3 yaşında danışmağa başlayan dahi şəxsiyyət
14.03.2025 [15:00]
Bu gün adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilən Albert Eynşteynin doğum günüdür. Müasir nəzəri fizikanın yaradıcılarından biri olan Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniyada anadan olub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb, lakin daha sonra təhsilini Münhendə davam etdirib. Deyilənə görə, çox əsəbi uşaq olan Eynşteyn 3 yaşına qədər danışa bilməyib. Axşam yeməyi zamanı səssizliyi pozaraq “Bu yemək çox istidir” deyən Enşteyndən indiyə kimi niyə danışmadığını soruşduqda isə valideyinlərinə bu cür cavab verib: “Çünki indiyə kimi hər şey qaydasında idi”.
O, 15 yaşında riyazi hesablamalarda həmyaşıdlarından fərqlənib və bu fərq o qədər böyük olub ki, müəllimlər onun bu istedadına təəccüblə yanaşıblar. Eynşteynin İQ səviyyəsi heç vaxt sınaqdan keçirilməyib. Bir çox internet saytları onun 160 İQ səviyyəsinə sahib olduğunu iddia edir, lakin bu iddianı təsdiqləmək üçün heç bir yol olmayıb. 1903-cü ildə Mileva Maric ilə evlənən ictimai xadimin iki oğlu və 1 qızı dünyaya gəlir. Eynşteynin şəxsi məktublarında evlilikdən kənar bir qızının olduğu bildirilir.
1908-ci ildə Albert Eynşteyn artıq məşhur alim olaraq tanınıb və Bern Universitetində müəllim kimi işləyib. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edərək ABŞ-yə köçür və Prinston Universitetində professor kimi çalışmağa başlayıb. 1940-cı ildə isə Amerika vətəndaşı olur. İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. "Xirosima" və "Naqasaki" faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dəki bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır. Çalışmaları nəticəsində bir çox mükafatlar alır, fizika sahəsində fotoeffektlə bağlı işlərinə görə Nobel mükafatına layiq görülür.
Albert Enşteyn 18 aprel 1955-ci ildə daxili qanaxma keçirib. İsrailin yaranmasının yeddinci ildönümü münasibətilə televiziya üçün çıxış mətni hazırlayan fizik bu işini tamamlaya bilmədən vəfat edib. Vəfatından sonra Enşteynin beyni oğurlanıb və bədəninin qalan hissəsi isə yandırılaraq külləri bilinməyən yerə səpilib.Onun beyni müxtəlif beyin mütəxəssisləri tərəfindən tədqiq edilib və 53 il sonra oğurlandığı Prinston xəstəxanasına qaytarılıb.
Leyla Səməndər
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

