Kollektiv Qərbin müharibə “arzusu”...
22.02.2024 [10:43]
Kiyevi daha aktiv şəkildə silahlandırmanın əsl məqsədi
Günel ABBAS
Son illərin ən mühüm siyasi - hərbi hadisəsi kimi xarakterizə olunan Ukrayna-Rusiya müharibəsi üçüncü ilə qədəm qoymaqdadır. Son iki ildə baş verənləri göz önünə aldıqda münaqişənin bu qədər uzanmasında bəzi məqamlarda kənar təsirlərin daha böyük rol oynadığını görməmək mümkün deyil.
Təbii ki, münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində də addımlar atıldı - xüsusilə, Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən təşəbbüslər daha mühüm uğurları ilə yadda qaldı. İlk dəfə Ataliyada bir araya gələn iki tərəfin rəsmi nümayəndələri hətta müəyyən humanitar atəşkəslə bağlı da razılığa gəlmişdilər. Yaranan situasiyanın daha yüksək səviyyədə inkişafına zəmin də vardı. Amma təəssüf ki... Bu barədə bir az sonra.
Vurğulandığı kimi, münaqişənin danışıqlar mərhələsinə keçidi baş tutmadı və Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun da ifadə etdiyi kimi, “Bəzi NATO üzvləri müharibənin bitməsini istəmədi”. Prosesin uzanmasında maraqlı olanlar münasibətlərin danışıqlar yolu ilə deyil, hərbi yolla ayırd edilməsi üçün “səfərbər” oldular. Təəssüf ki, bu, hələ də davam edir...
Müharibə iştirakçılarını kimlər silahlandırır?
Vurğulanmalıdır ki, müharibənin başlandığı ilk günlərdən bəzi ölkələr öz “yerini” dəqiqləşdirərək münaqişə tərəfinə çevrildi. Bu sırada kollektiv Qərb daha “fəal” görünürdü. Xüsusilə, NATO ölkələri Ukraynanı silah-sursatla “təmin edərək” müharibənin uzanması üçün demək olar ki, “əllərindən gələni” edir. Məsələn, ABŞ Ukraynaya maddi yardım məsələsində müəyyən “gecikmələr” yaratsa da, silah tədarükünü “yubatmır” - ötən həftə NATO -nun Ukraynaya 2024-cü il ərzində bir milyon pilotsuz uçuş aparatı tədarük ediləcəyi bildirilmişdi. Statistikaya nəzər salsaq, mənzərə daha aydın olar:
- 2023-cü ildə ABŞ Ukraynaya 24 milyard dollar məbləğində yardım edib.
- Cari il üçün isə bu məbləğin 60 milyard dollar olacağı gözlənilir. Sadəcə olaraq, bu məbləğin tədarükünə ABŞ parlamenti hələ ki, razılıq verməyib.
Ukraynanın digər “sponsoru” Avropa İttifaqı isə Kiyevə 2023-cü il üçün 18 milyard avro ayırmışdısa, bu il üçün 50 milyard avro nəzərdə tutulub.
Bu rəqəmlər isə bir mənada həm də münaqişənin davamı üçün yaradılan şəraitdir. Başqa sözlə, müharibənin davamına ayrılan “sərmayə” Avropanın mərkəzində sülhə nail olunmasını gecikdirən ən böyük amillərdəndir.
Qərb müharibənin bitməyini istəmir
Konkret son günlərdə elan edilən hərbi yardımlara diqqət edək:
- İsveç hökuməti Ukraynaya 7,1 milyard kron (630 milyon avro) dəyərində indiyə qədər ən böyük hərbi yardım paketini təqdim edib;
- Finlandiyanın sayca 22-ci hərbi yardımı təxminən 190 milyon avro dəyərindədir;
- Kanada Ukraynaya 800-dən çox “SkyRanger R70” pilotsuz uçuş aparatı göndərəcək.
Beləliklə, müharibənin bitməmə səbəblərinin başında gələn amil özünü açıq şəkildə göstərir. Kollektiv Qərb düşünür ki, Rusiya - Ukrayna cəbhəsində müharibənin dayandırılması onların hətta digər regionlardakı maraqlarını risk altına qoyur. Bu mənada Qərb yaratdığı yeni “nizamın” hələki davam etməsini stimullaşdırır. Bu mənada, Ukraynada baş verən qan-qadanın “ssenari müəllifi” qismində həm də Qərbin çıxış etdiyini söyləmək mümkündür. Kollektiv Qərb bütövlükdə regional proseslərdə patronajlığını davam etdirmək üçün Ukraynanı güdaza verir - bu gün Ukraynanın düşdüyü vəziyyət acınacaqlıdır. Ölkə bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Niyə? Kollektiv Qərbin maraqları ucbatından. Sülh və danışıqlar yolunu birmənalı rədd edən, Ukraynaya ağlagəlməz yalan vədlər verən, onu Aİ, NATO üzvü “edəcəyinə arxayınlaşdıran”lar korporativ maraqlarının arxasınca “sürünür”.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18

