Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / 7-ci görüş...

7-ci görüş...

06.08.2026 [10:14]

İsrail və Livan nümayəndələri arasında növbəti “Roma raundu”

Avqustun 4-6 aralığında ABŞ-ın İtaliyanın paytaxtı Roma şəhərindəki səfirliyində İsrail və Livan nümayəndə heyətləri arasında növbəti danışıqlar prosesi reallaşır. Qeyd edək ki, bu, ABŞ-ın vasitəçiliyi ilə baş tutan 7-ci görüşdür. Danışıqlar Vaşinqtondakı İsrail və Livan səfirləri ABŞ-ın vasitəçiliyi ilə danışıqlara hazırlıq məqsədilə 14 və 23 aprel tarixlərində baş tutan görüşlə start götürmüşdü. Vaşinqtonda keçirilən 5-ci danışıqlardan sonra iyunun 26-da Livan və İsrail arasında “çərçivə müqaviləsi” imzalanmışdı. İsrail və Livan arasında birbaşa danışıqların altıncı raundu isə 4-15 iyul tarixlərində İtaliyanın paytaxtı Romada keçirilib.

Budəfəki “raundun” əsas müzakirə predmetidə iyun ayında imzalanan çərçivə sazişinin icrası, təhlükəsiz zonalar və Hizbullah təşkilatının tərksilah edilməsi məsələlərinə yönəldilib. Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə baş tutan danışıqların yeni mərhələsinin məqsədi Livanın cənub sərhədinin təhlükəsizliyi və sabitləşdirilməsi ilə bağlı razılaşmaya doğru kövrək irəliləyişi möhkəmləndirməkdir. 2 gün ərzində baş tutan müzakirələrdə hər iki tərəfdən texniki qruplar iştirak edib və görüş Vaşinqton tərəfindən dəstəklənən üçtərəfli çərçivə sazişinin həyata keçirilməsində əsas addım kimi xarakterizə olunub.

3 əsas mövzu...

Qeyd edək ki, danışıqların motivi əsasən üç əsas mövzuya yönəlib:

- Livanın cənubundakı təhlükəsiz zonaların gələcəyi;

- Sərhəd mübahisələrinin həlli;

- ABŞ-ın davamlı həll üçün vacib hesab etdiyi Hizbullahın tərksilah edilməsi.

Danışıqlara start verilən güc Hizbullah lideri Naim Qasim qrupun iyunun sonunda Vaşinqtonda Beyrut və İsrail arasında imzalanan çərçivə sazişinə qarşı olduğunu yenidən təkrarlayıb. Maraqlıdır ki, bu sazişə əks çıxan yalnız Hizbullah deyil - Livan parlamentinin sədri  sədri Nəbi Bərrinin rəhbərlik etdiyi Əməl Hərəkatı da bu danışıqlara birmənalı şəkildə müxalifliyini ortaya qoyub. Livanın Baş naziri Nəvaf Salam isə buna cavab olaraq bildirib ki, “İsrailə ən böyük dəstəyi verənlər Livanı “dəstək” bəhanəsi ilə absurd hərbi macəralara sürükləyənlərdir və bununla da ölkəmizə hücum etmək, onun suverenliyini tapdamaq, şəhər və kəndləri dağıtmaq, uşaqları öldürmək və yüz minlərlə insanın zorla didərgin salınması üçün bəhanə yaradırlar”.

ABŞ razıdır...

“Times of Israel” qəzetinin məlumatına görə, İsrail nümayəndə heyətinə İsrail Müdafiə Qüvvələrinin (İMQ) nümayəndələri də daxildir. Vaşinqton siyasi öhdəlikləri İsrailin təhlükəsizliyini təmin edəcək, eyni zamanda Livan dövlətinin öz ərazisindəki nüfuzunu gücləndirəcək addım-addım, praktik bir plana çevirməyə çalışır. ABŞ Dövlət Departamentinin məlumatına görə, müqavilə Livan Silahlı Qüvvələrinin (LSQ) ölkənin cənubuna tam nəzarəti tədricən ələ keçirəcəyini və bütün silahların dövlətin müstəsna nəzarəti altına alınacağını nəzərdə tutur. Eyni zamanda, İsraildən qoşunlarını sözdə pilot zonalarından və sərhəd boyunca yaradılmış təhlükəsizlik zolaqlarından çıxarmaq və bu prosesi Livan tərəfinin öhdəliklərini yerinə yetirməsi ilə sinxronlaşdırmaq tələb olunacaq.

ABŞ Dövlət Departamentinin mənbəsi məsələni belə izah edib: “Məqsədimiz çərçivə sazişini praktiki və mərhələli şəkildə həyata keçirmək, hər iki ölkə üçün uzunmüddətli təhlükəsizliyi təmin etmək və Livan dövlətinin cənubda nüfuzunu bərpa etməkdir”.

