“Vaqner” tapmacası: Orduda qiyam hazırlanır?
18.05.2023 [10:31]
Murad KÖHNƏQALA
“Vaqner” muzdlu qruplaşmasının lideri Yevgeni Priqojin Ukrayna ordusuna əməkdaşlıq təklifi verib. Son çıxışında Rusiya hakimiyyətini qruplaşmaya lazımi dəstək verməməkdə günahlandıran Priqojin öz qoşununu Baxmutdan salamat çıxarmaq üçün Ukrayna hərbçilərinə məxfi işbirliyi təklif edib.
“Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojin rus qoşunlarının Kiyev ətrafında tutmaq istədiyi mövqeləri hansı yollarla ələ keçirmək planını və məxfi məlumatları Ukrayna hərbçilərinə ötürmək istədiyi barədə mesaj göndərib. O, təklif edib ki, verəcəyi hərbi sirrin müqabilində Ukrayna ordusu onun Baxmut yaxınlığında mühasirədə qalan qoşunlarını geri çəkməyə imkan yaratsın.
“The Washington Post” yazır ki, Priqojin bu təklifi müharibə zamanı gizli əlaqə saxladığı Ukrayna hərbi kəşfiyyat idarəsindəki tanışlarına çatdırıb. Sözügedən məlumatı ABŞ kəşfiyyatı əldə edib.
Məlum olduğu kimi, Priqojin Moskvanın müharibə planını faktiki olaraq reallaşdıran “Vaqner”i silah-sursatla lazımi səviyyədə təmin etməyən Rusiya hərbi komandanlığı ilə, loru dildə desək, yola getmir. Lakin bütün narazılıqlara baxmayaraq, Priqojin hələ də Rusiya prezidenti Vladimir Putinin qeyri-rəsmi müttəfiqi hesab olunur. Əslində, Rusiya prezidenti “Vaqner” rəhbərinin Ukraynaya verdiyi təklifi tam mənası ilə xəyanət kimi qəbul etməlidir. Amma...
Zelenskiyə qurulmuş tələ
Adının açıqlanmasını istəməyən iki ukraynalı məmur Priqojinin Ukrayna Kəşfiyyat İdarəsinin nümayəndələri ilə bir neçə dəfə danışdığını təsdiqləyib. Rəsmilərdən biri deyib ki, Priqojin qoşununu Baxmutdan çıxarmaq üçün dəfələrlə “sövdələşmə” təklif edib, lakin Kiyev ona etibar etmədiyindən bu təklifi rədd eləyib.
Ukrayna prezidenti Volodimir Zelenski “The Washington Post” qəzetinə müsahibəsində Priqojinlə əlaqə saxladıqlarını təsdiqləməyib. “Bu, kəşfiyyat məsələsidir”, - deyə o, tam cavab verməkdən yayınıb. “Nədir, mənim xəyanətdə ittiham olunmağımı istəyirsiniz?” - deyən Ukrayna lideri məxfi məlumatların ictimaiyyətə açıqlanmasını narazılıqla qarşılayıb. Zelenski kəşfiyyat danışıqlarının mediaya sızmasının Rusiyanın xeyrinə olduğunu bildirib.
Əlbəttə, Ukrayna rəhbərliyi şübhəsində və ehtiyatlı davranışında haqlı, məntiqli görünür. Lakin o da göz qabağındadır ki, Baxmutda gedən amansız döyüşlərdən Priqojin ciddi məyus olub. “Vaqner”in başçısı Rusiya rəhbərliyinə həm açıq şəkildə, həm də şəxsi əlaqələri vasitəsilə Müdafiə Nazirliyinin onun döyüşçülərini lazım olan sursat və digər resurslarla təmin etmədiyindən şikayətlənib. Hazırda Ukraynanın şərqində yerləşən Baxmutda müharibənin ən qanlı döyüşləri gedir. Bildiyimiz kimi, mayın 9-dək şəhərə nəzarəti ələ keçirəcəyini vəd edən Priqojin bu yaxınlarda qoşunlarını Baxmutdan çıxaracağını deməklə Rusiya rəhbərliyini hədələyib.
