Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib

23.09.2026 [11:22]

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qaydalarla bağlı piyadalara müraciət edib.

İdarədən APA-ya verilən məlumata görə, yol hərəkətində təhlükəsizliyin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da qaydalara ciddi əməl etməsini və məsuliyyətli davranmasını tələb edir:

"Təəssüf ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən keçməsi və diqqətsiz davranması ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.

Yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə edilməlidir. Piyada keçidinin mövcudluğu isə yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır".

Bildirilib ki, xüsusilə nizamlanmayan piyada keçidlərində daha diqqətli davranmaq vacibdir:

"Nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq, məhdud görünmə şəraitində yolu keçmək və avtomobilin dərhal dayanacağına arxayın olmaq ciddi təhlükə yaradır. Üstünlük hüququ heç bir halda ehtiyat tədbirlərini nəzərə almadan hərəkət etməyə əsas vermir.

Yolu keçərkən mobil telefondan, qulaqcıqdan və diqqəti yayındıran digər vasitələrdən istifadə etmək təhlükəni daha da artırır. Bir neçə saniyəlik diqqətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər".

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30