İlmə-ilmə yazılan mədəniyyət
05.05.2026 [08:50]
Xalçaçılıq naxışların dili ilə danışan keçmişimizdir...
Qədim tarixlərdən süzülüb gələn xalçaçılıq sənəti xalqımızın ruhunu, dünyagörüşünü və estetik zövqünü özündə əks etdirən ən zəngin milli dəyərlərdən biridir. Xalçaçılıq bu gün də öz parlaqlığını və cazibəsini qoruyub saxlayan nadir sənət incilərindən sayılır. Hər bir ilməsi sanki bir nağıl danışır, hər bir naxışı isə keçmişin sirli dünyasına açılan pəncərə rolunu oynayır. Bu sənət növü yalnız məişət əşyası yaratmaqdan ibarət olmayıb. Eyni zamanda xalqımızın tarixini, adət-ənənələrini, sevincini və kədərini, təbiətə olan bağlılığını və həyat fəlsəfəsini rənglərin harmoniyası və naxışların dili ilə ifadə edən canlı bir mədəniyyət abidəsi kimi formalaşıb. Bu da xalçaları sadəcə bir toxuculuq məhsulu deyil, bütöv bir mədəniyyət xəzinəsinə çevirir.
Artıq 10 ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün “Xalçaçı Günü” kimi qeyd olunur. 5 may tarixinin Xalçaçı günü kimi qeyd olunması Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə müəyyənləşib.
Qədim dövrlərdən başlayaraq müxtəlif bölgələrimizdə - Qarabağ, Quba, Şirvan, Gəncə və Təbriz xalçaçılıq məktəblərində formalaşan üslub fərqlilikləri yalnız texniki xüsusiyyətlərlə məhdudlaşmırdı. Eyni zamanda bu sənət hər bölgənin təbiətini, insanlarının düşüncə tərzini və gündəlik həyatını əks etdirən rəng palitrası və ornament sistemi ilə seçilərək bir növ xalqın yaddaş kitabına çevrilib.
Xalçaların üzərindəki mürəkkəb həndəsi fiqurlar və simvolik heyvan təsvirləri sadəcə bədii elementlər deyil. Onlar qədim inancları, mifoloji təsəvvürləri və ailə-məişət ənənələrini özündə birləşdirərək nəsildən-nəslə ötürülən gizli mesajlar kimi xalça sənətinin dərin mənəvi qatını formalaşdırır. Ənənəvi olaraq qadınların zəhməti və səbrinin nəticəsi kimi ərsəyə gələn xalçalar həm də ailənin sosial statusunu göstərən, cehiz ənənəsinin ayrılmaz hissəsi olan və xüsusi mərasimlərdə mühüm rol oynayan dəyərli sənət nümunələri kimi qəbul edilərək cəmiyyətin həyatında mühüm yer tutub.
Xalçaçılıq sənətinin inkişafında təbii boyaların rolu xüsusilə diqqətəlayiqdir. Çünki zəfəran, qoz qabığı, nar qabığı və müxtəlif bitkilərdən əldə edilən rənglər xalçalara həm davamlılıq, həm də təbiətin özündən gələn canlı və harmonik çalarlar bəxş edərək onları zaman keçdikcə daha da qiymətli edir.
Bu gün də ölkəmizdə xalçaçılığın inkişafına böyük diqqət və qayğı göstərilir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.
Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci xanım Mehriban Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir.
Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu hər zaman yüksək olub. Prezidentin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı yaradılaraq fəaliyyətə başlayıb. Səhmdar Cəmiyyətin ilk filialı 2016-cı ilin noyabr ayında Füzuli rayonunun Horadiz qəsəbəsində açılıb. 2017-ci ildə Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında xalça istehsalı emalatxanaları yaradılıb. 2018-ci ilin sonunda Səhmdar Cəmiyyətin daha 10 xalça emalatxanasının-Naxçıvan, Nardaran, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Qobustan, Cəbrayıl, Lənkəran filiallarının tikintisi başa çatdırılaraq istehsala başlanılıb. 2020-ci ildə isə İsmayıllı şəhərində ikinci xalça emalatxanası öz qapılarını toxucuların üzünə açıb. Bu emalatxanaların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb.
Bu gün müasir texnologiyaların və sənayeləşmənin təsiri altında ənənəvi xalçaçılıq müəyyən çətinliklərlə üzləşsə də, ustad sənətkarların səyi, dövlət və mədəniyyət qurumlarının dəstəyi sayəsində bu qədim sənət yenidən dirçələrək beynəlxalq sərgilərdə, muzeylərdə və kolleksiyalarda layiq olduğu yeri tutmaqda davam edir. Xalçaçılıq yalnız keçmişin yadigarı deyil, həm də bu günümüzün və gələcəyimizin bir parçası olaraq, Azərbaycan xalqının milli kimliyini, estetik düşüncəsini və yaradıcı ruhunu bütün dünyaya tanıtmağa davam edən əvəzsiz mədəni sərvət kimi yaşayır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

