Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Prezident İlham Əliyev – Böyük Qayıdışın memarı” mövzusunda tədbir keçirilib

“Prezident İlham Əliyev – Böyük Qayıdışın memarı” mövzusunda tədbir keçirilib

01.07.2026 [12:18]

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Kəlbəcər rayonunun 4 saylı Körpələr evi- uşaq bağçasında “Prezident İlham Əliyev – Böyük Qayıdışın memarı” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, 4 saylı Körpələr evi- uşaq bağçasının direktoru, Ərazi Partiya təşkilatının sədri Aytən İmanova, pedaqoji kollektiv və partiya fəalları iştirak ediblər.Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov  bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış Proqramı" işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasını, müasir şəhərsalma prinsiplərinin tətbiqini, sosial infrastrukturun yaradılmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin edir.Sədr Həbib Misirov  vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda tikilən yeni şəhər və kəndlər, müasir məktəblər, körpələr evi–uşaq bağçaları, xəstəxanalar, avtomobil yolları və digər sosial obyektlər Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və güclü dövlət idarəçiliyinin real nəticələridir. Çıxış edən 4 saylı Körpələr evi- uşaq bağçasının direktoru, Ərazi Partiya təşkilatının sədri Aytən İmanova Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və müasir Azərbaycanın inkişafının təməlində dayanan siyasi kursdan bəhs edib. O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur dünyanın ən müasir şəhərsalma layihələrinin həyata keçirildiyi inkişaf məkanına çevrilir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil, mədəniyyət, səhiyyə və humanitar sahələrdə həyata keçirdiyi layihələrin ölkənin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb.Digər çıxış edənlər də "Böyük Qayıdış Proqramının" uğurla icra olunduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin Azərbaycan dövlətinin gücünü və qüdrətini nümayiş etdirdiyini vurğulayıblar. Bildirilib ki, doğma yurdlarına qayıdan sakinlər üçün yaradılan müasir yaşayış şəraiti, yeni təhsil müəssisələri və sosial obyektlər dövlətimizin vətəndaşına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində işğaldan azad edilmiş bütün ərazilərimiz qısa müddətdə tam bərpa olunacaq, "Böyük Qayıdış Proqramı" uğurla başa çatacaq və Qarabağla Şərqi Zəngəzur ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəallığı ilə seçilən bir qrup partiya üzvünə YAP Kəlbəcər rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim olunub.

Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31