Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu baş tutub
05.12.2025 [13:51]
4-18 dekabr tarixlərində keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı ilə “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” baş tutub.
Dekabrın 4-də Bakı Konqres Mərkəzində 3500-ə yaxın Azərbaycan Könüllüsünü bir araya toplayan Forum “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.
Könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, eyni zamanda könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə həyata keçirilən forumda ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. Sərgi zamanı könüllü təşkilatlarının fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub. Forumda iştirak edən dövlət rəsmiləri və Azərbaycan Könüllüləri sərgi ilə tanış olublar.
5 Dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilən forumun rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək ölkəmizdə könüllülük fəaliyyətinin təşviqi və inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs edib, Cənab Prezident İlham Əliyevin gənclər siyasətinə göstərdiyi ardıcıl dəstəyin bu sahədə əldə olunan uğurların əsas hərəkətverici qüvvəsi olduğunu diqqətə çatdırıblar. Onlar bildiriblər ki, bu il 5-ci ildönümünü qeyd etdiyimiz Şanlı Zəfərimiz gənclərin vətənpərvərlik ruhunu yüksəldir və ictimai fəallığını artırır. Eyni zamanda, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması könüllülük hərəkatının inkişafına, gənclərin dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının möhkəmləndirilməsinə geniş imkanlar yaradır.
Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev tədbir iştirakçılarına İttifaqın 2025-ci il ərzində həyata keçirdiyi layihələr və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, hər zaman olduğu kimi, 2025-ci ildə də ölkə başçısı Cənab İlham Əliyevin könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqları əsas götürülərək AKTİ tərəfindən il ərzində könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif istiqamətli layihələr həyata keçirilib. İttifaqın sədri çıxışında könüllülük hərəkatının inkişafı və gənclərin sosial məsuliyyətinin artırılması istiqamətində əldə olunan mühüm nailiyyətləri vurğulayıb. O, gələcək fəaliyyətlərdə könüllülük hərəkatının daha da genişlənməsi və gənclərin sosial məsələlərdə fəal iştirakının təmin olunması məqsədilə yeni layihə və təşəbbüslərin irəli sürüləcəyini də diqqətə çatdırıb.
Sözügedən Forumda 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə həsr edilmiş videoçarx, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar nümayiş etdirilib.
Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub.
Forumun davamında xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova, gənc müğənnilər Mərdan Kazımov və Fəxri İsmayılov iştirakı ilə könüllülər üçün musiqili hissə baş tutub.
Tədbirin yekununda Forum iştirakçılarının xatirə fotosu çəkilib.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində “Suveren Azərbaycan” intellektual liqası, Könüllü Saatı, “Zəfər atışı” atıcılıq turniri, “Könüllü ol” adlı infosessiyalar, Birlikdə 5 il – Könüllülük Festivalı, Ulu Miras, Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi və Beynəlxalq Könüllülər Mərkəzi üzrə mübadilə proqramı kimi layihə və tədbirlər təşkil ediləcək.
Xəbər lenti
Hamısına baxİdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
YAP xəbərləri
19 Sentyabr 22:58
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00

