mərhələyə qədəm qoyur. Sentyabrın 8-də keçiriləcək səsvermə, yalnız siyasi prosedur deyil, həm də Bayrunun və hökumətinin gələcəyini müəyyən edəcək. Müxalifətin birləşmiş təzyiqi qarşısında Bayrunun dəstək tapa bilib-bilməyəcəyi hələ ki, açıq qalır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20

