/ / 8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...
07.08.2026 [21:02]
2025-ci ilin 8 avqustunda Vaşinqtonda Trampın iştirakı ilə imzalanmış sənədlər bir neçə aspektdən dərin yenilik gətirdi...Azərbaycan-Amerika münasibətləri köklü dəyişdi, Azərbaycan- Ermənistan sülh prosesi daha möhkəm təminat altına alındı, ABŞ-ın ona qədərki Cənubi Qafqaz siyasətinin yanlış və hətta ziyanlı olduğu təsdiqləndi, Rusiyanın bölgədə sülhə təminatçı olmaq imkanlarının tükəndiyi təsdiqləndi.
2020-ci iln 9 noyabrında Putinin virtual iştirakı ilə imzalanmış bəyannamə sonrakı 5 il ərzində praktik olaraq nəyisə dəyişmədi. Bu 5 il ərzində yalnız Azərbaycan prezidenti İlham Əliyevin təklikdə başlatdığı sülh prosesinin Ermənistan tərəfindən qəbul olunmasında Rusiyanın bir fundamental iştirakı olmadı. Əslində Moskvanın İrəvanı ürəkdən sülhə təşviq etdiyini də söyləməyə bir əsas, təəssüf ki, olmadı.
Əslində Tramp hakimiyyətə ikinci dəfə gələnə qədər ABŞ və Rusiyanın Cənubi Qafqazda münaqişənin həllinə yanaşmaları təxminən oxşar idi. Hər ikisi Azərbaycan-Ermənistan sülhünü real şəkildə təmin etməyi yox, öz maraqlarını güdürdülər. Rusiya çalışırdı ki, münaqişə yarımçıq qalsın, Laçın və Kəlbəcər işğalda qalsın, Rusiyanın Qarabağdakı qüvvələri bir neçə on illik status alsın, Rusiya hər iki ölkəni yenə təsir altında saxlamaqda davam etsin. Təəssüf ki, Trampa qədərki Bayden administrasiyası da uzunmüddətli sülhü yox, separatçı Dağlıq Qarabağ bölgəsinin rəsmi status, hətta ayrıca dövlətçilik qazanmasını hədəfləmişdi...
Hələ ilk prezidentlik dövründə Trampın Qafqazda gedən proseslər, erməni lobbisi ilə məsafə saxladığı, ABŞ-ın Qafqaz siyasətinə daha çox tarixi ədalət və Amerikanın dövlət maraqları baxımından üstünlük verdiyi açıq görünürdü. Hələ ilk prezidentlik vaxtlarından Trampın İlham Əliyevlə rəsmi yazışmaları onun Qafqaz siyasətinin formalaşmasına sözsüz təsir göstərirdi. İlham Əliyevin Trampın fərqli siyasət aparmaq niyyətlərini zamanında qiymətləndirməsi də öz rolunu oynadı...
Beləliklə, 44 günlük müharibədən sonra həm Moskvanın, həm də Bayden administrasiyasının bölgəmizdə sülhə maneçilik fəaliyyətləri təhlükəli bir boşluq yaratmışdı. İlham Əliyevlə Trampın bir-birini əla başa düşmələri möhkəm ümidlər yaratdı ki, həmin boşluq Bakı ilə İrəvanın arasında yalnız Trampın sülh vasitəçiliyi ilə doldurula bilər. Nəticə etibarilə 2025-ci ilin 8 avqust Vaşinqton görüşü və imzalanmış sənədlər həm zərurət, həm də müstəsna əhəmiyyətli şans olaraq ortaya çıxdı. 30 illik Azərbaycan-Amerika münasibətləri tarixində ilk dəfə Strateji tərəfdaşlıq sənədi imzalandı. Yalnız Prezident İlham Əliyevin səyləri ilə tərtib olunmuş Saziş mətni paraflandı. Hansını ki, 5 ildə Moskva praktik olaraq etməyi bacarmamışdı. Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini ehtiva edən rəsmi sənədə ilk dəfə olaraq ABŞ kimi super dövlətin imzası qoyulmuşdu. Hansını ki, Rusiyanın timsalında heç vaxt görmədik. Ancaq xalqlar bunu umurdu. ABŞ prezidenti üçtərəfli bəyannaməyə Azərbaycanın öz süverenliyini bərpa etməsindən sonra imza atdı. Bununla da Azərbaycanın süverenliyini və keçmiş Dağlıq Qarabağ üzərində haqqını hüquqi olaraq təsdiqlədi. Bəs Kreml bunu etdimi? Xeyr! Halbuki edə bilərdi və etməli idi. Kreml başçısının imzası olan yeganə sanəd - 9 noyabr 2020-ci il bəyannaməsi o zaman imzalanmışdı ki, Dağlıq Qarabağ hələ işğal altında idi və deməli, Azərbaycanın suverenliyi altında deyildi. Bəs Rusiya 2023-cü ilin antiterror əməliyyatından sonra 9 noyabr 2020-ci ilin sənədini niyə təzələmədi və məzmununda yeniliklər edərək təkrar imzalamadı? Şübhəsiz ki, Rusiya 2023-cü ilin antiterror əməliyyatından sonra bunu etmək niyyətində olsaydı, Azərbaycan yox deməz, əksinə, sevinərdi...
8 avqust Vaşinqton sənədlərinin mühüm siyasi-diplomatik nəticələrindən biri Azərbaycan-Ermənistan nünasibətləri üzərində Avropa Birliyinin manipulyasiyalarına da son qoyması oldu. Vasitəçilik adı altında Fransanın və digərlərinin maraqlarını irəli sürən Avropa Birliyi sonda nə təminatlı sülh prisesinə yol aça bildi, nə də öz maraqlarını sonadək gizlədə bildi.
Nəhayət, 8 avqust Vaşinqton sənədləri bölgəmizin bütün ölkələrinin kartlarının açılıb ortaya qoyulmasına təkan verdi. İndi hamının, sanki açıq oynayırmışlar kimi, heç bir gizli tərəfi qalmayıb.
8 avqustdan sonrakı bir ildə bu sənəd bölgəmiz üçün daha çox iş gördü, nəinki Putinin virtual iştirakı ilə imzalanmış 9 noyabr 2020-ci il sənədinin 5 ildə et(mə)dikləri...
9 noyabr 2020-ci il sənədi bölgəmizə "Laçın dəhlizi" adlı yeni qanlı oyun ssenarisi gətirməyə daha çox hesablanmışdı. 8 avqust 2025-ci il tarixli Vaşinqton sənədləri isə yekun sülh sazişinin və Zəngəzur ( Tramp) dəhlizinin gerçəklik qapılarını açır...
Aydın QULİYEV
Xəbər lenti
Hamısına baxİdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23

