Kembric Universitetində COP29-un elmi-praktik aspektləri müzakirə edilib
19.10.2024 [16:10]
Kembric Universitetində COP29-un elmi-praktik aspektlərinə həsr olunmuş panel müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin Mərkəzi Asiya Forumunun direktoru, COP29-un Elm Şurasının üzvü Montu Saksenanın moderatorluğu ilə keçirilən paneldə əvvəlcə COP29-a hazırlıq prosesinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Montu Saksena çıxışında Kembric Universitetinin Azərbaycan ilə uzun illərdən bəri elmi-praktik əməkdaşlığına toxunub. O, Azərbaycanın tədbirə olduqca yüksək səviyyədə və böyük məsuliyyət hissi ilə hazırlaşdığını deyərək COP29-un uğurla nəticələnəcəyinə əminliyini ifadə edib.
Paneldə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov tədbirin məhz 18 Oktyabr - Müstəqilliyin Bərpası Günündə keçirilməsinin rəmzi əhəmiyyətinə toxunaraq COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin son 33 ildə müstəqil dövlət və regional lider kimi inkişaf etməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Elin Süleymanov Azərbaycanın COP29-a hazırlıq prosesi və prioritetlərindən danışıb. Səfir qeyd edib ki, maliyyə hədəfinin müəyyənləşməsi, karbon bazarlarının tənzimlənməsi kimi məsələlərin danışıqların əsas yer tutacağı COP29 tədbirində həm də inkişaf etməkdə olan ölkələr, o cümlədən iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kiçik ada dövlətləri xüsusi diqqət mərkəzində olacaq. Bu xüsusda, Elin Süleymanov qərargahı Londonda yerləşən Millətlər Birliyi təşkilatı ilə Azərbaycanın birgə həyata keçirdiyi layihələrdən söz açıb. Azərbaycanın enerji keçidində nümunəvi liderliyi və alternativ enerji layihələrinə güclü sərmayə yatırmasından bəhs edən diplomat COP29-un fəaliyyət gündəliyinə daxil olan təşəbbüslər barədə də məlumat verib. Ölkəmizin tədbir davam edəcəyi müddətdə bütün dünyanı “COP atəşkəsinə” çağıracağını deyən səfir Süleymanov hər kəsi bu təşəbbüsə dəstək verməyə dəvət edib.
Kembric Universitetinin fizika və kimya üzrə professoru Sian Dutton, Axşay Rao və Prajakti Kalra mineralların təmiz enerji keçidindəki rolu, enerji resurslarının tarixi təkamülü və iqlim dəyişikliyinin inkişaf gündəliyinə təsiri kimi məsələlərdən danışıblar. Universitetin Memarlıq fakültəsinin professoru Nikolas Ray iqlim dəyişikliyinin şəhərsalma prosesinə təsirlərindən bəhs edib. Ekspertlərin hər biri iqlim fəaliyyətinin irəli aparılmasında COP prosesinin əhəmiyyəti və xüsusən Azərbaycanda keçiriləcək COP29 tədbirinin həlledici rolunu vurğulayıb. Onlar qeyd ediblər ki, Azərbaycanın prosesin inklüzivliyini prioritetləşdirməsi və elmi-tədqiqatı iqlim fəaliyyətinin ayrılmaz hissəsi kimi görməsi təqdirəlayiqdir.
Tədbir sual-cavab sessiyası ilə davam edib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

