Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

23.09.2026 [19:17]

Fransada əhalinin böyük hissəsi uşaqlarının və gələcək nəsillərin taleyinə bədbin yanaşır. “ICI” və “Odoxa” tərəfindən keçirilən sorğunun nəticələrinə görə, fransızların 86 faizi övladlarının gələcəyi ilə bağlı pessimist olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, sorğu 2027-ci il prezident seçkiləri ərəfəsində “Radio France” və “France Télévisions” audiovizual media orqanları tərəfindən başladılan “Dites-le ICI” adlı geniş ictimai məsləhətləşmələr silsiləsinin ilk mərhələsi çərçivəsində keçirilib. Tədqiqatın əsas mövzusu uşaqların və gələcək nəsillərin gələcəyi ilə bağlı narahatlıqlar olub. Nəticələr göstərir ki, bu pessimizm cəmiyyətin müxtəlif təbəqələrində geniş yayılıb. İşçilər və fəhlələr arasında 89 faiz, rəhbər və yüksəkixtisaslı şəxslər arasında 86 faiz, 35 yaşdan aşağı respondentlər arasında 87 faiz, 65 yaşdan yuxarı şəxslər arasında isə 82 faiz övladlarının gələcəyi ilə bağlı bədbin fikirdədir.

Sorğunun nəticələrinə əsasən, fransızların gələcəklə bağlı əsas narahatlığı iqlim dəyişikliyidir. Respondentlərin 68 faizi iqlim böhranını ən böyük təhlükələrdən biri hesab edir. Bu göstərici 35 yaşdan aşağı gənclər arasında 77 faizə yüksəlir. İkinci yerdə cəmiyyətdə fərdiyyətçiliyin artması dayanır – 59 faiz. Daha sonra Fransada və beynəlxalq səviyyədə siyasi gərginliklər, eləcə də həyat bahalılığı gəlir. Hər iki amil respondentlərin 57 faizi tərəfindən narahatlıq mənbəyi kimi göstərilib.

Təhsil sistemi ilə bağlı narahatlıqlar da diqqət çəkir. Fransızların 58 faizi yaşadıqları ərazidəki dövlət məktəblərinin təhsil səviyyəsini qənaətbəxş hesab etmir.

Paylaş:
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30