Azərbaycanın güclənən mövqeyinin fonunda Ermənistanın sürətli tənəzzülü...
17.10.2012 [23:32]
Azərbaycan Respublikası dünya miqyasında ən sürətli inkişaf tempinə malik olan avanqard ölkələrdən biridir. Sürətli inkişafa paralel olaraq həyata keçirilən rasional xarici siyasət kursu sayəsində həm də Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Başqa sözlə, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca istinad mərkəzlərindən və strateji tərəfdaşlarından birinə çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar.
Bunlarla yanaşı, mütəmadi surətdə ikitərəfli və çoxtərəli münasibətlərini inkişaf etdirən Azərbaycan çoxtərəfli münasibətlər platforması olan beynəlxalq təşkilatlarda da öz mövqeyini möhkəmləndirməkdədir. Məsələn, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilməsi buna başlıca nümunə kimi göstərilə bilər. Məhz bu qələbəni şərtləndirən başlıca faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik əsaslı, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət strategiyasıdır. Azərbaycan özünün müstəqil və suveren xarici siyasət strategiyasının fonunda nəinki regionun ən güclü və nüfuzlu aktoru qismində çıxış etməkdədir, eləcə də, beynəlxalq münasibətlər sistemi çərçivəsində əksər milli dövlətlərin əməkdaşlıq etdiyi etibarlı tərəfdaşdır. Məhz bu, Azərbaycanın məlum parlaq qələbəsini şərtləndirən mühüm amil qismində çıxış etməkdədir. Eyni zamanda, ölkəmiz digər bir sıra regional və beynəlxalq təşkilatlarda da etibarlı strateji tərəfdaş, nüfuzlu aktor kimi səciyyələndirilir.
Bütün bunlar isə sürətlə tənəzzül edən Ermənistanın siyasi, iqtisadi, ideoloji və hərbi platformalarında dərin təşviş və isterika yaradır. Bir zamanlar lobbi və diasporanın gücünə güvənərək təcavüzkar bəyanatlarını mütəmadi surətdə davam etdirən işğalçı ölkə təmsilçiləri indi təşviş dolu açıqlamalar səsləndirməklə Ermənistanın düşdüyü panikanı ifadə etməkdədirlər. Son olaraq Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavur “Nouvelles d’Armenie” jurnalına müsahibəsində qondarma “erməni soyqırımı”, miqrasiya və Ermənistan-Türkiyə münasibətləri haqqında danışarkən təşviş və tənqid dolu fikirlər söyləyib. Qondarma “erməni soyqırımı” məsələsinə xüsusilə toxunan səfir qeyd edib: “Bu məsələ məni yormağa başlayıb. Biz bu yolla heç vaxt uğur qazana bilməyəcəyik. Hansı dövlətlər öz maraqlarını qurban verərək bizi müdafiə edir? Heç biri bunu etməz... Heç bir dövlət bu məsələdə bizə kömək etməyəcək. Heç vaxt”.
Ş.Aznavurun sonrakı fikirləri daha çox diqqəti çəkib: “Ermənistan əzab çəkir və getdikcə boşalır. Bu, kimə sərfəlidir? Bir neçə mafiya başçısına?”
Səfir Ermənistanın “soyqırımı” iddialarının cəfəng olmasını ifadə edib və bildirib ki, Ermənistan bu yanaşma və güclə sadəcə uçuruma doğru irəliləyir. “Ermənistan öz diqqətini “soyqırım” termini üzərində cəmləşdirərək irəli gedə bilməz: “Ermənistan böyük təhlükə qarşısındadır və hamı öz diqqətini “soyqırım” termini üzərində cəmləşdirib. Anlamıram, belə bir vəziyyətdə Ermənistan necə irəli gedə bilər? Bu məntiq bizi hara aparır? Məni bu fikirlərimə görə tənqid edən adamlar haradadır? Onlar Ermənistana kömək etmək üçün nə edirlər? Ermənistana pul göndərirlərmi? Onlar mənə dərs keçə bilməz, mən onlara dərs keçməliyəm”, - deyə o vurğulayıb.
Göründüyü kimi, daim Ermənistanın diaspora və lobbisinin təsir imkanları və fəaliyyət mexanizminə güvənərək qondarma “soyqırımı” iddialarını önə çəkən Şarl Aznavur bu gün artıq Ermənistanın və erməni lobbisinin tənəzzülündən bəhs edir, qondarma “erməni soyqırımı” iddialarının tarixin arxivinə göndərilməsinin zəruriliyini vurğulayır. Bu, artıq erməni lobbisinin və diasporasının acizliyinin etiraf olunmasına dəlalət edir.
Nəticə etibarilə, Azərbaycanın güclənən mövqeyinin fonunda Ermənistan sürətlə tənəzzül edir və bu, işğalçı ölkənin rəsmi dairələrində, hərbi, siyasi, ideoloji platformalarında dərin təşviş hissi yaradır. Ermənistanın yeganə çıxış yolu işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılması və işğalçı mövqeyə son qoyulmasıdır.
NURLAN
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

