Fevralda orta aylıq temperatur iqlim normasından 4 dərəcə yuxarı olub
02.03.2026 [20:19]
Cari ilin fevral ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–15 dərəcə), 3 gün normadan aşağı (0–4 dərəcə), 1 gün isə norma daxilində olub. Orta aylıq temperatur 8 dərəcə isti olub ki, bu da iqlim normasından 4 dərəcə yuxarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında fevral ayında maksimal temperatur fevralın 14-də 26, bölgələrdə isə (Beyləqan, Kürdəmir) fevralın 18-də 27 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında fevralın 5-də 1 dərəcə şaxta (Bakı), yüksək dağlıq ərazilərdə isə həmin gün 14 dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb. Fevral ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 24 gün yağıntılı hava şəraiti qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 125 faizi olmaqla Lənkəran–Astara zonasına (Astara – 119 millimetr) və aylıq normanın 303 faizi olmaqla Qarabağ zonasına (Tərtər – 62 millimetr) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Şahbuzda 54 santimetr olub.
Nazim Mahmudov deyib ki, fevral ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 12 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

