Azərbaycan–Özbəkistan münasibətlərində yeni strateji mərhələ
27.08.2026 [10:54]
Prezident İlham Əliyevin 23–24 avqust 2026-cı il tarixlərində Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında mühüm mərhələ oldu. Səfər iki qardaş ölkə arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndiyini nümayiş etdirdi.
Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın gələcək istiqamətləri müəyyənləşdirildi. Tərəflər qarşılıqlı əlaqələrin konkret layihələr və praktik nəticələr üzərində inkişaf etdirilməsi barədə razılığa gəldilər.
Səfərin ən mühüm nəticələrindən biri Əbədi dostluq haqqında Müqavilənin imzalanması oldu. Bununla yanaşı, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə proqram, investisiya və ticarət sahəsində praktiki fəaliyyət planı, mədəniyyət, turizm və digər sahələri əhatə edən mühüm sənədlər qəbul edildi.
Xüsusilə 1 milyard dollarlıq ticarət hədəfi Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin böyük inkişaf perspektivinə malik olduğunu göstərir. Qarşılıqlı investisiyaların artırılması, sənaye kooperasiyasının genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi bu məqsədə çatmaq üçün mühüm imkanlar yaradır.
Azərbaycan və Mərkəzi Asiya bu gün vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşır. Bu baxımdan Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Orta Dəhlizin birgə inkişaf etdirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Qərb bazarları ilə daha sıx birləşdirir
Səfərin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevin Özbəkistanın ən yüksək dövlət təltifi — “Oliy Darajali Doʻstlik” (“Yüksək dərəcəli Dostluq”) ordeni ilə təltif olunması idi. Bu təltif dövlətimizin başçısının Azərbaycan–Özbəkistan dostluğunun, strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin möhkəmlənməsindəki xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi iradə, qarşılıqlı etimad və ortaq maraqlar iki qardaş ölkənin əməkdaşlığını daha da genişləndirəcək, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə və Türk dünyasının inteqrasiyasına yeni imkanlar yaradacaq.
Azərbaycan–Özbəkistan qardaşlığı artıq yalnız tarixi və mənəvi bağlara deyil, konkret layihələrə, güclü siyasi iradəyə və ortaq gələcəyə əsaslanan strateji əməkdaşlıq modelinə çevrilir.
Nofəl Atakişiyev
YAP İmişli rayon təşkilatı Aparatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

