Co Baydenin impiçmenti gündəmdə...
09.01.2024 [10:42]
Seçkilər ərəfəsində ABŞ-ın dövlət başçısı çətin duruma düşüb
N.BAYRAMLI
ABŞ Prezidenti Cozef Baydenin impiçment məsələsi yenidən gündəmə gəlib. Xatırladaq ki, ötən ilin dekabrında ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Baydenin impiçmenti ilə bağlı əlavə təhqiqat aparılmasını tələb edən qətnaməni təsdiqləyib. Bu barədə səsvermə ABŞ-ın qanunverici orqanının rəsmi saytında yayımlanıb. Daha əvvəl Nümayəndələr Palatasının spikeri Mayk Conson bu qətnamənin “zəruri və məqsədəuyğun” olduğunu bildirib. Dekabrda o, səsvermənin impiçmentlə bağlı olmadığını, impiçment təhqiqatında irəliləyiş olduğunu açıqlayıb. O izah edib ki, Ağ Ev Bayden haqqında konqresmenlərin tələb etdiyi məlumatı verməkdən imtina etdiyi üçün bu cür tədbirlər tələb olunur. Səsvermədən sonra ABŞ administrasiyasından prezident haqqında lazımi məlumatları əldə etməyin asanlaşacağına inanılır. Nümayəndələr Palatasının Respublikaçılar Qrupu tərəfindən təqdim edilən qətnamə Palatanın Nəzarət və Hesabatlılıq, Gəlir və Xərclər və Məhkəmə komitələrini Amerikanın hazırkı Prezidentinə impiçment elan etmək üçün kifayət qədər əsasların olub-olmaması ilə bağlı araşdırmalarını davam etdirməyə istiqamətləndirəcək.
Başqa bir məsələ isə dövlət başçısının oğlu ilə əlaqədardır. Qəbul edilən qərarın məqsədlərindən biri prezidentin oğlu Hunter Baydenin xarici biznes sövdələşmələrində ehtimal olunan qanunsuzluqlarla bağlıdır. Hunter Baydenin açıq dinləmə tələbi ilə bağlı qapılar arxasında Konqresdə ifadə verməkdən imtina etməsindən bir neçə saat sonra açıq istintaq qərarı verilib. Ağ Ev isə respublikaçıların qərarını 2024-cü il seçkiləri öncəsi tətbiq etdikləri siyasi hiylə kimi qiymətləndirib.
Ötən gün Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, amerikalı qanunvericilər ABŞ prezidenti Cozef Baydenə qarşı impiçment prosesinin başlanması ilə bağlı hələ qərar qəbul etməyiblər. Onun sözlərinə görə, Ağ Ev tələb olunan sənədləri təhvil verməkdən və baş verənləri dəqiq müəyyən etmək üçün əsas olan bəzi şahidləri təqdim etməkdən imtina edir: “Yenə deyirəm, biz hələ əvvəlcədən verilmiş hökmdən danışmırıq, impiçment prosedurunun başlanacağı qənaətinə gəlməmişik. Amma həqiqəti üzə çıxarmaq üçün ifadə almaq və sənədləri təhvil vermək üçün əlavə zəruri addımlar atmağa məcburuq. Prezidentə qarşı vaxtından əvvəl impiçment hökmü konstitusiya öhdəliklərinin pozulması olardı, lakin araşdırma aparmaq və həqiqəti aşkar etmək lazımdır”. Spiker qeyd edib ki, Baydenin ailəsi yaratdıqları şirkətlər vasitəsilə 20 milyon dollardan çox pul qazanıb: “Vəsaitlər Çin, Rusiya və Qazaxıstandan daxil olub. Bilirik ki, Cozef Bayden ən azı 22 dəfə xarici tərəfdaşları ilə oğlu Hanter Baydenin biznes fəaliyyətini müzakirə edib”.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern isə hesab edir ki, Prezident Co Bayden Ukraynada qəti və son çarə sayılan tədbirlərə əl ata bilər, çünki Amerika liderinin qarşıdan gələn prezident seçkilərində qələbəsi Rusiya-Ukrayna münaqişəsinin nəticəsindən asılıdır. Ekspert izah edib ki, Bayden üçün risklər xüsusilə yüksəkdir, ona görə də o, prezident kürsüsünü qorumaq üçün gözlənilməz vasitələrə əl atmağa hazırdır. Keçmiş analitikin fikrincə, bu, onun üçün həyati vəzifədir, çünki seçkilərdə uduzsa, oğlunu və onu həbsxana gözləyir.
Makqovern həmçinin qeyd edib ki, Ukraynada münaqişə ABŞ hökumətinin planlarına uyğun inkişaf etmir: “Ukrayna meyitdirmi? Çox güman ki, yox. O, həyat təminatı altındadırmı? Bəli. Hər şey Putinin onun oksigenini nə vaxt kəsmək istəməsindən asılıdır. İndi çox çətindir, bu il seçkilər keçiriləcək. Mən prezidentin nə qərar verəcəyindən qorxuram”.
Missuri ştatının dövlət katibi Cey Eşkroft isə ABŞ Prezidenti Co Baydeni demokratların praymerizlərində iştirakdan kənarlaşdırmaqla hədələyib. Bu barədə o, “X” sosial şəbəkəsində yazıb. Ali Məhkəmə Baydenin rəqibi Donald Trampın adını Kolorado və Men ştatlarında Respublikaçıların seçki bülleteninə qaytarmasa, Eşkroft prosesə başlamağa hazırdır. Bu, hazırkı dövlət başçısının prezidentlik yarışında iştirakının qarşısını alacaq. “Kolorado və Men ştatlarında baş verənlər biabırçılıqdır və respublikamızın təməllərini sarsıdır. Dövlət katibləri işə qarışacaq və yeni qanun standartının Trampa və Baydenə eyni dərəcədə tətbiq olunmasını təmin edəcəklər”, - deyə o, elan edib.
Qeyd edək ki, ötən dekabr ayında Kolorado Ali Məhkəməsi keçmiş Amerika liderinin 2024-cü ildə prezidentliyə namizədliyi üçün Respublikaçılar Partiyasından namizədlər üçün keçirilən yerli seçkilərdə iştirakını qadağan edib. Məhkəmə bu qərarı verərkən ABŞ Konstitusiyasına edilən 14-cü düzəlişin 3-cü bölməsinə istinad edib ki, bu da qiyamda iştirak edənlərin ən yüksək dövlət vəzifəsini tutmasını qadağan edir.
Beləliklə, prezident seçkiləri ərəfəsində Co Bayden çətin vəziyyətlə üz-üzə qalıb. Bütün bunlar onun reytinqinə zərbə vurur.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41

