Əlcəzair Prezidenti: Vəziyyət fəlakətlidir, biz Prezident Makronla vaxt itiririk
03.02.2025 [19:23]
Əlcəzairlə Fransa arasında vəziyyət fəlakətlidir, biz Prezident Makronla vaxt itiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əlcəzair Prezidenti Abdelmacid Tebbun Fransanın “L'Opinion” nəşrinə müsahibəsində deyib. O, iki ölkə arasında siyasi dialoqun faktiki olaraq kəsildiyini və Emmanuel Makronla vaxt itirildiyini bildirib. O, ölkələr arasındakı münasibətlərin çətin düzələ biləcəyi ayrılığa doğru getməsi ilə bağlı xəbərdarlıq edib.
"Mübahisəli keçmiş xatirələrdən kənara çıxmağa böyük ümidlərimiz var idi. Lakin ticarət əlaqələri istisna olmaqla, heç nə yolunda getmir. Siyasi dialoq faktiki olaraq kəsilib", - deyə Əlcəzair Prezidenti qeyd edib. Fransız siyasətçilərin hər gün səsləndirdikləri düşmənçilik ifadələrinə toxunan Prezident Ə.Tebbun Əlcəzair səlahiyyətlilərinin qərarı ilə Fransaya geri göndərilmiş əlcəzairli inluenser Dualemdən danışıb. Bildirib ki, o, qeyri-qanuni vəziyyətdə olan əlcəzairliləri Fransaya məcburi yükləmək istəmir, sadəcə, qanuni prosedurlara riayət edilməlidir.
Əbdülməcid Tebbun 1968-ci il tarixli Fransa-Əlcəzair sazişləri ilə bağlı bəyan edib ki, bu müqavilələr tarixən əməyə ehtiyacı olan Fransa üçün əlverişli idi. “1968-ci il sazişləri Pyer Pujade dövründə olduğu kimi, bütün ekstremistlərin bir araya gəlməsinə imkan verən boş bir sənəddir”, - deyə o diqqətə çatdırıb.
Əlcəzair dövlətinin başçısı bir daha bildirib ki, nüvə sınaq meydançalarının zərərsiz hala gətirilməsi məsələsi insani, mənəvi, siyasi və hərbi səviyyələrdə məcburidir. "Biz hesab edirik ki, Əlcəzair bunu Fransa ilə etməlidir. Paris bizə bu sınaqların keçirildiyi əraziləri və materialların harada basdırıldığını dəqiq söyləməlidir. Ued Namusda (Oued Namous) istifadə edilən kimyəvi silahlarla bağlı məsələ də qalmaqdadır. Bu mübahisələri birdəfəlik həll etməliyik”, - deyə Prezident Tebbun əlavə edib.
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32

