Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Ermənidən artıq ermənilik edən Leyla Yunusovanın əməlləri ifşa olunur

Ermənidən artıq ermənilik edən Leyla Yunusovanın əməlləri ifşa olunur

13.06.2014 [09:19]

Yaxud bu qondarma “hüquq müdafiəçisi” Azərbaycan dövlətinə və xalqına qarşı fəaliyyətini sığortalaya bilməyəcək
Son dönəmlərdə Sülh və Demokratiya İnstitutunun rəhbəri, “hüquq müdafiəçisi” Leyla Yunusova radikal müxalifət düşərgəsinin nəzarətində olan mətbuat orqanlarının “ulduzu”na çevrilib. Əlbəttə, öncə onu vurğulamaq lazımdır ki, burada diqqəti çəkən məqamlar heç də Leyla Yunusovanın hansısa üstün və yaxud maraqlı şəxsi keyfiyyətləri ilə bağlı deyil. Əksinə, o, əksər hallarda özünü cəmiyyət tərəfindən birmənalı qarşılanmayan, Azərbaycan mentalitetinə uyğun gəlməyən tərzdə aparır. Məsələn, “hüquq müdafiəçisi” “yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını” özü etiraf edib. Bir sözlə, Leyla Yunusovanın “populyarlığı”nın səbəbləri başqadır. Məsələ burasındadır ki, onun adı ermənilərə xidmət etməyin sinoniminə çevrilib. “Hüquq müdafiəçisi”nin özü və yaxın ailə çevrəsi Azərbaycanın çörəyini yeyib, havasını udsalar da, xalqımızın, Vətənimizin düşmənlərinin işinə yaramaq üçün dəridən-qabıqdan çıxırlar.
sən kimsən, Leyla Yunusova?
Bu suala cavab vermək üçün ilk növbədə, Yunusovlar ailəsinin erməni kimliyinə diqqət etmək lazım gəlir. Düzdür, Yunusovlar ailəsinin üzvləri ermənilərə xidməti göstərmələrini “hüquq müdafiəçisi” missiyası ilə əlaqələndirirdilər. Lakin son vaxtlar aşkar olunan faktlar Yunusovların ermənilərdən artıq ermənilik etmələrinin gerçək səbəblərinə aydınlıq gətirdi. Söhbət ailənin genetik bağlılığından gedir. Jurnalist Eynulla Fətullayev araşdırma yazıları ilə Yunusovlar ailəsinin üstünə çəkilmiş maskanı dağıtdı, ailənin erməni mənşəyinə işıq saldı. Yəni, bu gün özünü Azərbaycan cəmiyyətinin “hüquq müdafiəçisi” kimi təqdim edən, reallıqda isə erməni havasına qol götürüb oynadığı aydın sezilən Leyla Yunusova elə erməni ailəsinin gəlinidir. Onun həyat yoldaşı Arif Yunusovun atası erməni ailəsində böyüyüb və sonradan erməni Arşalyus Barseqyanla evlənib. Təbii ki, Yunusovlar ailəsinin çoxlu sayda erməni qohumları var. Onlar tez-tez Ermənistanda, Dağlıq Qarabağda, eləcə də, Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşayan qohumları ilə təmaslar yaradırlar, görüşürlər. Beləliklə, Leyla Yunusovanın ermənilərə olan böyük sevgisinin motivləri ortadadır. Təmsil etdiyi ailənin milli kimliyi Leyla Yunusovanın həyat yolunun, fəaliyyət istiqamətinin müəyyənləşməsində əsas amilə çevrilib.
Erməni mənşəli ailənin üzvləri Azərbaycanda vəzifə piramidasına necə yüksəliblər?
