/ / “Konstitusiyamızın yaranmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
“Konstitusiyamızın yaranmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
10.05.2025 [19:26]
10 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət idarəsinin və Qazax-Tovuz Regional Təhsil idarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Konstitusiyamızın yaranmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa RİH başçısı Seymur Orucov, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzinin həyətində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş rəsm və kitab sərgiləri təşkil olunub, məktəbəqədər təhsil müəssisələrinin uşaqlarının və məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Daha sonra mərkəzdə tədbir iştirakçılarına müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, onlar eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan və xalq qarşısında misilsiz tarixi xidmətlərindən bəhs edən film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın milli maraqlarını hər zaman uca tutduğunu söyləyərək qeyd edib ki, son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yürütdüyü yeni xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdəki təcrid vəziyyətdən çıxarıldı, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyə son qoyuldu, xalqımızın haqq işi dünya ictimaiyyətinə olduğu kimi çatdırılaraq respublikamız ətrafındakı informasiya blokadası tamamilə aradan qaldırıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirərək otuz ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad edilməsi ilə yazılan xalqımızın tarixi Zəfəri məhz Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir.
Tədbirdə çıxış edən digər natiqlər – YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Qazax- Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Tatlı kənd tam orta məktəbin direktoru Fəridə Həsənova və Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin əməkdaşı Murad Babakişizadə geniş məruzələrlə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın quruculuğuna verdiyi misilisiz töhfələrdən söz açıblar.
Tədbirin bədii hissəsində mədəniyyət və incəsənət nümayəndələrinin, müəllim və şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, xalq mahnıları və tarixi Zəfərə həsr olunmuş milli rəqslər ifa olunub.
Xəbər lenti
Hamısına baxGündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
Siyasət
15 Aprel 16:06
YAP xəbərləri
15 Aprel 15:54
Dünya
15 Aprel 15:43

