“Metsamor” stansiyası təcili bağlanmalıdır
02.11.2012 [01:07]
Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və sosial-iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər
Ermənistandakı köhnə və vacib təhlükəsizlik tələblərinə cavab verməyən “Metsamor” atom elektrik stansiyasının (AES) ciddi regional fəlakət mənbəyi olması məlumdur. Stansiyanın fəaliyyət müddətinin 2016-cı ildə başa çatması nəzərdə tutulsa da, Ermənistan hökuməti AES-in istismar müddətini 2023-cü ilədək uzatmaq qərarına gəlib. Bu xəbər regionda güclü radiasiya təhlükəsi ilə bağlı narahatlığı daha da artırıb. Azərbaycan “Metsamor” AES-in fəaliyyətini davam etdirməsinə dəfələrlə rəsmi şəkildə və ictimaiyyət səviyyəsində etirazını bildirib, müxtəlif beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edilib.
Bu günlərdə isə Türkiyə rəhbərliyi və ictimaiyyəti bu ölkə sərhədindən cəmi 16 kilometrlik məsafədə yerləşən AES-in fəaliyyətinə növbəti dəfə kəskin etiraz mövqeyini ortaya qoyub. Belə ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız səsləndirdiyi bəyanatında regiondakı bütün ölkələr üçün təhlükə olan “Metsamor” atom elektrik stansiyasının dərhal bağlanmasını tələb edib.
AES-in bağlanmasına çalışan rəsmi Ankara ən yaxşı halda stansiyanın yenidən qurulmasının, müasirləşdirilməsinin tərəfdarıdır. “Metsamor” AES-in yaratdığı təhlükə ilə bağlı qardaş ölkə mətbuatında da silsilə yazılar dərc olunur. “Hürriyət” qəzetində dərc edilən yazıda qeyd olunur ki, Türkiyə Böyük Millət Məclisində “Metsamor” AES-in ətraf mühitə göstərdiyi mənfi təsirin qiymətləndirilməsi üçün komissiyanın yaradılması gözlənilir. Bəzi məlumatlara görə, artıq Türkiyənin Ermənistanla sərhəd bölgələrində mutasiyaya uğrayan heyvanlara rast gəlinir, sərhəd boyu bitki örtüyü quruyub, yeni dünyaya gələn uşaqlarda isə ciddi xəstəliklər müşahidə edilir.
Bu arada, Türkiyənin Avrasiya Strateji Təhlil Mərkəzi ölkənin qeyri-hökumət təşkilatlarını (QHT) Ermənistandakı “Metsamor” AES-nin region üçün ciddi təhlükə kəsb edən bir obyekt kimi fəaliyyət göstərməsinə qarşı etiraz aksiyalarına başlamağa çağırıb. Mərkəzin rəhbəri Hatəm Cabbarlı öz məruzəsində göstərir ki, “Metsamor” AES-də mümkün qəza regionda qlobal ekoloji fəlakətə səbəb ola bilər ki, bu da Gürcüstan, Türkiyə, İran və Azərbaycana təsir göstərə bilər. Qeyd edək ki, bir sıra yerli təşkilatlar artıq bu çağırışı dəstəkləyiblər.
“Metsamor” AES təhlükəsizlik tələblərinə cavab vermir
Əvvəlcə qeyd edək ki, “Metsamor”, bəzən də “Oktemberyan” adlandırılan atom elektrik stansiyası İrəvandan 30 kilometr məsafədə Metsamor şəhərində yerləşir. Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 30-40 faizi onun payına düşür. Stansiyanın birinci bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istismara verilib. Sözügedən AES dünyada seysmik cəhətdən ən aktiv zonalardan birində yerləşir. 1988-ci ilin dekabrında 26 min nəfərin həyatına son qoyan dağıdıcı zəlzələdən sonra stansiyaya ciddi ziyan dəyib və sonrakı üç ayda radiasiya sızması baş verib. Ermənistan hakimiyyəti 1989-cu ildə stansiyanı bağlayıb, lakin 1993-cü və 1995-ci illərdə bloklar yenidən açılıb.