Erməni mənşəli ailənin üzvlərinin Azərbaycanda himayə edilərək müxtəlif vəzifələrə irəli çəkilmələri AXC-”Müsavat” iqtidarı dövründə baş verib. Təzada baxın, vaxtilə AXC-”Müsavat” iqtidarında təmsil olunan Əli Kərimli, İsa Qəmbər və digərləri daim milli maraqlardan dəm vururlar. Ancaq onlar əllərində səlahiyyət olanda erməni mənşəli ailənin üzvlərinin başlarını sığallayıb, bu ailəyə qarşı isti münasibət göstərib və strateji postlara irəli çəkiblər. Halbuki Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibə apardığı, ölkəmizin itkilərə məruz qaldığı bir dönəmdə kadrların milli kimliyinə xüsusi diqqət yetirilməli idi.
Beləliklə, erməni mənşəli ailənin gəlini Leyla Yunusova Müdafiə Nazirliyinin analitik-informasiya şöbəsinə rəhbərlik edirdi. Onun həyat yoldaşı erməni Arşalyus Barseqyanın oğlu Arif Yunusov Prezident Aparatında eyni statusu daşıyırdı. Qaynı Ramiz Yunusov isə Nazirlər Kabinetində yerləşmişdi. Bu siyahıya başqa adlar da əlavə etmək mümkündür.
Leyla Yunusova yediyi erməni ailəsinin çörəyinin “halallığını” qaytarmaq üçün dəridən-qabıqdan çıxır
Ailənin digər təmsilçiləri kimi, gəlin Leyla Yunusova da həyatının bütün dönəmlərində yediyi erməni ailəsinin çörəyinin “halallığını” artıqlaması ilə qaytarmağa çalışıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkəmizin mənafeyinə zidd açıqlamalarla çıxış edir, Azərbaycanın guya münaqişə bölgəsində ermənilərə qarşı təmizləmə əməliyyatı apardığı barədə bütün dünyaya car çəkir, ordumuzun durumu, hərəkət planları barədə düşmən tərəfə məlumatlar sızdırırdı. 1994-cü ildən etibarən Leyla Yunusova ermənilərə xidmət missiyasını vətəndaş cəmiyyətinin təmsilçisi qismində davam etdirir. Xalqımızın, Vətənimizin bədxahları ölkədəki demokratik mühitdən sui-istifadə edərək vaxtaşırı L.Yunusovanın rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunda toplaşır və Azərbaycana qarşı yeni fəaliyyət planları qururlar. Leyla Yunusova Ermənistanın terrorçuluq və işğalçılıq siyasətini müdafiə edən David Şahnazaryanın, Laura Baqdasaryanın, Janna Krikorovanın və digər belələrinin partnyoruna çevrilib. “Hüquq müdafiəçisi”nin Ermənistandakı “Region” araşdırmalar mərkəzi ilə Azərbaycan həqiqətlərini təhrif etməyə yönələn “əməkdaşlığını” yada salaq. Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi zamanı qonaqların gediş-gəlişinin gur olduğu məkanlarda vay-şivən qoparması da onun qəlbindəki erməni sevgisinin təzahürü idi.
Ermənilərə xidmət Leyla Yunusova üçün həm də yaxşı gəlir mənbəyidir
Son vaxtlar o da məlum oldu ki, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusova beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan antimilli mərkəzlərlə “həm ziyarət, həm də ticarət” prinsipi ilə işbirliyində olub. Yəni, o, sadəcə qonorar hesabına yaşayan sıradan bir “hüquq müdafiəçisi” deyil. Erməni dəyirmanının işinə yaraması onun əlini böyük paralara çatdırıb. Xarici ölkələrdəki mülklər, banklardakı manat, dollar, avro hesabları... Bunlar Yunusovlar ailəsinin Azərbaycana qarşı donoslar yazmaqla qazandığı böyük sərvətin tam olmayan siyahısıdır.
