Milli Qurtuluş Günü Azərbaycanın inkişafının və yüksəlişinin əsas istinad nöqtəsidir
14.06.2014 [10:32]
Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bizi 21 illik zaman ayırır. İllər biri-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq. Bu mənada, 23 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın həyatında həmin zamanın əhəmiyyətini qısa təhlil əsasında bir daha nəzərdən keçirmək zərurəti duyuruq.
1993-cü il real müstəqilliyimizin ilk ilidir
Məlum olduğu kimi, 1991-ci il 18 oktyabrda Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək milli azadlığına, dövlət müstəqilliyinə tam mənada nail oldu. Amma müstəqilliyin qorunmasının əldə edilməsindən nə qədər çətin olduğunu isə sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki cəmi 2 il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan dövləti daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, total xaosdan, Ermənistanın işğalçılıq siyasətindən, ən nəhayət, səriştəsiz, dövlət idarəçiliyindən xəbərsiz iqtidarın özbaşınalığından pessimizmə qapılırdı. Müstəqilliyin elan olunmasından iki il keçməsinə baxmayaraq, hələ də ölkəmizdə o zamankı iqtidarlar tərəfindən siyasi-hüquqi və institusional islahatlar həyata keçirilmirdi, planlı iqtisadiyyatdan, totalitar və avtoritar siyasi sistemdən bazar münasibətlərinə, demokratik idarəçiliyə keçid üçün heç bir cəhd göstərilmirdi. Əksinə, vətəndaşlarla siyasi-ictimai institutlar arasında böhranlar yaradılırdı, dövlətlə xalq arasında uçurum formalaşırdı. Belə bir hal isə ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin yaranmasına gətirib çıxarırdı.
Əlbəttə ki, istər zor tətbiqi ilə hakimiyyəti zəbt etmiş AXC-”Müsavat” iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdi ki, hadisələr bu cür davam edə bilməz. Ona görə də insanlar Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı və Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular.
Ümummilli lider Heydər Əliyev həm Azərbaycanın daxili destabilliyinin gücləndiyi, həm də region ətrafında geosiyasi vəziyyətin mürəkkəbləşdiyi bir zamanda xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Həmin vaxt isə Azərbaycanda məlum Gəncə hadisələri baş vermişdi və ayrı-ayrı siyasi qruplaşmaların məqsədləri naminə qardaş qanı axıdılırdı. Məhz Ulu öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə ətraflı tanış oldu, şəhər sakinləri və hərbi qulluqçularla görüşdü. Beləliklə də, çoxsaylı təhlükələrə baxmayaraq, Ümummilli lider Heydər Əliyevin Gəncə səfəri Azərbaycanın Qurtuluşu yolunda həlledici addım oldu. Ulu öndər Heydər Əliyev iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri barədə qəti sözünü dedi və bununla da, meydanlarda Vətən və xalq adından danışan, lakin buna mənəvi haqqı olmayan AXC-“Müsavat” cütlüyü hakimiyyətdən getməyə məcbur oldu. Bu, xalqın tələbi idi.
2014-cü il mayın 27-də 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda dövlət başçısı İlham Əliyev bir daha diqqəti Azərbaycanın həmin dövrdə yaşadığı ağır duruma yönəldərək bildirdi ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etdi, müdriklik göstərdi və Ulu öndərə üz tutub Onu hakimiyyətə dəvət etdi. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Ona görə 1993-cü il, əslində, müstəqilliyimizin ilk ili oldu. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı.
Sabitlik inkişafın təməl daşıdır
Aydındır ki, hər bir dövlətin inkişafı və tərəqqisi onun siyasi sabitliyindən, bu faktorun üzərində qurulmuş güclü iqtisadiyyatdan asılıdır. Elə bu səbəbdən də Ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan xalqının yekdil səsi ilə Prezident seçildikdən sonra müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün çox əhəmiyyətli addımlar atdı. Ulu öndər Heydər Əliyev bütövlükdə, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq məqsədilə bütün resursları səfərbər etdi və 1994-cü il mayın 12-də erməniləri və havadarlarını atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi.
Azərbaycanın inkişafı naminə Heydər Əliyevin ətrafında sıx birləşmiş xalq isə dahi şəxsiyyəti müdafiə edən sipərə çevrilirdi. Məhz formalaşmış xalq-Heydər Əliyev birliyi xarici antiazərbaycan dairələrinin dəstəyi ilə 1994 və 1995-ci illərdəki dövlət çevrilişlərinə cəhdlərin, eləcə də, fiziki məhvetməni qarşısına məqsəd qoymuş terrorların genişlənməsinin qarşısını aldı. Nəhayət, Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə yaradılmış komissiya tərəfindən hazırlanmış və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bununla da, Azərbaycan demokratik dövlət olaraq dünyaya açıldı və Heydər Əliyev xalqımızın milli kimliyini beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etdi.
