Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naxçıvanın dayanıqlı enerji və sosial-iqtisadi inkişaf perspektivləri

Naxçıvanın dayanıqlı enerji və sosial-iqtisadi inkişaf perspektivləri

13.08.2026 [16:57]

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi
istiqamətində həyata keçirilən layihələr bölgənin gələcək inkişaf perspektivlərini
daha da genişləndirir. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı qeyd
etdiyi kimi, qarşıdakı dövrdə muxtar respublikanın iqtisadi potensialının
artırılması, yeni iş yerlərinin yaradılması, sənayenin inkişafı və enerji
təhlükəsizliyinin daha da möhkəmləndirilməsi əsas prioritetlər sırasında yer alır.
Naxçıvan Muxtar Respublikasında son illərdə həyata keçirilən genişmiqyaslı
sosial-iqtisadi layihələr regionun inkişafında yeni mərhələnin əsasını qoyur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət
siyasəti nəticəsində Naxçıvanın iqtisadi potensialının artırılması, müasir sənaye
infrastrukturunun yaradılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və yeni iş
yerlərinin açılması istiqamətində mühüm nailiyyətlər əldə olunur.
Bu istiqamətdə mühüm layihələrdən biri Naxçıvan Sənaye Parkının
yaradılmasıdır. Müasir standartlara uyğun qurulacaq sənaye parkı yeni istehsal
müəssisələrinin fəaliyyətə başlamasına, yerli xammaldan daha səmərəli
istifadəyə və innovativ texnologiyaların tətbiqinə geniş imkanlar açacaq.
Bununla yanaşı, sənaye parkı sahibkarlar üçün əlverişli biznes mühitinin
formalaşmasına, yerli və xarici investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
Yeni müəssisələrin fəaliyyətə başlaması yüzlərlə yeni iş yerinin açılmasına və
əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm töhfə verəcək.
Parkın fəaliyyətə başlaması yeni istehsal sahələrinin formalaşmasına, müasir
sənaye komplekslərinin yaradılmasına və məşğulluğun artırılmasına imkan
verəcək. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik
stansiyasının inşasının nəzərdə tutulması isə həm sənaye müəssisələrinin enerji
təminatına, həm də Naxçıvanın gələcəkdə elektrik enerjisi ixrac edən bölgəyə
çevrilməsinə xidmət edəcək.
Enerji təhlükəsizliyi də Naxçıvanın inkişaf strategiyasında mühüm yer tutur.
Muxtar respublikada qazlaşmanın 100 faizə çatdırılması, su və Günəş elektrik
stansiyalarının yaradılması bu sahədə görülən işlərin əsas nəticələrindəndir. Eyni
zamanda, Naxçıvanın Günəş enerjisi potensialının yüksək olması gələcəkdə
bərpaolunan enerji istehsalının əhəmiyyətli dərəcədə artırılmasına imkan verir.
Artıq geniş ərazilərdə yeni Günəş elektrik stansiyalarının yaradılması
planlaşdırılır.

Prezident İlham Əliyevin Naxçıvana son səfəri zamanı səsləndirdiyi fikirlər bir
daha göstərdi ki, qarşıdakı dövrdə Naxçıvanın inkişafı dövlət siyasətinin əsas
prioritetlərindən biri olaraq qalacaq. Bu çərçivədə həyata keçirilən layihələr
Naxçıvanın iqtisadi imkanlarının genişlənməsinə, investisiya cəlbediciliyinin
yüksəlməsinə və əhalinin rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Naxçıvanın qarşıdakı illərdə həm müasir sənaye, həm də dayanıqlı enerji
mərkəzinə çevrilməsi bölgənin ümumi sosial-iqtisadi inkişafına mühüm töhfə
verəcək.
Günel Məmmədova
YAP Culfa rayon təşkilatının “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi”
Culfa rayon sektoru üzrə ərazi partiya təşkilatının sədr
i

Paylaş:
Baxılıb: 423 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30