Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Astanada Orta Dəhlizin əhəmiyyəti vurğulanıb

Astanada Orta Dəhlizin əhəmiyyəti vurğulanıb

23.04.2026 [23:11]

Astanada “İtaliya-Qazaxıstan Təchizat Zənciri Forumu 2026” çərçivəsində “Orta Dəhlizin inkişafı” mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda iştirak edən İtaliyanın Qazaxıstandakı səfiri Antonella de Riu nəzərə çatdırıb ki, onun ölkəsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhlizin) inkişafı ilə əlaqədar olaraq Qazaxıstan və dəhliz boyu yerləşən digər dövlətlər ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Onun sözlərinə görə, Orta Dəhliz yüklərin çatdırılması üçün zamanı və məsafəni azaltmaqla yanaşı, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir.

Qazaxıstan-İtaliya Ticarət Assosasiyasının vitse-prezidenti Oljas Şintayev isə bildirib ki, Orta Dəhliz təkcə Çin ilə Avropa arasında nəqliyyat əlaqəsi yaratmır, eyni zamanda, dünya ticarətinin inkişafına böyük təkan verir.

Forumda bildirilib ki, 2026-cı ilin ilk rübündə Orta Dəhlizlə tranzit yükdaşımanın həcmində artım müşahidə olunur. Belə ki, 2026-ci ilin ilk rübündə Orta Dəhlizlə 125 konteyner qatarı yola salınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz çoxdur.

O da vurğulanıb ki, Orta Dəhliz dayanıqlı marşrut olduğunu sübuta yetirdi. Çin ilə Avropa arasındakı ticarət əlaqələrinin inkişafında Orta Dəhliz əvəzolunmaz rol oyanayır.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30