Priqojin rus qoşununun zəif nöqtələrini açıqlayıb
Sızdırılmış digər materiallarda Priqojin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla, bir sıra yüksək vəzifəli məmurlar arasında hakimiyyət davasının getdiyi barədə detallar da yer alır. ABŞ kəşfiyyatının yaydığı məlumatlara əsasən, artıq Rusiya hərbi rəhbərliyi tərəfindən Priqojini zərərsizləşdirmək kampaniyası başlayıb. Bu gərginliklər fonunda Priqojin Ukrayna kəşfiyyatı ilə də gizli əlaqə saxlayıb. Sənədlərdən birinə görə, tərəflər arasında telefon danışıqları ilə yanaşı, Afrikanın adı çəkilməyən bir ölkəsində Ukrayna Kəşfiyyat İdarəsi zabitləri ilə “Vaqner” liderinin üzbəüz görüşləri də baş tutub.
ABŞ kəşfiyyatının sızdırdığı sənədlər göstərir ki, Priqojin dəstəsinin verdiyi ağır itkilərə görə qəzəblənib, bu səbəbdən Ukraynaya kömək etmək qərarına gəlib. Hətta “Vaqner” rəhbərinin Ukrayna ordusunu Rusiya qüvvələrinə daha güclü zərbələr endirməyə çağırdığı bildirilir.
Məlumatda qeyd olunur ki, Priqojin Ukrayna kəşfiyyatçısına Rusiyanın döyüşçülərə sursat göndərməkdə çətinlik çəkdiyini bildirib. O, Ukrayna qüvvələrinə əsas zərbələri Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın sərhədinə yönəltməyi, sərhəd boyu hücumu davam etdirməyi tövsiyə edib. Priqojin danışıq apardığı ukraynalı yüksək rütbəli hərbi qulluqçuya rus əsgərlərinin döyüş qabiliyyəti və mənəvi-psixoloji durumunun aşağı səviyyədə olduğunu bildirib.
Yayılan sənədlər göstərir ki, Kiyev Priqojinin Ukrayna kəşfiyyatı ilə təmaslarından, konkret olaraq Baxmut danışıqlarından Kremlin xəbərdar olmasından şübhələnir. Ehtimal ki, bu, Rusiya hərbi rəhbərliyinin öz ssenarisi də ola bilər. Məxfi telefon danışıqlarının əksini tapdığı bir sənədə görə, Ukrayna hərbi kəşfiyyatının rəisi Kiril Budanov “Priqojinin gizli danışıqlarının və Afrika görüşlərinin təfərrüatından rusların onu Ukrayna agenti kimi qələmə verəcəklərini gözləyirdim”, - deyib.
ABŞ kəşfiyyatı casus ovunda
Jurnalistlərin sorğusuna cavab olaraq mətbuat xidməti Priqojinin bu məsələyə reaksiyasını dərc edib. “Vaqner” lideri deyib: “Bəli, əlbəttə, mən bu məlumatı təsdiqləyə bilərəm. Bizim xarici kəşfiyyat xidmətlərindən gizlədə biləcəyimiz heç nə yoxdur. Budanovla mən hələ də Afrikadayıq”.
Hələlik Baxmutda gərgin döyüşlər davam edir, Priqojin geri çəkilir, Rusiya rəhbərliyi isə vəziyyətlə bağlı rəsmi açıqlama verməkdə gecikir.
Priqojinin ABŞ agenti olduğunu iddia edənlər də az deyil. Belə bir ehtimal da var ki, radikal qruplaşmanın başçısı Rusiya rəhbərliyini açıq ittiham etməklə yaxın zamanlarda Rusiya ordusunda baş verəcək qiyamın ssenarisində rol alıb və artıq fəaliyyətə başlayıb. Bu ehtimalı qüvvətləndirən daha bir məlumat ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən gəlib. İdarə yeni Teleqram kanalında Rusiya vətəndaşlarına açıq müraciət edərək, onları əməkdaşlığa çağırıb: “MKİ Rusiya haqqında həqiqəti bilmək istəyir və biz bu həqiqətləri bilən, onları bizə deyə biləcək etibarlı insanları axtarırıq. Bizə verəcəyiniz məlumatlar düşündüyünüzdən daha dəyərli ola bilər”. MKİ rəsmiləri qeyd ediblər ki, əhali arasında əməkdaşlığa bu formada çağırış effekt verir. “İlk belə müraciətimiz uğurlu oldu, on beş ay ərzində xeyli sayda rusiyalı bizə lazım olan məlumatları ötürdü. Nəticə əldə olunmasaydı, ikinci dəfə müraciət etməzdik”, - deyə kəşfiyyat idarəsinin əməkdaşı bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

