Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ
05.08.2026 [07:53]
Prezident İlham Əliyevin 2026-cı il iyulun 31-də Qırğız Respublikasına dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında mühüm mərhələ oldu. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar iki dost və qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
Dövlət başçılarının mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev vurğulayıb ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə tam hazırdır. Onun sözlərinə görə, iki ölkə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə yüksəldərək beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə, təhlükəsizliyin möhkəmləndirilməsində və digər istiqamətlərdə qarşılıqlı dəstəyi bundan sonra da davam etdirəcək. İmzalanmış sənədlər paketi isə əməkdaşlığın geniş və çoxşaxəli xarakter daşıdığını bir daha nümayiş etdirir.
Səfərin əsas nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması barədə qərar oldu. Bu addım hər iki ölkənin iqtisadi əlaqələrinin daha da genişlənməsinə, birgə istehsal müəssisələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına və qarşılıqlı investisiyaların artmasına xidmət edəcək. Fond çərçivəsində həyata keçirilən layihələr artıq real nəticələr verməkdədir və gələcəkdə daha böyük iqtisadi təşəbbüslərin əsasını təşkil edəcək.
İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyə dəstəyi ilə inşa edilmiş beşulduzlu “Baku Resort & Spa” hotelinin istifadəyə verilməsi də iqtisadi əməkdaşlığın uğurlu nümunələrindən biridir. “Bakı” adını daşıyan bu müasir turizm kompleksi iki ölkə arasında dostluğun və qarşılıqlı etimadın rəmzi olmaqla yanaşı, Qırğızıstanın turizm sektorunun inkişafına da mühüm töhfə verir.
Azərbaycan və Qırğızıstan münasibətlərində humanitar və mədəni əlaqələr də xüsusi yer tutur. Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstək, Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin tikintisi və istifadəyə verilməsi qardaşlığın ən parlaq nümunələrindəndir. Bu məktəb təkcə təhsil ocağı deyil, həm də xalqlarımızın həmrəyliyinin və ortaq dəyərlərinin simvoludur.
Mədəni-humanitar əməkdaşlıq çərçivəsində Bakıda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın açılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqların bir-birinə yaxınlığını daha da gücləndirir. Tarixi köklər, ortaq türk kimliyi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq bu münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir.
Səfər zamanı Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunması da mühüm siyasi hadisə kimi diqqət çəkib. Prezident İlham Əliyev bu qərara görə Qırğızıstan Prezidenti Sadır Japarova və Mərkəzi Asiya dövlət başçılarına təşəkkürünü bildirərək bunun regional əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Dövlət səfəri çərçivəsində iki ölkənin liderlərinin qarşılıqlı olaraq ali dövlət mükafatları ilə təltif edilməsi də münasibətlərin yüksək səviyyəsinin göstəricisi oldu. Prezident İlham Əliyev Qırğız Respublikasının ən ali dövlət təltifi – I dərəcəli “Manas” ordeni ilə təltif edildi. Qırğızıstan Prezidenti Sadır Japarov isə Azərbaycanın ən yüksək dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olundu. Bu təltiflər dövlətlər arasında dostluğun, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın rəmzi kimi böyük siyasi əhəmiyyət daşıyır.
Səfərin mühüm siyasi nəticələrindən biri də Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi oldu. Bu sənəd Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Nəqliyyat, logistika, enerji, ticarət, investisiya, humanitar əlaqələr və regional təhlükəsizlik kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi regionun dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Ümumilikdə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəldərək siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edən tarixi hadisədir. Əldə olunmuş razılaşmalar və imzalanan sənədlər dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə, həmçinin Türk dünyasında inteqrasiyanın güclənməsinə mühüm töhfə verəcəyinə əminlik yaradır.
Gülüş Pirverdiyeva
YAP Qusar rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

