Yeni müharibə “müjdəçiləri” Moskva səmasında
01.06.2023 [10:52]
Məlum olduğu kimi, mayın 30-u səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya dron hücumları edilib. Moskva səmasında sayrışan PUA-lar əhali arasında əməlli-başlı qorxu və panika yaradıb. Paytaxt sakinləri təşviş içindədirlər.
Kiyev Moskvanı nişan alır
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qeydə alınan səkkiz pilotsuz təyyarənin hər biri Rusiya Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib. “PUA-lardan üçü nəzarəti itirib və nəzərdə tutulan məqsədlərdən yayınaraq məhv edilib”, - rəsmi məlumatda belə deyilir. Nazirliyin rəsmi “Teleqram” kanalında bildirilib ki, Moskva şəhərindəki obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirilib: “Hücumun arxasında Kiyev rejimi dayanır”.
Məlumatda qeyd olunur ki, üç pilotsuz təyyarə “elektron sistemdə idarəetməni itirib və nəzərdə tutulan hədəflərdən yayınıb”, daha beş pilotsuz təyyarə isə “Moskva vilayətində “Pantsir-S” zenit-raket və silah sistemi tərəfindən məhv edilib”.
Bu qəfil dron hücumu haqqında Rusiyada çox fikirlər səsləndirilir. Politoloqlar, siyasətçilər və hərbi ekspertlər tərəfindən irəli sürülən əsas fikir ondan ibarətdir ki, bu hücumun arxasında Ukrayna hökuməti dayanır. Rusların təbirincə desək, məsuliyyət “Kiyev rejimi”nin üzərinə düşür. Putinin iqamətgahı hədəfdə
Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn pilotsuz təyyarələrin vurulduğu yerlərin - Krasnoqorsk vilayətinin İlyinskoye və Timoşkino kəndinin, Odintsovonun Razdorı və Romaşkovo kəndlərinin, eləcə də İstra vilayətinin Qrinfild kəndinin adlarının qeyd olunduğu siyahını paylaşıb. PUA-ların uçuş etdiyi Razdorıda əsasən dövlətə məxsus istirahət mərkəzləri və yüksək rütbəli məmurların malikanələri yerləşir. Həmin əraziyə yaxın məsafədə prezident Vladimir Putinin Novo-Oqaryovodakı iqamətgahı da var. Ekspertlər düşünürlər ki, bu hücumda məqsəd partlayış törətməkdən daha çox məxfi informasiyalar toplamaq olub. Güman edilir ki, müasir elektron sistemlə təchiz olunmuş dronlar strateji məkanların üzərində uçaraq onların xəritəsini çəkib, qarşı tərəfə lazım olan məlumatları ötürüb. “Bu gün səkkiz pilotsuz təyyarənin Moskvaya baş tutmayan reydi yeni reallıqdır. Şübhəsiz ki, Ukraynanın təxribat və terror aktları bundan sonra daha da artacaq. Biz müdafiə və təhlükəsizlik tədbirlərini, xüsusən də dronlara qarşı mübarizəni köklü şəkildə gücləndirməliyik”, - deyə Dövlət Dumasının komitə sədri Aleksandr Xinşteyn təlaşla bildirib.
Digər parlamentari, Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov isə deyib ki, bu, daha çox mülki əhaliyə qarşı yönəlmiş hədə-qorxu aktıdır. Onun fikrincə, bu hücumda Ukraynanın məqsədi rus xalqı arasında qorxu və panika yaratmaqdır.
