Türkiyə terrorla mübarizəni gücləndirir
24.10.2024 [08:43]
Türkiyə regionda, o cümlədən Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edir. Uzun illərdir ki, Suriya böhranı da region üçün təhdid olduğundan rəsmi Ankara bu problemin tezliklə həllinin tərəfdarıdır. Suriyada qeyri-sabitlik, eləcə də PKK/YPG terrorçularının mövcudluğu Türkiyənin təhlükəsizliyi üçün problem olaraq qalır. Ona görə də, Ankara davamlı olaraq İraqla yanaşı, Suriya ərazisində də antiterror tədbirləri həyata keçirir. Bunun nəticəsində də xeyli sayda terrorçu zərərsizləşdirilib.
Ərdoğan: Türkiyənin gələcəyində terrora yer yoxdur
Bundan əlavə FETÖ terror təşkilatı da Türkiyənin daxilində böyük təhdidlərdən biridir. Dövlət bu terror qanadına qarşı davamlı mübarizə aparır. Oktyabrın 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının funksionerləri qarşısında çıxışı zamanı bildirib ki, “Paralel dövlət” təşkilatı (FETÖ) terrorçularının təşkil etdiyi qanlı çevrilişin iştirakçılarına qarşı mübarizədə 250-dən çox ölkə vətəndaşı həlak olub. Onun sözlərinə görə, xalqa xidmət bəhanəsi ilə xalqı aldatmağa, gəncləri “manqurt”a çevirməyə çalışan hər kəsi şərəfsiz son gözləyir. Türkiyə dövlət başçısı 2016-cı il iyulun 15-də ölkədə hakimiyyətin silahlı ələ keçirilməsi cəhdinin qarşısını alan türk xalqının qəhrəmanlığını yüksək qiymətləndirib.
Prezident Ərdoğan əmin edib ki, FETÖ üzvlərinə qarşı qəti mübarizə bu cinayətkar təşkilat tamamilə dağılana qədər davam edəcək: “Türkiyənin bütün dövlət qurumları FETÖ ilə mübarizəyə cəlb edilib. Mübarizə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda aparılır”. Türkiyə Prezidenti bazar günü ABŞ-da dünyasını dəyişən FETÖ terror təşkilatının lideri Fetullah Güleni “Vətən xaini” adlandırıb. “Bütün dünya Türkiyəyə xəyanət edənlərin sonunun şahidi oldu. Biz terrorçuların, quldurların və demokratiya düşmənlərinin qarşısında baş əymirik”, - deyən Ərdoğan əlavə edib ki, xarici dairələr və “beşinci kolon” nümayəndələri Türkiyəni idarə edə bilməyəcəklər. O bildirib ki, Türkiyənin gələcəyində terrora yer yoxdur: “Bunu hər kəs başa düşməlidir”.
Terrorla mübarizənin vacib komponenti
Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan da ölkəsinin terror təşkilatlarına qarşı mübarizəni davam etdirmək əzmində olduğunu deyib. O, Ankarada latviyalı həmkarı Bayba Bayje ilə birgə brifinqdə bu bəyanatla çıxış edib. Fidanın sözlərinə görə, terrorla mübarizənin vacib komponenti beynəlxalq əməkdaşlıqdır. “Biz Latviyadan qanlı “Paralel dövlət” təşkilatına (FETÖ) qarşı mübarizə də daxil olmaqla, fəal dəstək və konkret addımlar gözləyirik”, - deyə türkiyəli nazir bildirib. Hakan Fidan Ankaranın NATO müttəfiqləri, o cümlədən Latviya ilə birgə müdafiə layihələri həyata keçirməyə hazır olduğunu da qeyd edib.
