Saxta təşkilatın saxta iddiaları...
24.04.2026 [10:56]
“Amnesty İnternational”ın illik hesabatında ölkəmizlə bağlı məqamlar qərəzlidir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan güclü, nüfuzlu ölkə kimi tanınır. Şübhəsiz ki, ölkəmizin dinamik tərəqqisinin və ictimai-siyasi sabitliyin əsasında müvəffəqiyyətlə həyata keçirilən praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi və institusional islahatların uğurla həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Təşkilat “ənənəsinə” sadiqdir
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin və onun lideri, Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Lakin bəzi qərəzli dairələr Azərbaycanın uğurlarını, xüsusilə qələbəsini həzm edə bilmirlər. Bunun üçün də ölkəmizin müsbət beynəlxalq imicinə xələl gətirmək üçün “qara piar” kampaniyası aparır, reallıqlara uyğun olmayan məlumatlar yayırlar. “Amnesty İnternational” təşkilatı da məhz belələrindəndir.
Qeyd edək ki, aprelin 21-də bu təşkilat açıqladığı illik hesabatda “ənənəsinə” sadiq qalaraq Azərbaycana qarşı əsassız və qərəzli iddialara yer verib. Hesabatda iddia olunur ki, guya Azərbaycanda yüzlərlə insan siyasi motivlərlə həbs edilib. Hesabatda uydurulur ki, müstəqil QHT-lər və ictimai qruplar ciddi məhdudiyyətlərlə üzləşir, dinc etiraz aksiyaları dağıdılır. “İşgəncələr, pis rəftar və günahkarların cəzasızlığı geniş yayılmış hal olaraq qalır. Qadınlar və LGBT fərdləri diskriminasiya, cinsi zorakılıq və təzyiqlərlə üzləşməyə davam edir”, - deyə hesabatda saxta ittihamlar irəli sürülür.
“Amnesty İnternational” özünün qondarma hesabatında Azərbaycanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin genişləndirilməsinə də qıcıqla yanaşıb. Təşkilatın Qərbin ölkəmizlə əməkdaşlığını genişləndirməsini həzm edə bilmir. Əslində isə ABŞ və Aİ kimi beynəlxalq güclərin Azərbaycana münasibəti “Amnesty İnternational”ın iddialarına tutarlı cavabdır.
“İkiüzlü” təşkilat...
Bundan əlavə, təşkilat iddia edir ki, 2022-ci ildə “Media haqqında” qanuna edilən dəyişikliklər hakimiyyətə müstəqil saytları bloklamaq və xarici media ofislərini qanunsuz elan etmək səlahiyyəti verib. “Sənəd”də Azərbaycan həbsxanalarındakı saxlama şəraiti də əsassız olaraq pislənilir. Hesabatda, həmçinin iddia olunur ki, Azərbaycan hakimiyyəti “Dağlıq Qarabağ” münaqişəsindən zərər çəkmiş insanların müdafiəsini və məsuliyyət tədbirlərini “təmin edə bilməyib”. Bununla da, sözügedən təşkilat Azərbaycanın suverenliyinə hörmətsizliyini bir daha nümayiş etdirir. Çünki ölkəmizdə “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.
Məlumdur ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunana qədər bu təşkilat ölkəmizdə demokratiya və insan haqları ilə bağlı saxta məlumatlar yayırdı. Lakin hər dəfə qurumun cavabı arqumentlər əsasında verilirdi. Onun diqqətinə çatdırılırdı ki, Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir. İnkişafın milli modelini formalaşdıran Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən mühüm uğurlardan biridir.
“Amnesty İnternational” erməni lobbisinin girovuna çevrilib
Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə “Amnesty İnternational” bu işğal siyasətinə görə rəsmi İrəvanı heç vaxt tənqid etmədi, yüzminlərlə azərbaycanlının doğma yurdlarından didərgin düşməsini səssizliklə qarşıladı. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başladıqda isə təşkilat yenidən “fəallaşaraq” Ermənistanın vəkili rolunda çıxış etdi. Belə ki, “Amnesty İnternational” Vətən müharibəsi zamanı, eləcə də Qarabağda keçirilən antiterror tədbirlərindən sonra bir neçə dəfə ölkəmizə qarşı bəyanatlar səsləndirib. Bu il fevralın 17-də isə bu təşkilat Azərbaycan məhkəməsinin müharibə cinayətləri törətmiş erməniəsilli şəxslər barədə çıxardığı hökm barədə tamamilə əsassız, böhtan xarakterli açıqlama yaymışdı. Əlbəttə, sözügedən açıqlama reallığı əks etdirmir.
Hazırkı hesabatda da “Amnesty İnternational” erməniəsilli cinayətkarların “vəkili” rolunda çıxış etməyə çalışır. Həmin dairələr nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə, heç bir yerdən yardım almadan bərpa edib. Eyni zamanda, müharibə cinayətkarlarını həbs edərək ədalət mühakiməsinə çıxardı. Məqsəd isə ədalətin və beynəlxalq hüququn təmin edilməsi idi. Dövlətimiz buna da nail oldu. Belə ki, Qarabağda antiterror tədbirlərindən sonra separatçı rejimin rəhbərliyində olmuş ermənilər, torpaqlarımızın işğalında iştirak edən yüksək rütbəli hərbçilər həbs olunaraq ədalət mühakiməsinə çıxarıldılar. Məhkəmə tərəfindən onlara hökm oxunub. Sonuncu hökm isə fevralın 17-də Ruben Vardanyan haqqında verilib.
Cinayətkarlar həm həbs olunanda, həm də məhkəmələri keçiriləndə müxtəlif qurumlar, o cümlədən Avropa Parlamenti, AŞPA, eləcə də müxtəlif ölkələrin parlamentlərində erməni lobbisinin təsiri ilə bir sıra “sənədlər” qəbul edilib. Lakin bütün bunlar dövlətimizin qətiyyətli mövqeyinə heç bir təsir göstərmək iqtidarında olmadı. Bu baxımdan, “Amnesty İnternational”ın indiki hesabatındakı qərəz kağız parçasından başqa bir şey deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05