Müxalifət lideri: “Öz əkdiyimizi biçirik”
Müxalif siyasətçi Leonid Volkov isə hadisəni bir qədər fərqli rakursdan şərh edib. O, məlum dron hücumunun rusların Ukraynada törətdikləri cinayətlərin müqabilində əhəmiyyətsiz bir oyun kimi göründüyünü bildirib: “Bu, Kiyevdə və Ukraynanın digər şəhərlərində dinc insanların artıq 15 aydır yaşadıqları dəhşətin çox əhəmiyyətsiz bir hissəsidir. Putin 2022-ci il fevralın 24-də Ukraynanı işğal etmək qərarını verməsəydi, bunların da heç biri baş verməzdi. Moskva əhalisi də rahat yatardı. İndi isə prosesi dayandırmaq mümkün deyil. Müharibə öz vəhşi qanunları ilə davam edir, Rusiyanın hava hücumundan müdafiə sistemləri isə dəlik-deşikdir”, - deyən tanınmış siyasətçi olaya pessimist fikirlər və ittihamlarla dolu reaksiya nümayiş etdirib.
“Vaqner”in rəhbəri Yevgeni Priqojinin olaya reaksiyası isə gözlənildiyi kimi sərt olub. Priqojin yenə də Rusiyanın hərbi-siyasi rəhbərliyini yarıtmaz fəaliyyətdə, məsuliyyətsizlikdə ittiham edib. O bildirib ki, Rusiya ordusu öz rəqibindən nəinki illərlə, hətta onilliklər fərqi ilə geridədir. Terrorçu dəstənin lideri PUA-ların üstündən uçduğu məmur malikanələrinə işarə edərək: “Sizin evləriniz cəhənnəmə yansın! Heç olmasa yazıq dinc insanları düşünün! Arxanızı kreslodan qaldırıb bir iş görün!” - deyə qəzəbini saxlaya bilməyib.
“Müharibə birbaşa Moskvaya gəlib. Artıq pilotsuz təyyarə Leninskidə yerləşən hər hansı bir mənzilə və ya Rublyovkadakı evə girə bilər. Nəhayət, moskvalılar bu gün bir ildən artıqdır atəş altında yaşayan Kiyev əhalisinin yaşadıqlarını öz dərilərində hiss etdilər”, - deyə jurnalist Marina Ovsyannikova da fikirlərini bölüşüb.
“Dronlar uşaq öldürmək istəmir...”
Bəs qarşı tərəf nə deyir? Artıq Ukrayna rəsmiləri, o cümlədən prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak hadisəyə ironik şəkildə münasibət bildirib. O, həmin PUA-ların məhz rusların özlərinə məxsus olduğunu deyib: “Bilirsiniz ki, hazırda biz süni intellekt dövrünə qədəm qoyuruq. Ola bilsin, onların pilotsuz təyyarələrinin heç də hamısı Ukraynaya hücum etməyə hazır deyil. Bəlkə də bizi vurmağa göndərilən PUA-lar öz sahiblərinin üstünə qayıdıb, onlara gərəkli suallar vermək istəyir? Məsələn belə: “Niyə bizi Ukraynanın, Kiyevin və başqa şəhərlərin uşaqlarını vurmağa göndərirsiniz?”
Podolyak daha sonra əlavə edib: “Birtərəfli oyun oynaya biləcəklərinə, müstəqil, suveren bir dövləti tamamilə məhv etməyin mümkün olacağına və cəzasız qalacaqlarına inanan həmin insanlar bilmirdilərmi ki, 15 aydan sonra çanaq onların da başında çatlaya bilər? Bilmirdilərmi ki, onların hər biri məsuliyyət daşıyır?”
Beləliklə, bu hadisəyə görə hər iki tərəf bir-birini ittiham edərək, məsuliyyəti qarşı tərəfin üzərinə yükləyib. Maraqlıdır, Moskva səmasında meydan sulayan, amma partlayış törətməyən naməlum PUA-ların vəzifəsi nə olub? Dronlar həqiqətənmi Ukraynaya məxsus idi? Olmaya bu hadisə ilə müharibənin yeni mərhələsinə start verilir? Olmaya Ukrayna Qərbin dəstəyi ilə müharibənin qığılcımlarını artıq Rusiya ərazisinə daşımaq fikrindədir?..
Versiyalar çoxdur, lakin bu sualların doğru cavabını zaman verəcək.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxAnalitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39