Digər tərəfdən, “Metsamor” AES 40 ilə yaxındır ki, fəaliyyət göstərir. Əvvəlki dövrlərdə tikilən stansiyaların istifadə müddətinin 30 il olduğunu nəzərə alsaq, fəaliyyətini başa vurmuş “Metsamor” AES-in istismarının bundan sonra 10 il də davam etdirilməsinin nə dərəcədə təhlükəli olduğu ortaya çıxır. Müasir AES-lərlə müqayisədə bu stansiyanın ətraf mühiti çirkləndirmə dərəcəsi də xeyli yüksəkdir.
“Metsamor” AES-in təhlükəliliyini artıran ən mühüm amillərdən biri stansiya tikilərkən nüvə reaktorlarını əhatə edən binanın üzərinin poladdan, yaxud betondan olan hermetik təbəqə ilə örtülməməsidir. Bu təbəqə reaktorları mümkün zərbələrdən qorumaqla yanaşı, qəza baş verdikdə, radiasiyanın ətrafa yayılmasının qarşısını almaq gücündədir. “Metsamor” AES isə nüvə reaktorlarının qoruyucu örtüyü olmayan dünyada çox az sayda stansiyalardan biridir.
Belə təhlükəli stansiyalar isə getdikcə azaldılır. Məsələn, Litvada 1983-cü ildə istifadəyə verilən və ölkənin elektrik enerjisinə olan tələbatının 70 faizini ödəyən İqnalina atom elektrik stansiyasının yaratdığı təhlükə nəzərə alınaraq, 2004-cü ildə fəaliyyəti dayandırıldı. Həmin ildən ləğvinə başlanan stansiyanın hər iki reaktorunun söküntüsünün 2030-cu ilədək tam başa çatdırılacağı gözlənilir. Onun yerində müasir təhlükəsizlik tələblərinə cavab verən yeni AES-in tikilməsi planlaşdırılır.
Ermənistan stansiyanın fəaliyyətinin dayandırılması öhdəliyinə əməl etmir
Qeyd edək ki, İqnalina stansiyasının sökülməsi Litvanın Avropa İttifaqına daxil olarkən götürdüyü öhdəlik və qurumdan aldığı maliyyə dəstəyi əsasında həyata keçirilir.
Ermənistan da 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən “Metsamor” AES-in fəaliyyətini dayandırmaq öhdəliyini üzərinə götürüb. Avropa İttifaqı bu məqsədlə Ermənistana maliyyə yardımı da təklif edib. Aİ-nin və ABŞ-ın təzyiqləri nəticəsində Ermənistan rəhbərliyi 2007-ci ildə stansiyanı dayandırmağa razılıq verib, lakin bu istiqamətdə real addım atılmayıb. Aİ dəfələrlə “Metsamor” stansiyasının da aid olduğu VVER-440 modelli AES-lərin keçmiş SSRİ tərəfindən tikilən stansiyalar içərisində “ən köhnə və etibarsız” adlandırıb.
Yeni AES-in tikilməsi ilə bağlı Rusiya və ABŞ Ermənistana yardım etmək niyyətlərini ortaya qoyublar. Ermənistan rəsmiləri əvvəlki illərdə yeni stansiyanın tikintisinin 2011-ci ildə başlayacağı barədə bəyanatlar versələr də, bu, özünü doğrultmayıb.
Görünən odur ki, Ermənistan bütün alternativ imkanlardan imtina edərək, təhlükəli “Metsamor” stansiyasının istismarını uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər. Bu səbəbdən də, həm region dövlətləri, həm qlobal güclər, həm də beynəlxalq təşkilatlar “Metsamor” AES-in bağlanması ilə bağlı Ermənistandan öhdəliyinə əməl etməsini tələb etməli, bu məqsədlə siyasi təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
Siyasət
15 Aprel 16:06

