Milyona yaxın insan Ermənistanda həddindən artıq yoxsulluq səviyyəsində yaşayır
31.10.2012 [02:47]
Məlum olduğu kimi, Ermənistanda əhalinin dörddə bir hissəsindən çoxu yoxsulluq həddində yaşayır. Ölkədə orta aylıq əmək haqqı, sosial yardım, müavinətlər çox aşağı səviyyədədir. İstehsal müəssisələri fəaliyyət göstərmir, inhisarçılıq kiçik və orta biznesin inkişafına imkan vermir. Ermənistan rəsmiləri etiraf etməsələr də, xarici ölkələrə immiqrasiya edən ermənilərin sayı ildən-ilə artır. Ölkədə baş alıb gedən korrupsiya, iqtisadi tənəzzül, həyat səviyyəsinin getdikcə pisləşməsi erməniləri vətənlərini tərk etməyə və xarici ölkələrdə məskunlaşmağa məcbur edir. Hökumət isə bu cür sosial-iqtisadi şərait fonunda miqrasiyanın qarşısının alınmasında acizdir. Ermənistanda belə bir fikir hakimdir ki, Serj Sarkisyan iqtidarı hakimiyyətdə olduğu müddət ərzində digər çətinliklər kimi miqrasiya problemi də öz həllini tapmayacaq.
Lakin hər zaman olduğu kimi, acınacaqlı vəziyyətdən daha çox zərər çəkən sadə vətəndaşlardır. “Milyona yaxın insan Ermənistanda həddindən artıq yoxsulluq səviyyəsində yaşayır: İnsanlar aclıq və səfalət içindədirlər”. Britaniyanın dünyada yoxsulluqla mübarizə aparan “Oxfam” xeyriyyə təşkilatının məruzəsində belə deyilir.
Qeyd edək ki, araşdırmanı sözügedən təşkilatın Ermənistan filialı “Ermənistanda ərzaq məhsullarının monitorinqi” Proqramı çərçivəsində aparıb.
Jurnalistlərlə görüşündə məruzənin hazırlanmasında iştirakçı olan Qaqik Torosyan bildirib ki, hamı bu bahalaşma və yoxsulluğun günahkarlarını bütün cəmiyyətdə axtarmağa çalışır. O qeyd edib ki, birinci növbədə Ermənistanda qiymət artımının obyektiv və subyektiv səbəblərini axtarıb tapmağa çalışıblar. Məlum olub ki, Ermənistanda qiymət artımı insanları cana gətirib və vətəndaşlar bahalaşmaya görə, ərzaq mallarının alınmasından imtina edirlər: “Qeyd edək ki, 2012-ci ilin iyununa olan məlumatlara görə, ötən ilin iyununa nisbətən, Ermənistanda hər şeydən çox nar (41,9 faiz), donuz əti (36,2 faiz), kakao (34,5 faiz), üzüm (26,2 faiz), “Pele” kofesi (26,0 faiz) bahalaşıb”.
Xatırladaq ki, rəsmi statistikaya görə, cari ilin iyun-iyul ayılarında ölkədə tibbi xidmət 22 faiz bahalaşıb. Statistika Komitəsinin məlumatlarına əsasən, 2012-ci ilin yanvar-iyul ayıları ərzində isə çörək məhsulları 14,3 faiz, ət məhsulları 20, dəniz məhsulları 5, süd məhsulları 16, yumurta 15,4, kofe-kakaonun qiyməti 24 faiz artıb. Qışın yaxınlaşması ərəfəsində isə insanların narahatlığını bir qədər də artıran mavi yanacağın qiymətinin bahalaşmasına dair yayılan məlumatlardır. Bəzi mənbələr 2013-cü ilin yanvar ayından etibarən, qazın qiymətinin 320 dollara qədər yüksələcəyini iddia edirlər.
Yeri gəlmişkən, Ermənistanın sabiq baş naziri, hazırda, Erməni Milli Konqresinin (EMK) ölkə parlamentində təmsilçisi Qrant Baqratyanın 2011-ci il Ermənistanın dövlət büdcəsinə dair yayımladığı yeni hesabatı da olduqca maraqlıdır. Onun sözlərinə görə, Ermənistanda hakim dairələrin iddia etdiyi kimi, əhalinin vəziyyəti ötən il 2010-cu illə müqayisədə 1,8 faiz yaxşılaşmayıb. Belə ki, ölkədə minimum əmək haqqının 5,9 faiz artdığını iddia edən hakimiyyət onu da unutmamalıdır ki, Ermənistanda inflyasiya həddi əhalinin gəlirlərinə nisbətən yüksək faizlə müşahidə olunmaqdadır: “2011-ci ildə inflyasiya 7,7 fazi təşkil edib. Baxmayaraq ki, rəsmi olaraq bu rəqəm 4,5 faiz göstərilir. ÜDM-nin 4,6 fazli artımı da yalnız əhalinin 3 faiz azalması fonunda mümkündür ki, bu zaman rəqəmlər bəlkə reallığı əks etdirmiş olar. Bir sözlə, 2011-ci il dövlət büdcəsi əhalinin yalnız böyük əksəriyyəti üçün məhdudlaşdırıcı və çox kiçik hissəsi üçün isə stimullaşdırıcı rolu ifadə edib və tamamilə yerinə yetirilməyib”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
Siyasət
15 Aprel 16:06

