Suriya hadisələrinə dair mümkün ssenarilər və proqnozlar...
19.10.2012 [00:50]
Xəbər verildiyi kimi, BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Lahdar Brahimi tərəfindən Suriya hökuməti və müxalifətinə müsəlmanların Eydül-Əsha bayramı (Qurban bayramı) ərəfəsində atəşkəsin bərpa olunması barədə təklif verilib. Təklifə münasibətdə Suriya XİN nümayəndəsi bildirib ki, onun ölkəsi bu təklifi nəzərdən keçirməyə hazırdır. L.Brahiminin təşəbbüsünü, həmçinin, Suriya Milli Müxalifət Şurası da dəstəkləyib. Təklifə bir sıra dövlətlər də münasibət bildirib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəsmi Ankaranın təklifi dəstəklədiyini bildirib: “Bunun həqiqi atəşkəs olması üçün hücumlar dayandırılmalıdır. İnşallah, tərəflər Qurban bayramında bu müvəqqəti atəşkəs məsələsində razılığa gələrlər”.
İran da öz növbəsində atəşkəs təklifinin hər iki tərəf üçün faydalı olacağını bildirib. İran prezidenti Mahmud Əhmədinejad deyib: “Biz Suriyada sülh, sabitlik, təhlükəsizlik, azadlıq, ədalət, seçim hüququnun hökm sürməsi və Suriya xalqının əsas tələblərinin təmin olunması üçün əlimizdən gələni edəcəyik. Bütün yuxarıda sayılanlara istisnasız bütün dünya xalqları sahib olmalıdırlar. Suriya münaqişəsinin həlli məsələsində müəyyən fikir ayrılıqları mövcuddur. Bəzi ölkələr münaqişənin müharibə yolu ilə həllinin tərəfdarıdırlar, bəziləri isə konsensusun danışıqlar yolu ilə əldə olunmasını təklif edir”.
Rusiya, Çin və Qərbdən də təklifə reaksiya gəlib. Rusiya və Qərb bir-birini istisna edən ziddiyyətli bəyanatlar səsləndirsələr də, Çin atəşkəs təklifinin sülh və təhlükəsizliyə töhfə verəcəyini bəyan edib.
Bütün bunların fonunda bir sıra suallar meydana çıxmaqdadır:
- əvvəla, müvəqqəti atəşkəs rejimi daimi atəşkəsin əldə olunmasını şərtləndirəcəkmi?
- müvəqqəti atəşkəs konfrantasiya tərəflərini kompromisə gətirəcəkmi və yaxud proseslər bundan sonra hansı məcrada cərəyan edəcək?
- Rusiya və Qərb başda olmaqla Əsəd rejimini və müxalif qüvvələri dəstəkləyən güclər proseslərə hansı səviyyədə müdaxilə edəcəklər?
Hadisələrin hazırkı durumu belə bir proqnoz ifadə etməyə imkan verir ki, müvəqqəti atəşkəs rejimi əldə edilsə belə, bu, müxalif qüvvələrlə Bəşər Əsəd rejimi arasında konfrantasiyanın aradan qalxmasını təmin etməyəcək. Dolayısıyla, hadisələrin sonrakı dönəmi yenə də şiddətli konfrantasiyalarla yadda qalacaq. İkincisi, müxaliflər və Bəşər Əsəd rejimini dəstəkləyən qüvvələr - dünya siyasətinin lokomotiv aktorları və regional milli dövlətlər proseslərə müdaxilə etməyə davam edəcəklər. Bəllidir ki, Suriya məsələsi dünya siyasətində yeni qütbləşmə meyillərinin meydana çıxmasını şərtləndirib. Bu, Rusiya-Çin tandemi ilə Qərbin timsalında meydana çıxmış qütbləşmədir.
Məlum olduğu kimi, dünya siyasətində Yaxın Şərq məsələsində hər zaman sözügedən qüvvələr arasında konfrantasiya və qütbləşmə meyilləri, eləcə də, ciddi fikir ayrılıqları mövcud olub. Bu da təsadüfi deyil. Çünki hər iki cəbhə Yaxın Şərq kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb. Doğrudur, İkinci dünya müharibəsindən sonra ABŞ-ın rəhbərlik etdiyi Qərb cəbhəsi Yaxın Şərq və Şimali Afrikada təsir-nüfuz imkanlarına görə dominant güc qismində çıxış ediblər. Amma bununla yanaşı, hər zaman sözügedən qüvvələr arasında regional miqyaslı, qlobal xarakterli rəqabət və qarşıdurma meyilləri mövcud olub.
Eyni zamanda, məhz bu cür qarşıdurma və rəqabət meyillərinin fonunda bir tərəfin atdığı addımlar digər cəbhə tərəfindən adekvat reaksiya ilə qarşılanıb. Məsələn, Yaxın Şərq və Şimali Afrikada baş verən iğtişaşlar, inqilablar zamanı Rusiya sözügedən olayları “xaç yürüşü” kimi təqdim edərək və Qərbi ittiham etmişdi. Elə Çin də Qərbi ittiham etməyə yönəlmiş mövqe sərgiləmişdi. Qərb isə Rusiya və Çinin bu mövqeyinin doğru olmadığı bəyanatı ilə çıxış etmişdi. Qısacası, Qərbin Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatlara Rusiyanın cavabı bəyanatlar fonunda olmuşdu.
Bütün bunların fonunda belə bir proqnoz ifadə edə bilərik ki, bundan sonra da Rusiya-Çin tandemi ilə Qərb arasındakı konfrantasiya şiddətlənəcək. Rusiya Yaxın Şərq geosiyasi məkanındakı son qalasını - Suriyanı itirməmək üçün özünün geostrateji imkanlarından yararlanmağa çalışsa da, Qərbin strateji üstünlüklər əldə edəcəyinə dair proqnoz vermək heç də çətin deyil.
Nəticə etibarilə, Suriya olayları bundan sonra daha da mürəkkəb və kəskin xarakter alacaq və yuxarıda sadalanan ssenarilərin reallaşması, proqnozların gerçəkliyə çevrilməsi qaçılmaz olacaq.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38

