Makronun İrəvan səfəri: alt məqsədlərdə nələr gizlənir?
25.04.2026 [10:59]
ĤFransa prezidenti son “açıq kartı”nı irəli sürür
Ermənistan yolunu müəyyənləşirəcək: Ai, yoxsa Aİİ
Fransa prezidenti Emmanuel Makron mayda İrəvana səfər edəcək. Səfər İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) sammiti ilə məhdudlaşmır - mayın 4-də sammitin yekunlaşmasının ardından, müəyyənləşdirilmiş protokola uyğun olaraq mayın 5-dən Makronun Ermənistana dövlət səfəri başlayacaq. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan və Fransanın İrəvandakı səfiri Olivye Dekotini arasında keçirilən görüşdə məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində iki ölkə arasında bir sıra ikitərəfli məsələlər, o cümlədən Fransanın Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin bir hissəsi olaraq Sisian-Kajaran yol hissəsinin tikintisində iştirakı müzakirə olunub. Xatırladaq ki, Fransa prezidentinin Ermənistana ilk səfəri 2018-ci ilin oktyabr ayında baş tutub. 2023-cü ildə Ermənistan mətbuatı Makronun 21 sentyabrda (Ermənistanın Müstəqillik Günü) gələcəyinin gözlənildiyini yazsa da, bu baş verməyib.
Makron İrəvana niyə gəlir?
Makronun İrəvana səfəri üzdə Avropa Siyasi Birliyinin toplantısında iştirak və ya ikitərəfli əlaqələr kontekstində görünsə də, bir sıra siyasi şərhçilər daha fərqli məqamlardan bəhs açırlar. Belə ki, bu səfərin alt məqsədi heç də sözügedən məsələlərlə məhdudlaşmır. Səfər daha çox:
- Ermənipərəst maraqların təzyiqi ilə yaradılmış Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyasının “təqdimat mərasimi”dir;
- Aprelin əvvəlində Kremldən Paşinyana qarşı edilmiş təzyiqə cavabdır;
- Seçki kampaniyasında hazırki baş nazirə dəstəkdir;
- Gələn il Fransada keçiriləcək seçkilər öncəsi Makronun dividend axtarışıdır (erməni lobbisindən dəstək);
- Sülh prosesinə müdaxilə imkanlarını araşdırmaqdır.
Bu fikirləri dəstəkləyən ən mühüm məqam isə Makronun prezidentliyi dövründə bir dəfə də olsun digər iki Cənubi Qafqaz ölkəsinə səfər etməməsidir. Başqa sözlə, Makron əgər təmsil etdiyi ölkənin və ya qitənin (Aİ çərçivəsində) maraqları, iqtisadi əməkdaşlıq prioritetləri, qlobal siyasi dialoq kontekstində nə Azərbaycana, nə də Gürcüstana səfər etməyibsə, əksinə, ötən 8 ildə 2 dəfə İrəvana “təşrif buyurubsa”, demək ortada fərdi, korporativ və ya daha başqa maraqlar mövcuddur.
“Güc” nümayişi, yoxsa “tozlanmış xartiya” ənənəsi...
Vurğulandığı kimi, bu səfər bir mənada Fransanın titmsalında Aİ-nin ermənipərəst “qolu”nun bölgədə “güc nümayişi”nə hesablanıb. Sirr deyil ki, Cənubi Qafqazda formalaşan sülh mühiti erməni lobbisinin “söz sahibi” olduğu Fransa başda olmaqla bəzi dövlətlərin maraqları ilə üst-üstə düşmür. Xüsusilə, sülhün Azərbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşması, ötən ilin avqustunda ABŞ-da rəsmi beynəlxalq təsdiqini tapması, bölgəyə əbədi sabitlik vəd etməsi bəzi dövlətlər kimi Fransanın da yuxusunu ərşə çəkitb. Paris, xüsusilə yeni nizamda aparıcı geoiqtisadi statusa malik Cənubi Qafqazda Ermənistanın müstəqil dövlət kimi təşəkkül tapmasını həzm edə bilmir - erməni lobbisi İrəvanın “iplərini” yenə də öz əlində saxlamaq üçün təzyiq yolları axtarır. Politoloqların düşüncəsinə görə, Makronun bu səfəri “əməkdaşlıq strategiyası” adı altında yenidən Ermənistanı boyunduruğa sürükləməkdi - sülhün nəticəsi isə Ermənistana “real dövlət” konsepsiyası vəd edir. Fransa bu konsepsiya nəticəsində özünün Cənubi Qafqazdakı dayağını itirmiş olacaq.
Maraqlıdır ki, bu səfər 2025-ci ilin yanvarında İrəvan ilə Vaşinqton arasında tələm-tələsik şəkildə imzalanan xartiya ilə müqayisə olunur. Qeyd edək ki, həmin vaxt artıq hakimiyyət ilə vidalaşan prezident Bayden və dövlət katibi Blinken Cənubi Qafqazı yenidən konfrantal zonaya çevirmək üçün bu yola əl atmışdılar. Nəhayətində isə, Donald Trampın prezidentliyi dövründə həmin “sənəd” heç yada da düşmədi. Makron da eyni yolu gedir - prezidentliyinin bitməsinə bir ildən də az vaxt qaldığı bir zamanda Ermənistandan “əməkdaşlıq” adı altında fərqli maraqlara xidmət edən güzəştlər qoparmağa, İrəvanı Parisdən asılı salmağa niyyətlənib. Nəzərə alaq ki, Fransa Ermənistanın ən mühüm silah təchizatçısıdır və ötən 6 ildə İrəvanı yeni müharibəyə təhrik edən bir dövlətdir. Bu mənada, səfər heç də sadəcə “ikitərəfli əməkdaşlıq” şüarları ilə bitməyəcək. Ötən günlərdə Parisin əlaltısı qismində çıxış edən Belçika və Niderdand parlamentlərinin “qətnamə” oyunları da bunu təsdiqləyir.
