Dövlət büdcəsinin gəlirləri artıb
24.04.2026 [09:52]
Büdcədə 1 milyard 781,5 milyon manat məbləğində profisit yaranıb
2026-cı ilin birinci rübündə ölkəmizdə qeyri-neft mənbələri əsasında iqtisadiyyatda yaradılan əlavə dəyər büdcədə bütün fiskal yığımlarda artımın təmin edilməsinə səbəb olub. İlk 3 ay ərzində fiskal yığımların artımında da yüksək dinamika qeydə alınıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 9,5 milyard manatı ötüb və büdcənin icrasında müsbət dinamika davam edib. Büdcə gəlirləri 9,1 milyard manat proqnoza qarşı 9 milyard 598,6 milyon manat və yaxud 458,5 milyon manat (5 faiz) çox icra edilib. Bu, cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 24,9 faizinə bərabərdir.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 7,7 faiz çox icra edilməklə 6 milyard 388,6 milyon manat təşkil edib.
Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının payı 57,7 faizə çatıb
Dövlət büdcəsinin gəlirlərinin 4 milyard 702 milyon manatı və ya 49 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3 milyard 210 milyon manatı və ya 33,4 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1 milyard 410 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 163,5 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 13,8 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 99,2 milyon manatı və ya 1,1 faizi sair daxilolmaların payına düşür.
Beləliklə, dövlət büdcəsinin gəlirlərində proqnoza nisbətən vergi orqanlarının xətti ilə 472,5 milyon manat və ya 11,2 faiz, gömrük orqanlarının xətti ilə 5,1 milyon manat və ya 0,4 faiz çox vəsait daxil olub. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert proqnozlaşdırılan səviyyədə qalıb.
Büdcədə əsas fiskal mənbə kimi qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə xüsusi artım müşayiət edilib. Həmin sahə üzrə daxilolmalar cəmi büdcə daxilolmalarının 57,7 faizini təşkil edib və nominal həcm baxımından 5 milyard 533,7 milyon manat təşkil edib. Qeyri-neft gəlirlərində isə vergi orqanlarının xətti ilə daxilolmalar 3 milyard 847,1 milyon manata (69,5 faiz) bərabər olub. Digər qeyri-neft fiskal yığımlarda gömrük orqanlarının payı 1,4 milyard manatdan (25,5 faiz) bir qədər çoxdur. Qalan 5 faizi isə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və sair gəlirlər təşkil edib.
Büdcə xərclərinin 54,1 faizi sosialyönümlü xərclər təşkil edib
Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri isə tam şəkildə icra olunub. Belə ki, büdcə vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə təşkilatlarının və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib. Həmin istiqamətlər üzrə maliyyələşməyə 7 milyard 817,1 milyon manat yönəldilib. Büdcə xərclərinin 5 milyard 762,5 milyon manatı və ya 73,7 faizi cari xərclərə, 1 milyard 530,4 milyon manatı və ya 19,6 faizi əsaslı xərclərə, 524,2 milyon manatı və ya 6,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.
Beləliklə, 2026-cı ilin birinci rübündə dövlət büdcəsinin xərcləri təmin edildikdən sonra 1 milyard 781,5 milyon manat profisit yaranıb.
Büdcədə xərclərin 54,1 faizi və ya 4 milyard 227,8 milyon manatı sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) təşkil edib. Funksional təsnifata uyğun olaraq sosial müdafiə və sosial təminat xərcləri 1 milyard 315,8 milyon manat, kənd təsərrüfatı xərcləri 308,7 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 1 milyard 206,8 milyon manat, təhsil xərcləri 1 milyard 013,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 654,8 milyon manat, səhiyyə xərcləri 366,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 105 milyon manat olub. İqtisadi fəaliyyət xərcləri isə 1 milyard 231,4 milyon manata çatıb.
Azad ərazilərin yenidən qurulmasına 386,2 milyon manat xərclənib
Büdcədən ilk 3 ayda müdafiə və milli təhlükəsizlik sahəsinə 1 milyard 288,5 milyon manat xərclənib. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş vəsaitin 3 ayda 11 faizi həcmində və yaxud 386,2 milyon manat vəsaitin istifadəsi təmin olunub. Həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28 milyon manat), 10,7 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə yönəldilib. Bundan başqa dövlət əsaslı vəsait qoyuluşuna isə 365,4 milyon manat sərf olunub ki, həmin maliyyənin də bir hissəsi azad əraziləri əhatə edir.
Xarici borc 4 milyard 689,3 milyon dollara düşüb
2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Qeyd edilən dövrdə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili borc üzrə 132,5 milyon manat (faiz borcu üzrə), xarici borc üzrə 391,7 milyon manat olmaqla (əsas borc üzrə 269,5 milyon manat, faiz borcu üzrə 122,2 milyon manat), ümumilikdə 524,2 milyon manatın ödənilməsi təmin edilib.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcunun həcmi azalaraq 4 milyard 689,3 milyon dollar təşkil edib. Beləliklə, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcu ÜDM-in 6,1 faizinə bərabər olub.
İcmal büdcədə kəsir yaranıb
2026-cı ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 8 milyard 852,8 milyon manat, xərcləri isə 9 milyard 060,8 milyon manat səviyyəsində icra olunub. İcmal büdcədə 208 milyon manat büdcə kəsiri yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 2 milyard 131,8 milyon manat, xərcləri 2 milyard 052,9 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 58,9 milyon manat, xərcləri 38,4 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 569,3 milyon manat, xərcləri 454,6 milyon manat məbləğində icra olunub. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 104,4 milyon manat, xərcləri 98,8 milyon manat təşkil edib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