Məlumdur ki, bəzi Qərb və Avropa dövlətləri terror təşkilatlarına dəstək verir. Bu da rəsmi Ankaranın haqlı narazılığına səbəb olur. Hələ 2022-ci ildə Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi gündəmə gələndə Türkiyə bu ölkələr qarşısında bir sıra şərtlər qoymuşdu. Türkiyə İsveç və Finlandiyadan terrorçu hesab etdiyi təşkilatların üzvlərinin parlamentlərə qəbulunu dayandırmağı, həmçinin İŞİD terror qruplaşması ilə mübarizə adı altında kürd birləşmələrinə maliyyə dəstəyini dayandırmağı tələb etmişdi. Eyni zamanda, Kürdüstan Fəhlə Partiyasının (PKK) rəhbərliyi ilə təmasdan qaçmaq, ölkələrində Türkiyədə qadağan olunmuş Fətullah Gülənin təşkilatının üzvlərinin fəaliyyətini dayandırmaq Türkiyənin tələbləri sırasında idi. Türkiyə həmin ölkələrdə qadağan edilmiş təşkilatların axtarışda olan üzvlərinin ekstradisiyası prosedurunun sürətləndirilməsini, eləcə də “Türkiyənin təhlükəsizliyinə qarşı hər hansı hərəkətə” dəstəyi dayandırmağı tələb etmişdi. Rəsmi Ankara İsveç və Finlandiyanı terrorizmlə mübarizədə Türkiyə ilə müntəzəm məsləhətləşmələri və sıx əməkdaşlığı dəstəkləyəcək mexanizm yaratmaq üçün birgə təşəbbüslə çıxış etməyə dəvət edib. Eyni zamanda, Türkiyə Skandinaviya ölkələrində terror təşkilatlarının pul axınının kəsilməsini, onların bank hesablarının bağlanmasını tələb etmişdi. Bu tələblər yerinə yetirildikdən sonra Türkiyə hər iki ölkənin alyansa üzv olmasına razılıq verdi.
Terrorla mübarizədə yeni mərhələ
Bununla belə, Türkiyə terrorla mübarizəni sona qədər davam etdirməkdə qərarlıdır. Davamlı olaraq türk ordusu İraq və Suriya ərazisində antiterror əməliyyatları həyata keçirir. Eləcə də, Türkiyə ilə Suriya arasında terrorçuluğa qarşı birgə əməkdaşlığın güclənməsi də gözlənilir. Birgə əməkdaşlıq çərçivəsində bu istiqamətdə müvafiq addımların atılması planlaşdırılırdı. Lakin bir sıra ekspertlər hesab edirlər ki, Türkiyə və Suriya arasında artan əməkdaşlıq ABŞ-nin regiondakı təsir imkanlarını zəiflədəcək. Belə bir şəraitdə üçüncü qüvvələr Türkiyə və Suriya arasında yaxınlaşmanın qarşısını almağa çalışır. Bir neçə ay öncə Suriyanın şimalında türk hərbçilərə qarşı hücumların edilməsi də bunun göstəricidir. Son vaxtlar ABŞ-ın Suriyanın şimalındakı PKK, YPG terror qruplaşmalarına hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri göndərməsinə dair məlumat yayılır. “ABŞ regiondakı bazalarının havadan müdafiəsini təmin etmək məqsədilə əraziyə “Avenger Stinger” havadan müdafiə sistemləri göndərib. Müttəfiqimiz ABŞ-dan gözləntimiz İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatı PKK/YPG-yə verdiyi bütün dəstəyi dayandırmasıdır. Gözləntimiz odur ki, ABŞ bir terror təşkilatı ilə əməkdaşlıqla başqa birinə qarşı mübarizə aparılmasının doğru olmadığını anlasın və terrorla mübarizəmizə səmimi dəstək versin”,-deyə Türkiyə Müdafiə Nazirliyi bir müddət əvvəl bəyan etmişdi. Baş verənlərə rəğmən perspektivdə Türkiyənin antiterror əməliyyatlarını daha da gücləndirməsi gözləniləndir. Ankara bu istiqamətdə tərəfdaşlarla əməkdaşlığı genişləndirə bilər.
P.S. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankarada TUSAŞ müdafiə sənayesi şirkətində terror aktı törədildiyini bildirib.
Terror aktı paytaxtın Kahramankazan rayonunda baş verib.
Yerlikaya sosial şəbəkələrdəki paylaşımında yazıb: “Təəssüf ki, ölənlər və yaralılar var”.
Bu arada, NTV telekanalı hüquq-mühafizə orqanları əməkdaşları ilə terrorçular arasında atışma baş verdiyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11

