Leyla Əliyeva COP29 çərçivəsində “Ecumene” Qlobal Forumunun plenar iclasında iştirak edib
16.11.2024 [09:52]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də “Ecumene” Qlobal Forumu tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan plenar iclasda çıxış edib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi COP29-un qlobal ekoloji problemlərin həllində rolu barədə danışan Leyla Əliyeva qəbul ediləcək qərarların dayanıqlı gələcək naminə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Leyla Əliyeva çıxışında Azərbaycanda su resurslarının dayanıqlı idarə edilməsinə dair bir sıra məqamlara toxunub. Ölkəmiz tərəfindən həyata keçirilən bir sıra tədbirlər, o cümlədən yaxın illər ərzində yaradılması nəzərdə tutulan 10 su anbarı barədə plenar iclas iştirakçılarına məlumat verilib.
Xəzər dənizində su səviyyəsinin son illər ərzində endiyini qeyd edən IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Xəzərdə biomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfədən çox endiyi bildirilib. Leyla Əliyeva qeyd edib ki, “Blue Marine Foundation” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Qızılağac Milli Parkı Xəzər dənizində ilk dənizkənarı mühafizə olunan ərazi kimi seçilib.
Bununla yanaşı, Leyla Əliyeva çıxışında IDEA İctimai Birliyi tərəfindən su resurslarının mühafizəsi istiqamətində görülən tədbirlərə toxunub. Bildirilib ki, “Zəngin hövzələr” layihəsi çərçivəsində müxtəlif növ milyonlarla balıq körpəsi ölkə ərazisində yerləşən bir sıra su hövzələrinə buraxılıb. “Bir damcı” layihəsinin nəticəsi olaraq ictimaiyyətə suyun səmərəli istifadəsinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Qeyd edək ki, plenar iclasda, həmçinin BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart, Dünya İqtisadiyyatının Təhlili Mərkəzinin direktoru Ramon Piks-Madruqa, BMT-nin Ətraf Mühit Proqramının keçmiş icraçı direktoru Erik Solheym, Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, Çeçenistan Respublikası başçısının və hökumətinin administrasiyası rəhbərinin birinci müavini – Çeçenistan Respublikasının naziri Xədicat Kadırova və Ümumrusiya təbiətin mühafizəsi cəmiyyətinin Mərkəzi Şurasının sədri Vyaçeslav Fetisov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35

