Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

23.09.2026 [10:28]

İqtisadiyyat nazirinin müavini Anar Axundov ölkəmizdə səfərdə olan Çex Respublikasının xarici işlər nazirinin müavini Mari Şatardova ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə enerji, nəqliyyat, əczaçılıq, texnologiya transferi və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial qeyd edilib.

Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin iki ölkə arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30