Vaşinqton bu mexanizmi “davamlı sülhə aparan yeganə yol” adlandırmağa davam edir və Tramp administrasiyasının bu prosesin tamamlanmasına dəstəyini nümayiş etdirir.

Ən həssas məsələ - Hizbullah...

Vurğulandığı kimi, danışıqlarda ən həssas məsələ Hizbullah məsələsidir. Amerika Birləşmiş Ştatları Livanın cənubundakı hərəkatın hərbi infrastrukturunun dağıdılmasında və bütün silahlı imkanların dövlət qurumlarının nəzarətinə verilməsində israrlıdır. İsrailin prioriteti növbəti hücumların qarşısını almaq üçün sərhəddə hərbi mövcudluğu və ya ən azı real təhlükəsizlik zəmanətini saxlamaqdır.

Beyrut da öz növbəsində yeni daxili gərginlik yaratmadan ərazi üzərində tam suveren nəzarəti həyata keçirməyə qadir olduğunu sübut etmək niyyətindədir. Qeyd edək ki, ötən həftə İsrail ordusu yeni danışıqlar prosesi çərçivəsində pilot zonadan çıxarılmasının birinci mərhələsini tamamlayıb. Bununla belə, Livan hökuməti İsraili onun silahlı qüvvələrinin bölgədəki hərəkətlərinə müdaxilə etməkdə və bununla da ordunun tam şəkildə yerləşdirilməsini gecikdirməkdə ittiham edib. Beləliklə, “Roma raundu” son dərəcə həssas bir anda keçirilir: bir tərəfdən ABŞ atəşkəs və ilkin razılaşmaları davamlı təhlükəsizlik arxitekturasına çevirməyə çalışır, digər tərəfdən isə İsrail, Livan və Hizbullah arasında gərginlik hələ də həll prosesindən uzaqda olmaqda davam edir.

Əl-Hədət: Livandan İsrailə “pilot zonalar” təklifi

Əl-Hədət televiziyası rəsmi Livan mənbəyinə istinadən Roma danışıqları ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, ABŞ-ın vasitəçiliyi ilə İsraillə Romada keçirilən danışıqların son mərhələsində Livan nümayəndə heyəti İsrail qüvvələrinin geri çəkilməsi üçün yeni “pilot zonalar” yaratmaq təklifini irəli sürüb. Mənbə bildirib ki, “Livan böyük “pilot zonalar” yaratmağı təklif edib ki, bunun həyata keçirilməsi üçün icra mexanizminin inkişaf etdirilməsi və texniki aspektlərin hərtərəfli işlənməsi tələb olunacaq”. Mənbənin sözlərinə görə, Livan tərəfi Ərəb Respublikasının cənubunda yerləşən yaşayış məntəqələri olan Bint Cbeyl və Əl-Xiyamı pilot əraziləri kimi təklif edib. Eyni zamanda, mənbə aydınlaşdırıb ki, imtina edildiyi təqdirdə alternativ variantlar mövcuddur.

Kanalın məlumatına görə, Livan tərəfinin danışıqlarda ilk tələbi İsrailin atəşkəs müqaviləsini pozmasının aradan qaldırılması olub. Rəsmi Beyrut həmçinin atəşkəs tələbinin İsrailin siyasi rəhbərliyinə çatdırılmasında israr edib.

İsrail Livanla sərhədləri yenidən nəzərdən keçirməyə hazırdır

Livanın “Nida Al Watan” nəşri də bildirib ki, Romada İsraillə danışıqlarda Livan nümayəndə heyəti atəşkəsin bərpa olunmasını və Beyrutun İsrailin pozuntuları olduğunu iddia etdiyi hallara son qoyulmasını tələb edib. Bu məsələ prioritet kimi müəyyən edilib. Qəzetin mənbələrinə görə, Amerika nümayəndələri Livanın mövqeyini dəstəkləyərək atəşkəsə riayət olunmasının danışıqlarda daha da irəliləyiş üçün vacib şərt olduğunu bildiriblər. Qəzet qeyd edib ki, görüş zamanı İsrail nümayəndə heyəti quru sərhədi məsələsində ilk dəfə əvvəlki mövqeyini dəyişib və beynəlxalq sərhədin yenidən nəzərdən keçirilməsi imkanını müzakirə etməyə hazır olduqlarını bildirib. Bu baxımdan, Livan nümayəndə heyətinə beynəlxalq hüquqşünas da daxil edilib.

SADİQ

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Senzurasız 28 il...

06 Avqust 10:30

Analitik

7-ci görüş...

06 Avqust 10:14

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31