Almaniyada məcburi hərbi xidmətin bərpasına dair müzakirələr aktuallaşıb
01.04.2025 [10:35]
Almaniyada hərbi xidmətin yenidən tətbiqi ilə bağlı müzakirələr intensivləşib.
AZƏRTAC “Tagesschau” informasiya xidmətinə istinadla xəbər verir ki, 2011-ci ildə ləğv edilən məcburi hərbi xidmətin bərpası məsələsi son illərdə gündəmdə olsa da, Rusiya-Ukrayna müharibəsindən sonra bu müzakirələr daha da aktuallaşıb.
Hazırda Almaniya Silahlı Qüvvələrində 100 min nəfərdən çox şəxsi heyət çatışmazlığı var. Bundestaqın Silahlı Qüvvələr üzrə müvəkkili Eva Höql bu problemin həll edilməsinin vacibliyini vurğulayıb. Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi, general Karsten Breuer isə ölkənin müdafiə qabiliyyətinin zəiflədiyini və bunun qarşısını almaq üçün müxtəlif model və variantların nəzərdən keçirildiyini bildirib.
Hökumətdə bu məsələyə dair müxtəlif yanaşmalar mövcuddur. Xristian Birlik partiyaları (CDU/CSU) məcburi hərbi xidmətin mərhələli şəkildə bərpasını təklif edir. Birlik həm kişilər, həm də qadınlar üçün birillik icbari xidmət tətbiqinin vacibliyini vurğulayır. Bu xidmət ya hərbi sahədə, ya da sosial, ekoloji və mədəni təşkilatlarda yerinə yetirilə bilər.
Sosial Demokratlar Partiyası (SPD) isə könüllü əsasda yeni hərbi xidmət modelini müdafiə edir. SPD-nin təklif etdiyi sistemə əsasən, bütün hərbi xidmətə yararlı şəxslər qeydə alınmalı, lakin yalnız ehtiyac olduğu qədər çağırış həyata keçirilməlidir.
Müxalif partiyalar arasında da fərqli mövqelər var. Yaşıllar Partiyası “Azadlıq xidməti” adlı altı aylıq məcburi ictimai xidmət modelini təklif edir. Radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ikiillik hərbi xidmətin bərpasını müdafiə edir. Sol Partiya isə hərbi xidmətin tamamilə könüllülük əsasında həyata keçirilməsini istəyir.
Sorğulara əsasən, Almaniya əhalisinin 58 faizi məcburi hərbi xidmətin bərpasını dəstəkləsə də, 18-29 yaşlı şəxslərin 61 faizi bu ideyanın əleyhinədir. Bu vəziyyət hökumətin qərar qəbul etməsini daha da çətinləşdirir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31

