/ / Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir
12.08.2026 [15:35]
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində yer alan vacib məqamlar Türkiyə mediasında geniş əks-səda doğurub.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin aparıcı xəbər agentlikləri, televiziya kanalları, xəbər portalları və qəzetləri Azərbaycan liderinin açıqlamalarını çoxmilyonlu auditoriyası ilə bölüşüb, həmçinin Prezident İlham Əliyevin müsahibəsindən sitatlar dərc edib.
“Türkiye” qəzeti “Zəngəzur dəhlizi genişlənir! Əliyev məsələni ətraflı izah etdi” sərlövhəli məqaləsində Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvanla birləşdirən marşrutun Türkiyə və bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb.
Qəzet oxucularını Azərbaycan Prezidentinin bəyanatları ilə tanış edərək vurğulayıb ki, TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) sadəcə dəmir yolu və avtomobil yolu deyil. Qəzet Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasına nail olunması ilə bağlı sözlərini sitat gətirərək qeyd edib: “Bu marşrut gələcəkdə fiber-optik kabel, elektrik xətləri və zərurət yarandıqda, neft və qaz boru kəmərləri üçün də istifadə edilə bilər”.
Türkiyənin “Hürriyet”, “Milliyet”, “Star” və digər qəzetləri də öz oxucularına Prezident İlham Əliyevin bəyanatlarını təqdim edib.
“Anadolu” xəbər agentliyi “Azərbaycan Prezidenti Zəngəzur dəhlizini qiymətləndirir” sərlövhəli məqaləsində Zəngəzur dəhlizi məsələsinin həllini tapdığı 2025-ci il avqustun 8-də keçirilən tarixi Vaşinqton sammitinin nəticələrini xatırladıb.
Agentlik dövlət başçısının Ermənistan sərhədinə dəmir yolu xəttinin çəkilməsi və Naxçıvanda dəmir yolu işləri ilə bağlı fikirlərini abunəçiləri ilə bölüşüb. Qeyd olunub ki, Bakı bu nəqliyyat dəhlizi vasitəsilə yükdaşımalarını ildə azı 15 milyon tona çatdırmağı hədəfləyir.
Agentlik Prezident İlham Əliyevin Ermənistanın köhnəlmiş atom elektrik stansiyasının qonşu ölkələrə yaratdığı təhlükə ilə bağlı sözlərinə xüsusi diqqət yetirib. “Anadolu” Azərbaycan Prezidentinin bu barədə fikirlərini sitat gətirib: “....Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”.
Türkiyənin populyar televiziya kanalları “HaberGlobal”, “HaberTürk” və “Ulusal TV” də Azərbaycan Prezidentinin bəyanatları ilə bağlı reportajlar yayımlayıb, həmçinin müvafiq xəbərləri veb-saytlarında və sosial media səhifələrində yerləşdirib.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44

