Ötən il Şəkiyə 3,5 milyon manatdan çox investisiya qoyulub
23.06.2026 [23:22]
Şəki tütün əkininə, quru tütün istehsalına və eləcədə hər hektardan orta məhsuldarlığa görə respublikamızda birinci yeri tutur. Ötən il 1805 hektar tütün əkinindən 5,4 min ton quru tütün istehsal olunub, bu il isə 1850 hektar sahədə tütün əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov deyib.
Onun sözlərinə görə, bu il rayonda quru tütün istehsalının 6 min tona çatdırılması proqnozlaşdırılır.
“Ötən il rayonumuzda 1282 ton vələmir, 1893 ton qarğıdalı, 615 ton paxlalılar, 9300 ton kartof, 18981 ton tərəvəz, 2864 ton bostan, 25967 ton meyvə, 4589 ton üzüm və sair məhsullar istehsal olunub ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Hazırda rayonda 51 min 120 baş iribuynuzlu, 136 min 752 baş xırdabuynuzlu heyvanlar və 274 min 437 baş ev quşları, 13 min 434 arı ailəsi saxlanılır. Bu sahələrdə də əldə olunan nailiyyətlər əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb”, - deyə Elxan Usubov vurğulayıb.
Son zamanlarda Şəkidə 61 milyon 948 min manat həcmində ümumi özəl investisiya layihələri həyata keçirildiyini vurğulayan icra başçısı 2025-ci ildə isə özəl investisiya qoyuluşunun 3 milyon 549 min manat olduğunu sözlərinə əlavə edib: “Həyata keçirilən layihələr çərçivəsində 431 yeni iş yerləri açılıb. Bu toplantıda Şəki rayonunun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişafı məqsədilə ümumilikdə 15 milyon manat, o cümlədən xarici investisiyaların da cəlb edilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27