Aİ missiyası, Kremlin “hədəsi”: Makron Rusiyaya mesaj verəcəkmi?
Digər tərəfdən, səfər həm də seçkiöncəsi bəzi ştrixləri ilə ön plana çıxır. Təxminən bir ay 10 gündən sonra Ermənistanda baş tutacaq parlament seçikləri olduqca mühüm əhəmiyyət kəsb edir: həm Ermənistanın siyasi gələcəyi üçün, həm də regionda sülh prosesinin inkişafı üçün. Bu seçki İrəvanın Rusiya orbitindən tam qopmasına da yol aça bilər. Məhz bu “təhlükə”ni önləmək üçün Kreml seçkilərdə Rusiya pasportu daşıyan Karapetyanın iştirakında israr edir. Paralel olaraq bu ayın ilk günündə Moskvada baş tutan Paşinyan-Putin görüşünün gərgin notlar altında keçməsi də Aİ-ni narahat edir. Bəlli olduğu kimi, Putin Paşinyana açıq kontekstdə Aİ və ya Aİİ arasında seçim etməli olduğunu bildirmişdi. Ermənistanın Aİİ ilə münasibətləri dayandırması ölkənin iqtisadi fiaskosu deməkdir. Ermənistanın ən mühüm iqtisadi tərəfdaşları və ticarət dövriyyəsi məhz Aİİ ölkələri ilədir. Aİ ilə əlaqələrin dayandırılması isə şəxsi mənada Paşinyanın siyasi bitişi anlamına gəlir. Bu mənada, səfər zamanı “Şimal-Cənub nəqliyyat dəhlizi” adı altında Ermənistanın “siyasi qiymətini artırmaq” cəhdi diqqət çəkir. Makron Ermənistanın Aİ tərəfindən “dəstəkləndiyinin” Rusiyaya nümayiş etdirmək, yuxarıda qeyd edilən Aİ missiyasının “təqdimatını” keçirmək üçün İrəvana “dövlət” səfəri edir. Nəzərə alaq ki, bu missiya birmənalı şəkildə Paşinyanın dəstəklənməsinə hesablanıb - eyni zamanda, ölkədə köhnə qitənin mənafeyini təmin etmək üçün gəlir.
Erməni lobbisi Makronu bağışlamır...
Səslənən tezislər arasında Makronun Fransada gələn il baş tutacaq seçkilərdə özünün “xələf”inə yaxşı bir “hədiyyə” vermək istəyi də yer alır. Qeyd edək ki, Fransa prezidenti 2027-ci ildə ikinci prezidentlik müddətinin başa çatmasından sonra siyasi fəaliyyətini davam etdirməyəcəyini bəyan edib. Xatırladaq ki, 2022-ci ildə ikinci müddətə prezident seçilən Emmanuel Makron Fransada konstitusiya ilə müəyyən edilmiş qaydalara uyğun olaraq 2027-ci ildə sonuncu mandatını tamamlayacaq. Əsas rəqibi Marin Le Penə qarşı isə onun iki namizədinin olduğu bildirilir:
- Qabriel Attal: İntibah Partiyasının baş katibi, 2024-cü ildə 9 ay Fransanın baş naziri;
- Eduard Filip: hazırda Havr şəhərinin meri, 2017-2020-ci illərdə Foansanın baş naziri.
Hər iki namizəd Le Penin qarşısında acizdir. Səbəblər isə çoxdur. Bu səbəblərin Ermənistanla bağlı hissəsi isə Makronun Vətən müharibəsi dövründə bütün “cəbhələrdə” Azərbaycana məğlubiyyətidir. Erməni lobbisi bunu Makrona bağışlamır - o baxımdan, Makronun xələfinin də lobbi tərəfindən dəstəklənəcəyi sual altındadır. Makron isə “səhvini düzəltmək” üçün son “həmləsini” etməyə çalışır. Siyasi şərhçilər səfər zamanı bağlı qapılar arxasında Cənubi Qafqazda sülh prosesinin də müzakirə predmeti olacağını idida edirlər. Məhz Azərbaycanın təkidi və qətiyyəti ilə prosesdən kənarlaşdırılan Fransa son mərhələdə yenidən özünün “müdaxilə” imkanlarını araşdırmaq istəyir - amma bu mümkün deyil. Çünki Cənubi Qafqazda gedən sülh prosesi Azərbaycanın nəzarətində inkişaf edir. Fransanın Ermənistanı yenidən eskalasiyaya şirnikləndirməsi isə İrəvanın özü üçün acınacaqlı nəticələr vəd edir. Paris 2020, 2023-cü illərdə olduğu kimi bu dəfə də haraya çatmayacaq...
P. İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17

