Tayvan hökuməti adaya yaxınlaşan tayfuna qarşı tədbirlər görür
01.10.2024 [16:18]
Tayvan güclü “Kraton” tayfununun yaxınlaşması ərəfəsində oktyabrın 1-də adanın cənub hissəsində məktəbləri bağlayıb və minlərlə insanı təxliyə edib. Ölkə Prezidenti təbii fəlakətin ciddi zərər verə biləcəyi barədə xəbərdarlıq edib.
Üçüncü kateqoriyadan olan qasırğanın saatda 198 kilometrə qədər davamlı küləklərlə müşayiət olunacağı və onun bu ölkənin ən böyük liman şəhəri Kaohsiunqin yaxınlığında quruya çatacağı gözlənilir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hökumət Tayvanın cənub-şərqində məktəbləri və ofisləri bağlamaq qərarına gəlib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ehtiyat tədbiri olaraq, həssas ərazilərdən 7800-dən çox insan təxliyə edilib.
Prezident Lay Tsin-de bildirib ki, tayfun “qaçılmaz fəlakətli nəticələrə gətirib çıxaracaq” və onun trayektoriyası qeyri-adi olacaq; “Kraton” cənubdan şərqə doğru hərəkət edir, bu isə daha təhlükəlidir.
Tayfun təhlükəsi ilə əlaqədar bir çox beynəlxalq və daxili reyslər təxirə salınıb. Müdafiə Nazirliyi 40 minə yaxın əsgərin hazır vəziyyətdə olduğunu bildirib.
İyul ayında ölkəni vuran və son səkkiz ilin ən güclü qasırğası olan “Gaemi” tayfunu azı 10 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. Tayvan iyul və oktyabr ayları arasında tropik fırtınalara alışsa da, ekspertlər iqlim dəyişikliyinin intensivliyini artırdığını, onun intensiv yağış, sel və güclü küləklər gətirdiyini deyirlər.
Oktyabrın 1-nə olan məlumata görə, tayfun Kaohsiunqdan 220 kilometr cənub-qərbdədir. Fırtına ucqar Filippin adalarına da təsir edib, burada evlər zərər görüb, rabitə əlaqəsi kəsilib və 1800-ə yaxın insan təxliyə edilib.
Tayvanın sahil mühafizəsi Barbados bayraqlı gəminin Taytunq şəhəri yaxınlığında qəza vəziyyətində olduğunu bildirib. Daha sonra 19 ekipaj üzvünün hamısı hava qüvvələri tərəfindən xilas edilib.
Tayvan hökuməti artıq tayfunla bağlı 23 xəsarət barədə məlumat verib, baxmayaraq ki, səlahiyyətlilər hələ təfərrüatları açıqlamayıb. Dalğaların hündürlüyünün 7 metrə çatdığı Taytunqda yerli sakin dağ yolunda hərəkətdə olarkən yük maşınının nəhəng qayaya çırpılması nəticəsində xəstəxanaya yerləşdirilib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19

