“Cenevrə-2” sülh konfransı Suriya və Yaxın Şərq üçün nə vəd edir?
23.01.2014 [10:19]
Yaxud konfransdan öncəki situasiya və tərəflərin səsləndirdiyi bəyanatlar ziddiyyətlərin hələ bir müddət daha davam edəcəyinə dəlalət edir
Suriyada cərəyan edən destruktiv olaylar dünya ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmaqdadır. Bu məsələdə beynəlxalq güclər fərqli mövqe nümayiş etdirirlər. Belə ki, ABŞ və Avropa ölkələri Suriyada baş verən dağıdıcı olayların qarşısının alınmasının zəruriliyini bəyan edirlər. Rusiya, İran və Çin cəbhəsində isə belə bir yekun mövqe var ki, xarici qüvvələr Suriya daxilindəki konfrantasiyanı kəskinləşdirməklə məşğuldurlar və bu, yolverilməzdir.
Beləliklə, bu paradoksal durum dağıdıcı tendensiyaların aradan qalxmasını olduqca mürəkkəbləşdirir. Yeri gəlmişkən, dünən öz işinə başlayan Suriyada silahlı münaqişənin həllinə həsr olunan “Cenevrə-2” sülh konfransı mövcud durumun həlli perspektivlərini müəyyən qədər müəyyənləşdirəcək. Şübhəsiz, bu konfrans bütün ziddiyyətlərin aradan qalxmasını təmin etməyəcək. Elə konfransdan öncəki situasiya və tərəflərin səsləndirdiyi bəyanatlar da hələ ziddiyyətlərin müəyyən müddət davam edəcəyinə dəlalət edir. Dolayısıyla, konfransdan sonra əldə ediləcək nəticələri təxmin etmək üçün “Cenevrə-2”yə gedən yolun qısa xarakteristikasını diqqətə çatdırmaq gərəkdir.
Bildiyimiz kimi, konfransa Ərəb Dövlətləri Liqası, Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, Əlcəzair, Braziliya, Almaniya, Danimarka, Misir, Hindistan, İndoneziya, İordaniya, İraq, İspaniya, İtaliya, Kanada, Qatar, Küveyt, Livan, Mərakeş, Norveç, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Türkiyə, İsveç, İsveçrə, CAR və Yaponiya dəvət olunublar. Maraqlı situasiya isə İran ətrafında baş verib. Belə ki, İranın konfransa dəvət olunması məsələsində paradoksal vəziyyət yaranıb. Öncə BMT Baş katibi rəsmi Tehranın dəvət olunduğunu bildirib. Bu isə öz növbəsində müəyyən problemlərin meydana çıxmasına səbəb olub. İlk növbədə, ABŞ Dövlət Departamenti İranın Suriya probleminin həlli məqsədilə Cenevrədə keçirilmiş ilk beynəlxalq konfransın bəyannaməsini qəbul etməsini əsas şərt kimi irəli sürüb, Suriya müxalifəti isə rəsmi Tehranın danışıqlarda iştirakına qəti şəkildə etiraz edib. Bunun ardınca BMT Baş katibi göndərdiyi dəvəti geri götürüb və Suriya ilə bağlı beynəlxalq konfransın İranın iştirakı olmadan keçiriləcəyi məlum olub. Bu dəyişikliyə cavab qarşı tərəfdən dərhal gəlib. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Suriya ilə bağlı konfransa buraxılmamasını yanlış addım kimi səciyyələndirib.
Beləliklə, bu, bir daha onu göstərir ki, hər nə qədər kompromis və razılıqdan bəhs edilsə də, hələ də dünya siyasətinin böyük gücləri arasında Suriya məsələsi ilə bağlı ziddiyyətlər davam edir.
Ümumiyyətlə, hadisələrin hazırki durumu belə bir proqnoz ifadə etməyə imkan verir ki, konfransda müəyyən razılıqlar əldə edilsə belə, bu, müxalif qüvvələrlə Bəşər Əsəd rejimi arasında konfrantasiyanın aradan qalxmasını təmin etməyəcək. Dolayısıyla, hadisələrin sonrakı dönəmi yenə də şiddətli qarşıdurmalarla yadda qalacaq. İkincisi, müxaliflər və Bəşər Əsəd rejimini dəstəkləyən qüvvələr - dünya siyasətinin lokomotiv aktorları və regional milli dövlətlər proseslərə müdaxilə etməyə davam edəcəklər.
NURLAN
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