YAP cəmiyyətin ictimai-siyasi səfərbərliyini reallaşdırdı
Təkzibolunmaz faktdır ki, ölkəmizin ictimai-siyasi sabitliyinin təmin edilməsində, müasir siyasi sistemin formalaşdırılmasında və dövlət idarəçiliyinin sivil metodologiyasının ortaya qoyulmasında dahi şəxsiyyət Heydər Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının rolu müstəsna idi. Bu mənada, 1992-ci il noyabr ayının 21-də xalqın istəyi və zamanın tələbi ilə yaranan YAP-ın keçdiyi 22 illik dövr müstəqil Azərbaycanın müasir tarixi kimi də dəyərləndirilir.
O zaman Yeni Azərbaycan Partiyasının qarşısında ölkəni düşdüyü ağır durumdan, dövlət müstəqilliyini itirmək kimi təhlükədən xilas etmək, ictimai-siyasi gərginliyi, iqtisadi böhranı aradan qaldırmaq, ən əsası xalqda sabaha olan ümidini bərpa etmək missiyası dururdu. Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul etdi. Ona görə də YAP müxalifət partiyası kimi yaransa da, daim dövlətçiliyə, xalqa sadiq oldu. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtidar partiyasına çevrilən YAP proqram və nizamnaməsinə uyğun olaraq, qarşısına qoyduğu missiyanı uğurla yerinə yetirdi. Bu səbəbdəndir ki, Azərbaycanın uğurlarına ilbəil bələdçilik edən Yeni Azərbaycan Partiyası milyonların sevgisini qazandı, sıralarını isə kəmiyyət və keyfiyyət baxımından günbəgün daha da möhkəmləndirdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, YAP bu gün nəinki ölkənin, hətta bölgənin aparıcı siyasi təşkilatıdır.
Demokratiya Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanda demokratik təsisatlar da məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradıldı, möhkəmləndirildi. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir: “Azərbaycan demokratiya yolu ilə gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz”.
Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərin ölkəmizdə bərqərar olması istiqamətində atılan bir-birindən əhəmiyyətli addımlar dövlətimizin bu məqsədin gerçəkləşməsində maraqlı olduğunu təsdiqlədi. Ölkədə söz, ifadə, mətbuat azadlığının təmin olunması, insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, plüralizmin təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi təmin edilməklə bir daha təsdiqləndi ki, demokratiya prinsiplərinə sadiqlik sözdə deyil, əməldədir.
Milli Konstitusiyamızın qəbulundan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi prosesi geniş vüsət aldı. Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən öhdəliklər tam aydınlığı ilə müəyyənləşdirildi.
Müstəqil xarici siyasət başlıca şərtdir
Bu bir tarixi həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olmuş iqtidarlar reallığı nəzərə alan müvafiq xarici siyasət kursu işləyə bilmədilər. 1991-1992-ci illərdə Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki prioritet vəzifələri müəyyənləşdirib həyata keçirmədi, əksinə, həm daxildə, həm də xaricdə çox ziyanlı siyasət yeridərək ölkəni çətin duruma saldı. Müxtəlif məsuliyyətsiz bəyanatlarla Azərbaycanı həm daxildə, öz vətəndaşları arasında, həm regionda, həm də xarici aləmdə çox böyük problemlərlə üzbəüz qoydu. Xarici siyasət sahəsində yaşanan problemlərin daxildə baş alıb gedən özbaşınalıq, siyasi böhran, vətəndaş qarşıdurması ilə müşahidə olunması, erməni işğalçılarının bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etməsi və bunun qarşısını almaq üçün mövcud hakimiyyətin ciddi bir iş görə bilməməsi və s. kimi məsələlər dövlətçiliyimiz üçün faciəli anlar yaşatdı. Məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin və beynəlxalq münasibətlər sistemində təmsilçiliyinin strateji və cari vəzifələri, beynəlxalq aləmlə əlaqələrin konturları, prioritetləri müəyyən edildi. Xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraq dairəsi, geosiyasi və geoiqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Beləliklə də, bütün prioritetlər nəzərə alınaraq, banisi Ümummilli lider Heydər Əliyev olan balanslaşdırılmış xarici siyasət strategiyası reallaşdırılmağa başlandı.
Ümummilli lider hər bir xarici ölkəyə səfəri zamanı daim diqqəti Azərbaycan həqiqətlərinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinə yönəltdi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan reallıqlarının təbliğində diasporun rolunu da önə çəkərək, diaspor quruculuğu istiqamətində mühüm addımlar atdı. Ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən idarə edilməsinin gərəkliyi önə çəkildi.
1993-2003-cü illər sabitlik, inkişaf və tərəqqi dövrü kimi yadda qaldı
Bir sözlə, aparılmış qısa təhlil tariximizin 1993-2003-cü illərinin aydın mənzərəsini yaratdı və 2014-cü ilin may ayının 27-də 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyevin böyük inamla və qətiyyətlə söylədiyi bu fikirlər dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinə, Qurtuluş məfkurəsinin ölkəmizə qazandırdığı uğurlara bir daha işıq saldı: “1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk”.
Vüqar RƏhimzadƏ,
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin Baş redaktoru,
Əməkdar jurnalist
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

