Nyu-Yorkda və Vaşinqtonda mühüm müzakirələr...
25.09.2026 [10:23]
Orta Dəhlizin inkişafı, TRİPP və regional əməkdaşlığın önəminə toxunulub
Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta Dəhliz boyunca bağlantı, maliyyə və enerji” mövzusunda 7-ci Xəzər Biznes-Forumu keçirilib.
BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən tədbirdə ABŞ, Azərbaycan və regionun digər ölkələrindən rəsmilər, diplomatlar, biznes nümayəndələri və ekspertlər iştirak ediblər. Xəzər Siyasət Mərkəzinin prezidenti Əfqan Nifti bildirib ki, Azərbaycan ötən il Daşkənd Sammitində Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşlərinə qoşulmaqla formatın C5-dən C6-ya genişlənməsinə töhfə verib və bu mühüm hadisə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında bağlantıları daha da gücləndirir.
ABŞ Dövlət Departamentinin rəsmisi Mark Kameron Vaşinqtonun Mərkəzi Asiya və Cənubi Qafqaza diqqətinin hədsiz dərəcədə yüksək olduğunu, bölgəni birləşdirən Trans-Xəzər fiber-optik kabel layihəsinin rəqəmsal bağlantı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayb. Departamentin digər rəsmisi Piter Andreoli Azərbaycan və Ermənistan arasında əldə olunan irəliləyişin regionda daha güclü iqtisadi əlaqələrin qurulması üçün yeni imkanlar yaratdığını, TRIPP layihəsinin Orta Dəhlizin mühüm bağlantılarından birinə çevriləcəyini vurğulayıb.
TRIPP regionda iqtisadi rifaha, sülh və sabitliyə töhfə verəcək
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bölgədə qurulan səmərəli regional bağlantıların Azərbaycan, Mərkəzi Asiya və digər region dövlətləri üçün dayanıqlı təchizat zəncirlərinin möhkəmlənməsinə, yeni ticarət və investisiya imkanları yaratmasına səbəb olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə Bakı Limanının genişləndirilməsi, Ələt Azad İqtisadi Zonasının və Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi və TRIPP-in yaradılması istiqamətində təşəbbüslərin iqtisadi əməkdaşlıqla yanaşı, regionda sülh və sabitliyə də töhfə verəcəyinə əminliyini ifadə edib.
Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya, Qazaxıstan Prezidentinin ABŞ ilə danışıqlar üzrə nümayəndəsi Yerjan Kazıxan,Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci və digər çıxış edən natiqlər bildiriblər ki, Orta Dəhliz nəhəng iqtisadi-ticari-nəqliyyat arteriyası kimi bütün region ölkələrinin gələcəyinə yönəlmiş strateji marşrut, səmərəli imkandır. Avrasiyanı birləşdirən bu marşrut birgə əməkdaşlıqların və qarşılıqlı etimadın nümunəsidir.
Çin-Avropa marşrutu üzrə yüklərin çatdırılma müddəti 3 dəfə azalıb
Orta Dəhlizlə bağlı digər maraqlı müzakirələr Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkil etdiyi dəyirmi masada aparılıb. Bu nəqliyyat bağlantısının maliyyələşməsində əsas donorlardan biri olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Reyçel Prays marşrutun etibarlılığının artırılması üçün zəruri olan investisiyalara və əməliyyat təkmilləşdirmələri, o cümlədən dəmir yolu və liman əlaqələrinin gücləndirilməsi, sərhəd prosedurlarının səmərəliliyinin artırılması, logistika sahəsində koordinasiyanın və rəqəmsallaşmanın təmin edilməsi imkanlarından bəhs edib. Bildirib ki, bu təşəbbüslər Orta Dəhlizə artan marağın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa ölkələrində ticarət və investisiya imkanlarına çevrilməsinə şərait yaradır.
Çıxış edən digər ekspertlər Orta Dəhlizdə aparılan islahatların ən mühüm nəticələrindən biri kimi yüklərin daşınma müddətinin əhəmiyyətli dərəcədə azalmasına diqqət çəkiblər. Bir neçə il əvvəl Çin-Avropa marşrutu üzrə yüklərin çatdırılması 38-53 gün çəkirdisə, hazırda bu müddət orta hesabla 12 gün təşkil edir. Müddətin bu qədər azalması elektron icazələrin və e-TIR, e-CMR də daxil olmaqla rəqəmsal alətlərin tətbiqi, yüklərin real vaxt rejimində izlənilməsi, gömrük və sərhəd prosedurlarının optimallaşdırılması, eləcə də dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi sayəsində mümkün olub.
Dünya ticarətinin getdikcə daha çevik, şaxələndirilmiş və çoxqatlı xarakter aldığı bir şəraitdə Orta Dəhliz formalaşmaqda olan Avrasiya ticarətinin arxitekturasının əsas elementlərindən birinə çevrilmək üçün tarixi imkan əldə edir. Marşrut xəritədə iki nöqtəni birləşdirən sadə tranzit arteriyası çərçivəsindən tədricən çıxaraq daha geniş iqtisadi ekosistemə çevrilir, genişlənən şəbəkə boyunca yeni ticarət axınlarını, investisiyaları, infrastruktur layihələrini və logistika xidmətlərini özünə cəlb edir.
“Yaşıl dəhlizlər”i sistemi qurulub
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Həbib Turki Orta Dəhlizin Asiya və Cənubi Qafqaz bölgəsi ilə yanaşı, Mərkəzi və Şərqi Avropa ölkələrinin Çinlə logistika sahəsində əməkdaşlığına verdiyi potensial dəyərlərə toxunub. Bildirib ki, prosedurların uyğunlaşdırılması, dövlət və özəl sektorlar arasında daha sıx əməkdaşlıq Çin ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında ticarətin daha da artmasına şərait yaradır. 2026-cı ilin əvvəlində Çinin TIR sisteminin tətbiq dairəsini genişləndirməsi elektron ticarəti, eləcə də gömrük nəzarəti altında olan malların daşınmasında əlçatanlığı artırıb. Hazırda TIR sistemində qeydiyyatdan keçmiş 3700-dən çox nəqliyyat vasitəsi Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzərindən 60-dan çox sərhədi keçərək 120-dən artıq marşrutla Çindən Mərkəzi və Şərqi Avropa ölkələrinə yükdaşıma həyata keçirir. Orta Dəhlizdə prosedurların sadələşdirilməsi istiqamətində işlər davam etdirilir və Çinin əsas sərhəd-keçid məntəqələrində TIR “Yaşıl dəhlizləri” sistemi qurulub. Yeri gəlmişkən, TIR sistemi çərçivəsində gömrük tranziti rejimindən istifadə etməklə Çindən Azərbaycana malların daşınması 15 gün çəkir ki, bu da analoji dəniz daşımaları üçün tələb olunan müddətdən iki dəfə azdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

