Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naxçıvanda taxıl istehsalı 22 faiz artıb – Açıqlama

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb – Açıqlama

01.09.2026 [22:25]

Naxçıvan Muxtar Respublikasında 13778,1 hektar taxıl sahəsində biçin aparılıb və ötən illə müqayisədə məhsul istehsalında 22,0 faiz artım qeydə alınıb. Biçilmiş sahələrin 4108,2 hektarını buğda, 9669,9 hektarını isə arpa sahələri təşkil edib. Muxtar respublika üzrə, ümumilikdə, 45914,2 ton taxıl istehsal olunub. Məhsulun 15320,4 tonu buğdanın, 30593,8 tonu isə arpanın payına düşüb. Taxıl üzrə orta məhsuldarlıq hər hektardan 33,3 sentner, o cümlədən buğda üzrə 37,3 sentner, arpa üzrə 31,6 sentner olub.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin şöbə müdiri Pərvin Hacıyev deyib.

O qeyd edib ki, rayonlar üzrə ən yüksək orta məhsuldarlıq Şərur rayonunda qeydə alınıb. Burada hər hektardan orta hesabla 41,9 sentner olmaqla 11578,0 ton taxıl toplanıb. Sədərək rayonunda hər hektardan 39,1 sentner olmaqla 6288,0 ton, Babək rayonunda 34,4 sentner olmaqla 14747,8 ton, Ordubad rayonunda 29,0 sentner olmaqla 1686,4 ton, Culfa rayonunda 25,5 sentner olmaqla 3266,5 ton, Şahbuz rayonunda 25,4 sentner olmaqla 1326,0 ton, Kəngərli rayonunda isə hər hektardan 24,3 sentner olmaqla 5504,1 ton taxıl məhsulu toplanıb. Naxçıvan şəhərində hər hektardan orta hesabla 32,0 sentner olmaqla 1 517,4 ton taxıl məhsulu əldə edilib.

"Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə muxtar respublikada 15029,4 hektar sahədən 37648,8 ton taxıl toplanıb, orta məhsuldarlıq hər hektardan 25,1 sentner təşkil edib", - deyə komitənin rəsmisi bildirib.

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30