Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xarici investorlar üçün yeni fürsət

Xarici investorlar üçün yeni fürsət

25.09.2026 [10:58]

Azərbaycan sərmayəçilərin dağ-mədən və metallurgiya sənayesində fəaliyyəti üçün güzəştlər tətbiq edəcək

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasında mühüm amillərdən biri investisiya mühiti və maliyyələşmə imkanlarının təmin edilməsidir. Dövlət Proqramının hədəflərinə çatmaq üçün investisiya mühitinin daha da təkmilləşdirilməsi qarşıda əsas hədəf kimi durur. Dövlət dəstəyi, investisiya təşviqləri və digər stimullaşdırıcı tədbirlər genişləndiriləcək, hüquqi və institusional baza müasir tələblərə uyğunlaşdırılacaq.

Xarici şirkətlərlə açar sazişləri imzalanıb

Dağ-mədən və metallurgiya layihələri böyük kapital və uzunmüddətli maliyyə tələb edir. Maliyyələşmə imkanlarının genişləndirilməsi ən aktual məsələlərdən biridir. Təkcə bu sahə üzrə deyil, ümumilikdə sənaye sahəsinin qarşılaşdığı əsas çağırışlardan biri uzunmüddətli kreditlərə çıxışın mövcudluğudur. Xüsusilə nəzərə alsaq ki, dağ-mədən və metallurgiya layihələrində qərar qəbulundan və layihənin icrasına başlanmasından istehsala qədər ötən müddət 5 il və daha çox davam edir. Belə layihələr üçün uzunmüddətli maliyyələşmə imkanlarının olması xüsusi əhəmiyyət daşıyır. Bu, həm büdcə yükünün azaldılmasına xidmət edir, həm maliyyə ekosistemində, bank sistemində əlavə gəlirlərin yaradılmasını təmin edir. Bu baxımdan, 10 il və daha uzun müddətə kredit imkanlarının genişləndirilməsi, yerli bankların iri və uzunmüddətli layihələrin maliyyələşdirilməsində iştirakının artırılması vacibdir.

Dövlətlə yanaşı, özəl sektor, o cümlədən bank maliyyələşməsi daxil olmaqla, beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanları diqqətdən keçiriləcək. Azərbaycan İnvestisiya Holdinqi portfel şirkətləri vasitəsilə alüminium və digər metallurgiya layihələrinə cəlb olunacaq. Həmçinin özəl sektor yeni istehsal və emal güclərinə investisiya qoyuluşlarına cəlb ediləcək.

Burada xarici investorlarla milli hasilat şirkətimiz olan “AzerGold”la müştərək sazişlərin həyata keçirilməsi də istisna olunmur. Artıq xarici tərəfdaşlarla əməkdaşlığın ilk nümunəsi kimi “AzerGold” və Birləşmiş Ərəb Əmirliklərinin “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş” imzalanıb. Sənədin şərtlərinə əsasən, Naxçıvanda yerləşən ehtiyatlarımızın birgə geoloji kəşfiyyatı həyata keçiriləcək. Bu, dağ-mədən sənayesində xarici investorlarla birgə fəaliyyətin açar sazişlərindən biri hesab olunur və bölgəyə ərəb səhmdarlarının gəlişini təmin edəcək.

4 ilə 5,3 milyard manat investisiya

Azərbaycanda sərmayə mühiti sağlam və minbitdir və bu amil investorlar üçün mühüm fürsət deməkdir. Prezident İlham Əliyev xarici investorlara mesaj verərək onlar üçün qapıların açıq olduğunu bəyan etdi. Bu, ən ali səviyyədə xarici biznes heyətinə verilən təminatdır. Sözsüz ki, xarici ölkələrin iri sənaye holdinqlərinin qızıl, gümüş, mis və digər yataqlara marağı böyükdür, çünki qiymətli metalların dünyada dəyəri durmadan artır, beynəlxalq səhmdarlar bu alətə böyük yatırımlar edir. Ona görə də, dağ-mədən sənayesində təmsil olunmaq xarici investorlar üçün həm gəlir əldə etmək, həm də qiymətli metal birjalarında əlavə imkanlar qazanmaq baxımından əlverişlidir. Üstəlik, Azərbaycan hökumətinin iqtisadi stimullar və güzəştlər tətbiq etməsi onlar üçün daha bir fürsət deməkdir.

2027-2030-cu illərdə proqram üzrə ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bu vəsaitin 1,1 milyard manatı dövlət büdcəsi hesabına, 2,2 milyard manatı dövlət müəssisələrinin vəsaiti, o cümlədən kredit, yəni borc kapitalı, 2 milyard manatı isə özəl vəsait, o cümlədən borc kapitalı hesabına formalaşacaq. Beləliklə, ümumi investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən cəlb ediləcək. Bu baxımdan dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarının səfərbər edilməsi qarşımızda duran əsas məsələdir. Yaradılacaq yeni güclər hesabına növbəti 4 il ərzində sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması nəzərdə tutulur. 2027-2030-cu illərdə yüksək nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur.

Vahid tənzimləmə, əlaqələndirmə və nəzarət

Dövlət Proqramının layihəsində uğurlu icra üçün mühüm şərtlərdən biri də əsas icraçı qurumların koordinasiyalı fəaliyyətidir. Proqramın layihəsinə əsasən, ümumi tənzimləmə, əlaqələndirmə və nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək. İqtisadiyyat Nazirliyi investisiya təşviqi, dövlət dəstəyi, sənaye siyasəti və sənaye infrastrukturunun inkişafını təmin etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yerin təki üzrə hüquqi bazanın, geoloji standartların və hesabatlılıq sisteminin təkmilləşdirilməsinə, həmçinin geoloji kəşfiyyatın həyata keçirilməsinə dəstək verəcək. SOCAR “Daşkəsən” dəmir filizi layihəsi və müvafiq klasterin təmin olunması üçün zəruri qaz infrastrukturu təmin edəcək.

Ümumilikdə, yerli və xarici investorların müştərək fəaliyyəti sayəsində Dövlət Proqramı müvafiq sahənin mineral-xammal bazasının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi ilə hasilat və emal gücünün artırılması, ekoloji dayanıqlılığın təmin edilməsi, insan kapitalının inkişafı və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu çərçivədə, xammaldan başlayaraq emal və yüksək əlavə dəyər yaradan son məhsuladək dəyər zəncirinin formalaşdırılması sənayeləşmənin dərinləşməsinə və ixrac potensialının artırılmasına xidmət edəcəkdir. Eyni zamanda, iri investisiya layihələrinin reallaşdırılması üçün özəl sektorun, o cümlədən xarici investorların cəlbi və dövlət-özəl əməkdaşlığı mexanizmlərinin genişləndirilməsi də təmin ediləcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30