Ramazan ayı və Novruz bayramı ərəfəsində
14.03.2025 [08:18]
Düzgün qidalanma...
Nələrə diqqət etməliyik?
Oruc tutmağın insan sağlamlığına faydaları çoxdur. Bununla belə, Ramazanda düzgün qidalanma qaydalarına xüsusi diqqət yetirmək lazımdır. Qida rasionu elə tərtib edilməlidir ki, imsakdan iftara qədər aclıq və susuzluq hissi narahatlıq yaratmasın. Mütəxəssislərin məsləhətinə görə, xüsusilə, imsakda tərkibində maye olan yeməklərin qəbulu mümkün qədər artırılmalıdır.
Məlumdur ki, bu il Novruz bayramı Ramazan ayına təsadüf edir. Martın 30-da isə Ramazan bayramı qeyd olunacaq. Artıq Novruz çərşənbələrindən üçünü geridə qoymuşuq. Martın 18-də İlaxır çərşənbə, martın 20-21-də isə Novruz bayramıdır. Bu ərəfələrdə oruc tutan şəxslərin qida rasionuna düzgün əməl etməsi vacibdir. Çünki mədənin uzun müddət boş olması və iftarda birdən-birə yüklənməsi düzgün deyil. Bununla bağlı dietoloqlar, qida mütəxəssisləri də tövsiyələrini bildirirlər.
Su qəbulu vacibdir...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, oruc tutan insanlar ac qaldıqları müddətdə itirilən enerjini bərpa etmək üçün mütləq şəkildə orqanizmə lazım olan zəruri vitamin, mineral tələbatı ödəməlidir. Onun sözlərinə görə, çox vaxt bəzi insanlar düzgün qidalanma sistemini bilmədiklərinə görə sağlamlıqlarına zərər vurmuş olurlar: “Bəzi insanlar orucu kilo vermək məqsədilə tuturlar. Nəticədə orqanizmində bir çox dəyişikliklər olur. Həmin insanlar daha çox baş ağrısından şikayət edirlər ki, bu da orqanizmdə yetəri qədər maye qəbulunun olmaması ilə əlaqəlidir. Çünki oruc tutan şəxs nəzərə almalıdır ki, hər kiloya görə 30 mq su içməlidir. İftar və imsak vaxtı arasında bu miqdarı bölüb mütləq şəkildə o suyu qəbul etmək lazımdır. Əks halda orucluqdan sonra bədəndə toksinlərin yığılması ilə xoşagəlməz proseslər baş verəcək. Mütləq şəkildə su qəbulunu unutmamalıdırlar. Həm qidaların tərkibindəki elementlər su vasitəsilə həll olunur, həm də orqanizmdə yığılan toksik maddələr suyun hesabına yox olur. Ramazan ayında bildiyimiz kimi fəsillərə görə bəzən 16 bəzən də 18 saat ac qalırıq. Buna görə də qəbul edilən qidalar balanslaşdırılmış vəziyyətdə olmalıdır”.
Bu qidaları iftarda yeməyin
Mütəxəssis onu da qeyd edib ki, orqanizm gün ərzində 40-dan 70-ə kimi makro və mikro mövsümi meyvə-tərəvəzlərdən mütləq istifadə etməlidirlər: “Bunun üçün də qəbul edəcəyimiz qidaların çeşidliliyini təmin etməliyik. Daha çox keyfiyyətli və ev üsulunda hazırlanmış qidalardan istifadə etsinlər. Səhər yeməyində daha süd məhsullarından istifadə etmək çox yaxşı olar. Həmçinin burada yumurtanın rolu da çox böyükdür. Bundan əlavə səhər yeməyində əncir qurusu və zeytunun da insan orqanizminə çox böyük faydaları var. Səhər yeməyində çərəzlər və gavalı qurusunu miqdarında istfadə etmək faydalı olar. Əsas məqamlardan biri də iftar vaxtında qidalanmaq qaydasıdır. İlk olaraq su içmək orqanizmə faydalıdır. 15 dəqiqə sonra qidaların qəbuluna keçmək olar. İftar vaxtı qızardılmış yağlı un məmulatlarından istifadə etmək insan sağlıamlığına zərər vurur”.
Qida rasionuna bayramdan sonra da diqqət edilməlidir
M. Hüseynova həmçinin bəzi qidaların insan orqanizminə zərərlərindən də danışıb. “İftar zamanı rəngli içkilərdən və “fast food”lardan istifadə etmək olmaz. Oruc zamanı orqanizm bioloji olaraq təmizlənir. Nəticədə uzun müddət qaraciyərdə toplanan qan və yağ əriməyə başlayır. Dərhal bunun əvəzinə hər hansı zərərli qidalar yığılarsa, bu zaman daxili orqanlarda ciddi problem yarada bilər. İftar süfrəsində şorbanın vacib olub olmaması ən çox verilən suallardan biridir. Təbii ki, bu tərəvəzlərdən hazırlanan şorba olarsa, faydalı olar. İftardan sonra 30 dəqiqə açıq havada gəzmək fiziki aktivliyi artırmaq üçün effektivdir. Bildiyimiz kimi, qarşıdan Novruz bayramı gəlir. 1 ay müddətinə oruc tutan şəxslərin istər bayram ərəfəsində, istərsə də sonrakı zamanlarda qidalanmalarına diqqət yetirməsi vacibdir. Həddindən artıq ağır şirniyyatların, həmçinin yeməklərin qəbul edilməsi orqanizmin yüklənməsinə səbəb olur. Ona görə də çalışmaq lazımdır ki, mədə həddindən artıq yüklənməsin və nisbətən yüngül qidalara üstünlük verilsin”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

