Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanın Kurık limanı Trans-Xəzər marşrutunda mövqeyini möhkəmləndirir

Qazaxıstanın Kurık limanı Trans-Xəzər marşrutunda mövqeyini möhkəmləndirir

04.08.2026 [21:23]

Qazaxıstanın Kurık limanında qəbul edilən və yola salınan yeklərin həcmi cari ilin birinci yarısında 884,4 min tona çatıb.

AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinə istinadla xəbər verir ki, bu dəmir yolu istiqamətində yüklərin aşırılması həcmi 475,5 min tona çatıb. Onların 242,3 min tonu ixrac, 233,2 min tonu isə idxal mallarıdır.

Avtomobil yolu ilə 306.200 ton, o cümlədən 151.400 ton ixrac və 154.800 ton idxal yükü daşınıb.

Bundan əlavə, limanın taxıl terminalı 104.100 ton taxıl daşıyıb.

Şirkət qeyd edib ki, bu nəticələr limanın xidmətlərinə olan sabit tələbatı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında onun mühüm rolunu təsdiqləyir.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Asiya ilə Avropanı birləşdirir.

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31