Konkret cinayət əməlinə görə saxlanılan şəxslərin adlarının babat haqq müqabilində “siyasi məhbus” siyahısına salınması da “hüquq müdafiəçisi”nin gəlir kisəsinin əməlli-başlı şişməsinə səbəb olub. Belə olmasaydı, Sülh və Demokratiya İnstitutunda hazırlanan “siyasi məhbus” siyahısı gündən-günə şişməzdi. Məsələn, Leyla Yunusovanın “sehrli” qələmi ölkəmizdəki “siyasi məhbus”ların siyahısını 130 nəfərədək şişirdib. Halbuki, Azərbaycanın vətəndaş cəmiyyətinin digər təmsilçilərinin siyahılarında bu rəqəm 30-u aşmır.
Leyla Yunusova açıq aqressiya nümayiş etdirərək cəmiyyəti şantaj edir
Son vaxtlar Leyla Yunusovanın sərgilədiyi əməllərdə, səsləndirdiyi fikirlərdə açıq-aydın aqressiya, qisasçılıq hiss olunur. O nümayişkaranə surətdə Azərbaycan cəmiyyətinin ümumi maraqlarına qarşı çıxır və beləliklə də, “erməni yükünü” daha böyük canfəşanlıqla dartmağa həvəsli görünür. Budur, Leyla Yunusova rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunda qondarma “müqavimət hərəkatı” bəyan etməklə Azərbaycan xalqına qarşı savaş açıb. Özü ilə Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı arasında bütün körpülərin yandığını görən, gizli saxladığı kartlarının açıldığının, üzünə çəkdiyi maskasının yırtıldığının fərqində olan “hüquq müdafiəçisi” açıq şantaj yolunu tutub. Leyla Yunusova vətəndaş cəmiyyətinin digər təmsilçilərinə barmaq silkələyir, onlara qarşı “Bağdadda kor xəlifə, vətəndaş cəmiyyətində mən” mövqeyi sərgiləyir. Sülh və Demokratiya İnstitutunun rəhbərinin iddiasına görə, vətəndaş cəmiyyətinin bütün təmsilçiləri onun dediyi ilə oturub-durmalıdırlar. Əndazəni aşaraq özündə QHT təmsilçilərinə minnət qoymaq cəsarəti tapan Leyla Yunusova açıq şəkildə bəyan edib ki, onun dediyi ilə oturub-durmayanlara heç salam da verməyəcək.
Ermənipərəst Leyla Yunusova Sülh və Demokratiya İnstitutunun Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı “sənəd” hazırlayaraq Vaşinqtona göndərdiyini dilə gətirib. “Hüquq müdafiəçisi”nin özünün təbirincə desək, “sənəd”, əlbəttə ki, Azərbaycan cəmiyyətinə yönəlik “tənqid notları” üstündə hazırlanıb. “Hüquq müdafiəçisi” Leyla Yunusova iddia edir ki, Azərbaycanda demokratik dəyərlərə məhəl qoyulmur, vətəndaş cəmiyyətinin təmsilçilərinə meydan verilmir və cəmiyyət “müqavimət hərəkat”ı yaratmaqla buna öz etirazını bildirir. Belədirsə, qoy onda Leyla Yunusova cavab versin: Azərbaycanda demokratiya boğulursa, bəs onda Sülh və Demokratiya İnstitutu sərbəst şəkildə necə fəaliyyət göstərir?
Beləliklə, aydın görünür ki, məlum dairələrdən Sülh və Demokratiya İnstitutuna yeni tapşırıqlar gəlib. Anti-azərbaycançı şəbəkənin məqsədi beynəlxalq birliyin diqqətini ölkəmizdəki müsbət meyillərdən yayındırmaqdan və belə demək mümkündürsə, gündəmi dəyişməkdən ibarətdir. Leyla Yunusova isə bu dəfə aldığı yeni sifarişləri daha böyük canfəşanlıqla, xüsusi bir aqressiya ilə yerinə yetirməyə çalışır. Lakin bu cəhdlər, heç bir nəticə verməyəcək. Daha doğrusu, bu qondarma “hüquq müdafiəçisi” çarəsiz çırpıntılara əl atsa da, Azərbaycan dövlətinə və xalqına qarşı fəaliyyətini sığortalaya bilməyəcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1294 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30