Ermənistan iqtisadiyyatı son 5 ildə ən ağır dövrünü yaşayıb
08.10.2013 [13:22]
“Ronald Reagan House” təşkilatının “Cənubi Qafqaz 2008-2013-cü illər” adlı hesabatında deyilir ki, Ermənistandakı iqtisadi böhranın kökündə siyasi səbəb dayanır
Məlum olduğu kimi, işğalçı Ermənistan iqtisadiyyatının və əhalisinin həyat şəraitinin ağır durumuna görə təkcə post-sovet məkanında deyil, dünyada ən pis vəziyyətdə olan ölkələrdəndir. Hətta bir çox ekspertlər Ermənistanın qoşulmağa hazırlaşdığı Gömrük İttifaqının da ölkə iqtisadiyyatına ciddi müsbət təsir göstərəcəyinə inanmırlar. Bütövlükdə, Ermənistandakı sosial-iqtisadi göstəricilərin bərbad vəziyyətdə olmasını bir çox beynəlxalq təşkilatların, analitik mərkəzlərin hesabatları da aydın şəkildə ortaya qoyur. Məsələn, “Ronald Reagan House” təşkilatının ötən ay yayımlanan “Cənubi Qafqaz 2008-2013-cü illər” adlı analitik hesabatında Ermənistanın iqtisadi, siyasi baxımdan həddən artıq çətin və demək olar ki, çıxılmaz durumda olması əksini tapıb.
Hesabatda göstərilir ki, maliyyə böhranının ardınca, Ermənistan dünyada ən kəskin iqtisadi tənəzzül yaşayan ölkələrdən birinə çevrildi. ÜDM-in 14 faiz azalması ilə 2009-cu il, bu baxımdan, ölkə üçün son 10 ildə ən ağır dövr olub. Kəskin azalma Ermənistan əhalisinin gəlirlərinin mühüm hissəsi olan pul köçürmələrinə də mənfi təsir göstərib. Xaricdən pul köçürmələrinin həcminin böyüklüyünə görə, Ermənistan ilk 15 ölkə sırasındadır. Xaricdən daxil olan maliyyə Ermənistan ÜDM-nin ən azınan 14 faizini təşkil edir. İşğalçı ölkəyə yatırılan illik birbaşa xarici investisiyaların həcmindən 2 dəfə, dövlətin gəlirlərindən isə 4 dəfə çox olan pul köçürmələrinin həcmi 2009-cu ildə 28 faiz azalıb. Ermənistanın daxili bazarı həddən artıq kiçik olduğu üçün birbaşa xarici investisiyaların həcmi də böyük deyil və belə investisiyaların əsas mənbəyi Rusiyadır. Bu deməkdir ki, Ermənistan iqtisadiyyatı müstəqil inkişaf etmək gücündə deyil.
Digər tərəfdən, Ermənistan iqtisadiyyatının böhranını kəskinləşdirən amillərdən biri də idxal və ixrac arasındakı fərqdir. Zəif ixrac potensialına malik olan Ermənistanın əsas ixrac məhsulları metal və faydalı qazıntılardır. Son illərdə həmin məhsulların qiymətinin azalması bütün Ermənistan iqtisadiyyatına sarsıdıcı təsir göstərib. Belə ki, ixrac məhsullarına tələbatın azalması nəticəsində ÜDM 2009-cu ildə 15,8 faiz, 2012-ci ildə isə 11,1 fazi azalıb.
Hesabatda qeyd olunur ki, qabaqcadan stabilləşdirici tədbirlərin görülməməsi səbəbindən böhran Ermənistanın dövlət xərclərini kəskin şəkildə artırıb. Əgər 2001-2008-ci illərdə Ermənistanın maliyyə kəsiri ÜDM-in 2,5 faizinədək idisə, 2009-cu ildə bu rəqəm 7,7 faizə yüksəlib. Xərclərin artması və maliyyə qıtlığı paralel olaraq dövlətin xarici maliyyə mənbələrindən əlavə borc götürməsinə, beləliklə, dövlətin xarici borclarının artmasına səbəb olub. Dövlətin borcları 2007-ci ildə ÜDM-in 16 faizini təşkil etdiyi halda, 2012-ci ildə bu göstərici 45 faizə yüksəldi. Vəziyyətin daha da pisləşməməsi üçün 2012-ci ildə büdcə kəsirini 1,5 faizədək azaldan Ermənistan buna yalnız süni yolla, dövlət xərclərini kəskin azaltmaqla nail ola bilib.
Bunlarla yanaşı, Ermənistan milli valyutası olan dramın devalvasiyası problemi ilə də üzləşib. Ölkənin borclarının təxminən 90 faizi xarici valyuta şəklindədir. Bütün bunları nəzərə alan “Ronald Reagan House”un ekspertləri Ermənistan iqtisadiyyatının gələcəkdə baş verə biləcək hər hansı iqtisadi böhrana tab gətirmək gücündə olmadığı qənaətinə gəliblər.
Hesabatda Ermənistanın kəskin iqtisadi tənəzzülünün daha dərin səbəblərinə də aydınlıq gətirilir. Qeyd olunur ki, Ermənistandakı iqtisadi böhranın əasında siyasi səbəblər dayanır. Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərini işğal etməsi nəticəsində Ermənistan regionda təcrid olunub. “Dağlıq Qarabağın işğalını davam etdirməsi səbəbindən Ermənistan qonşu dövlətlərin, xüsusən də zəngin enerji resursları olan Azərbaycanın iqtisadi uğurlarından faydalana bilmir”, - hesabatda deyilir.
Göründüyü kimi, xarici təşkilatlar da Ermənistanın bugünki iqtisadi tənəzzülünün əsasında dayanan gerçək faktorun işğal siyasəti olduğunu aydın görürlər. Buradan belə bir məntiqi nəticə çıxır ki, Azərbaycan ərazilərinin işğalından əl çəkərək regional əməkdaşlığa qoşulmayınca Ermənistan bir dövlət olaraq məhv olmaq təhlükəsindən yaxa qurtara bilməyəcək. Deməli, bu gün rəsmi Yerevanın təcavüzkar siyasətini dəstəkləən dövlətlər və siyasi çevrələr həm də Ermənistanı daha dərin böhrana və tənəzzülə sürükləyirlər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50

