Aİ-də suya görə münaqişələr baş verə bilər
07.03.2024 [12:40]
Avropa İttifaqı ölkələri su ehtiyatlarının çatışmazlığı ilə bağlı fikir ayrılığına düşə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa Komissiyasının məxfi sənədinə istinadla məlumat yayıb. Sənəddə deyilir ki, tez-tez baş verən quraqlıqların əsrin sonunadək Avropa İttifaqının iqtisadi artımını yeddi faiz azaldacağı, infrastruktura, səhiyyəyə və iqtisadiyyata zərər vuracağı gözlənilir.
Avropa Komissiyası su qıtlığını həyatın bütün aspektlərini təhdid edən problem hesab edir. “Bu risklər müxtəlif formalarda özünü göstərəcək. Su ehtiyatları uğrunda artan rəqabət həm dövlətlər daxilində, həm də transsərhəd su ehtiyatları uğrunda münaqişələrə səbəb olacaq”, - deyə nəşrin istinad etdiyi sənəddə bildirilir.
Artıq bəzi Avropa ölkələri quraqlığın fəsadları ilə üzləşib, su ilə bağlı münaqişələr qeydə alınıb. Fevralın əvvəlində İspaniyanın Kataloniya hökuməti quraqlıq səbəbindən regionun əksər hissəsində fövqəladə vəziyyət rejimi elan edib, sudan istifadəyə məhdudiyyətlər qoyulub. Su qıtlığı Kataloniya və Araqon muxtariyyətləri arasında Ebro çayı ilə bağlı münaqişəyə səbəb olub. Ötən ilin martında isə Fransada yeni su anbarlarının tikintisinə qarşı irimiqyaslı etiraz aksiyaları keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

