/ / Qubada aparılan arxeoloji qazıntılar antik və orta əsrlərə aid şəhər mədəniyyətinin qalıqlarını üzə çıxarıb
Qubada aparılan arxeoloji qazıntılar antik və orta əsrlərə aid şəhər mədəniyyətinin qalıqlarını üzə çıxarıb
05.08.2026 [16:30]
Quba rayonunun Səbətlər kəndi ərazisindəki son antik və orta əsrlər dövrünə aid qədim Təhməzi yaşayış yerində ilk dəfə əsaslı və kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhməzi yaşayış yeri 2022-ci ilin iyul və avqust aylarında Azərbaycanın şimal-şərq regionunda - Quba rayonunun Səbətlər kəndində aparılan tədqiqatlar zamanı aşkar edilib. Abidə rayon mərkəzindən 30 kilometrədək aralı, Vəlvələ çayının sağ sahilində yerləşir. Kənd əhalisinin “Təhməzi şəhər yeri” adlandırdığı bu yeni abidə indiyədək dövlət qeydiyyatına alınmayıb və bu ərazilərdə heç bir arxeoloji tədqiqat işləri aparılmamışdı.
Arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həyata keçirilib.
Ekspedisiyanın rəhbəri, Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, arxeoloji qazıntılar zamanı “Təhməzi yaşayış yeri”ndə iki kəşfiyyat quyusu qazılıb. Hər iki qazıntı sahəsindən son antik və orta əsrlərə aid müxtəlif tip keramika fraqmentləri, daş alətlər (dən daşları, çəki daşları), fauna qalıqları (quş və heyvan sümükləri) əldə edilib: “Aşkarlanan maraqlı arxeoloji tapıntılardan biri də çay daşlarından, çiy və bişmiş kərpiclərdən ibarət müxtəlif tikililərə məxsus özül və divar qalıqlarıdır. Yaxşı halda qorunmuş bişmiş kərpiclərdən ibarət divar qalığının eni 90-92, hündürlüyü isə üst-üstə üç kərpic olmaqla 25-27 santimetrdir. Həmçinin 1,7-2,1 metr dərinliyində mədəni təbəqələrin izlənilməsi zamanı ocaq yerləri, döşəmə, kiçik diametrli təsərrüfat quyusu və digər artefaktlar müşahidə edilib”.
Laçın Mustafayev bildirib ki, Qubada aparılan tarixi-arxeoloji tədqiqatlar Azərbaycanın şimal-şərq regionunda antik və erkən orta əsrlərdə şəhər mədəniyyətinin yaranmasının, maddi irisin və arxeoloji abidələrin xarakterik xüsusiyyətlərinin, əhalinin təsərrüfat həyatının və sənətkarlığın müxtəlif sahələrinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, cari tədqiqatlar siyasi proseslər nəticəsində bölgədə müxtəlif xalqların məskunlaşmasına, köçəri xalqların miqrasiyasına, regionun müxtəlif sivilizasiyalar, o cümlədən dövlətlərlə qurulan iqtisadi və mədəni münasibətlərinə aydınlıq gətirəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05

